Vüqar Rəhimzadə: Türk dünyasını yenidən birləşdirəcək Zəngəzur dəhlizi regionda sülhün daimi olmasına unikal imkanlar yaradacaq

“Bizim birliyimizdən çox şey asılıdır” söyləyən dövlətimizin başçısı  İlham Əliyev  daim bu
çağırışı da  edirdi ki,  türkdilli dövlətlərin birliyi daha da gücləndirilməli, bir ölkənin problemi
digər ölkənin problemi kimi qəbul olunmalıdır. Türkiyə-Azərbaycan birliyi ümumilikdə bütün
türk dünyasına nümunə göstərilir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündəki
nitqində yer alan fikirlər  yalnız  ölkəmizin deyil,  eyni zamanda,  türk dünyasının bu günü və
gələcəyi baxımından xüsusi əhəmiyyətə malikdir. »


Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı  İlham Əliyevin toplantıdakı çıxışını əsasən
Qarabağ mövzusuna həsr etməsi Onun   növbəti dəfə bütün platformalarda Azərbaycanın milli
maraqlarını prinsipiallıqla ifadə və müdafiə etdiyini ortaya qoyur: “Prezident İlham Əliyev Zirvə
görüşündəki nitqində  Ermənistanın Azərbaycan torpaqlarına təcavüzünə  faktlar əsasında diqqət
yönəltdi.  Ermənistanın sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı
ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır
və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın sabiq müdafiə nazirinin yeni
əraziləri işğal etmək anonslarını bir daha diqqətə çatdıran cənab İlham Əliyev ardıcıl təxribatlara
cavab olaraq 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və  Azərbaycanın hərbi-
siyasi Qələbəsi,  Ermənistanın kapitulyasiyası ilə nəticələnən   44 günlük Vətən müharibəsinin
baş verdiyini bildirdi.  Bir daha qeyd etdi ki, Ermənistanın xarici dəstək olmadan Azərbaycan
torpaqlarını uzun müddət işğal altında saxlaması mümkünsüz idi. ATƏT-in Minsk qrupunun
fəaliyyətsizliyi ucbatından yaranmış vəziyyət,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin
kağız üzərində qalması işğalçı dövlətin danışıqlar prosesini imitasiya naminə aparması ilə
müşayiət olunurdu. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri –ABŞ, Fransa və
Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvləri,
dünyanın aparıcı dövlətləridir, 30 ilə yaxın müddətdə işğalçı Ermənistana qətnamələrə məhəl
qoymamasına, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmasına görə hansısa
bir sanksiyanın tətbiq edilməməsi daim sual doğuran məqamlardan olub. Ərazisinin   20 faizi 
işğal altında, bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətində olan
 Azərbaycan  haqsızlıqlarla, dünyanın ikili siyasəti ilə üz-üzə qalanda Ermənistanın işğalçılıq,
etnik təmizləmə, soyqırımı və sair kimi  cinayətkar əməllərinə hüquqi və siyasi qiymət verilməsi
aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları qətiyyən  düşündürmürdü.  Dövlətimizin
başçısı İlham Əliyev  nitqində səslənən   “Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq
göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan
sülh yolu ilə öz həllini tapa bilərdi» kimi bəyanatlar 30 ilə yaxın dövrdə Ermənistana maddi və
mənəvi dəstək göstərən, bu kasıb, hətta mən deyərdim ki, dilənçi  ölkəyə ən müasir, alınması
böyük məbləğdə vəsait tələb edən silahlar hədiyyə edən dövlətlərə ciddi dərs olmalıdır.

Bəyanatlar kağız üzərində qalıb saraldıqca dünya dövlətləri özlərinə qarşı inamsızlıq mühiti
yaratmaqla yanaşı, beynəlxalq hüquq probleminin yaşandığını  da təsdiqləmiş olurdular.
 Azərbaycan Ordusu möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq
təşkilatların bu müddətdə edə bilmədiklərini 44 gündə etdi, BMT Təhlükəsizlik Şurasının
qətnamələri icra olundu.»
Baş redaktor bildirib ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı
tarixlə regionda və dünyada yeni reallıqlar yaratdı.  Bu gün həmin reallıqların ölkəmizin
qarşısında  geniş imkanlar açdığının şahidiyik: «Hazırda “Dağlıq Qarabağ” adında ərazi subyekti
yoxdur və olması da mümkün deyil. Bu gün Azərbaycan yalnız öz daxilində deyil, regionda və
dünyada  təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısı kimi çıxış edir. Dövlətimizin başçısının 
nitqində yer alan digər   məqam – Zəngəzur dəhlizinin tarixi əhəmiyyəti də bunu deməyə əsas
verir. 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə
görüşündə Prezident İlham Əliyevin Zəngəzurla əlaqədar söylədiyi “2009-cu ilin oktyabrında
dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə görüşündə
ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin
Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan
parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının
birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının
yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə görüşündə qəbul edilməsi türk
dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir» fikirləri perspektivlərin aydın mənzərəsini
yaratmışdır. Həmin bəyanatın səsləndirilməsindən, yəni 2009-cu ildən ötən  müddət ərzində 
qarşıya qoyulan məqsədə nail olmaq üçün ciddi səylər göstərilib.  Cənab İlham Əliyev Türk
Şurasının qeyri-formal Zirvə görüşündə  bugünümüzün reallıqlarına söykənərək bu fikri böyük
əminliklə qeyd etdi ki,  Zəngəzur türk dünyasını yenidən birləşdirəcək, regionda sülhün,
təhlükəsizliyin, sabitliyin və inkişafın daimi olması üçün yeni imkanlar yaradacaq.  Verilən  hər
bir mesaj özündə müəyyən hədəfləri ehtiva etməklə yanaşı, türk dünyasına çağırışdır. Məhz bu
baxımdan cənab İlham Əliyev Zirvə görüşündəki  nitqini Dağlıq Qarabağ məsələsinə həsr etdi.
Bununla bir daha bəyan etdi ki,  dost ölkələrin rəhbərləri məsələnin mahiyyətini dərindən
bilməlidirlər. Bu əminlik də ifadə olundu ki,  növbəti canlı təmaslar əsnasında  bu məsələni daha
geniş formatda müzakirə edəcəyik.»
Vüqar Rəhimzadə  bildirib ki, göründüyü kimi,  hər bir beynəlxalq səviyyəli tədbir əhatə etdiyi
mövzunun aktuallığı ilə yanaşı, quruma üzv dövlətlərin  malik olduğu imkanların, həmçinin bir-
birinə münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayır: «Ən əsası bu reallıq bir daha önə
çəkilir ki, səylər birləşdiriləndə, məsələyə ədalətli yanaşma olduqda hədəfə tez və lazımi
səviyyədə çatmaq mümkündür. Azərbaycan-Türkiyə birliyini önə çəkən möhtərəm Prezidentimiz
İlham Əliyev bildirmişdir ki, Vətən  müharibəsinin ilk günündən qardaş Türkiyədən böyük
dəstək aldıq.  Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Türkiyə Prezidenti
dünyaya bu mesajı çatdırdı ki, Azərbaycan tək deyil, Türkiyə daim onun yanındadır. Azərbaycan
bu dəstəyi Vətən müharibəsi başlanandan bu günə, işğalandan azad edilmiş torpaqlarımızda
quruculuq və bərpa işlərinin aparılmasınadək hiss edir.   Türk Şurasının  Zirvə görüşündə “Qırx
dörd gün davam edən, dastana bənzər mübarizədən sonra 30 illik işğal sona çatıb, Dağlıq
Qarabağ Ana Vətənlə yenidən qovuşub” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
ən qısa zamanda – Ramazan bayramından sonra özünün dediyi kimi, qardaşı, dövlətimizin
başçısı  İlham Əliyevlə  birgə Şuşanı ziyarət etmək arzusu da bu birliyin uğurlu davamının,
sarsılmazlığının göstəricisidir.»

Öz siyasi və hüquqi qiymətini almış hadisələr: 1995-ci ilin mart hadisələri.

Azərbaycan tarixinə mart hadisələri kimi düşmüş 1995-c ilin 13-17 martında dövlət çevrilişinə cəhdi o zamanın mürəkkəb məqamlarından biridir. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında müdrik Azərbaycan xalqının tələbi və çağrışı ilə Bakıya siyasi hakimiyyətə ikinci dəfə qayıdanda   ölkə demək olar ki, tam siyasi böhran içərisində idi. Şimalda “Sadval” separatizmi, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə erməni işğalı, mərkəzdə isə müxtəlif siyasi qüvvələr arasında kreslo davası ölkəni çökdürməkdə idi. Vətəndaş müharibəsinin başlanması isə an məsələsi idi , desək də əslində bu proses də lokal şəkildə baş verirdi ,necə deyərlər, məşqlər keçirilirdi. Məhz belə bir çətin şəraitdə Ulu Öndər canı qədər sevdiyi xalqının taleyini fikirləşərək yenidən hakimiyyətə gəlməyə razılıq verdi. Tez bir zamanda ölkədə siyasi stabilliyə nail olmaq üçün tədbirlər görməyə başladı. Paralel olaraq torpaqların müdafiəsi və işğal olunmuş ərazilərin azad olunması üçün ordu quruculuğuna start verdi. Lakin çox təəssüflər olsun ki, dövlətə tabe olmaq istəməyən dəstələr də mövcud idi. Onlar nəinki tabe olmaq istəmir, hətta dövlət çevrilişi etmək  üçün müxtəlif xarici qevvələrlə planlar hazırlayırdılar . Mahir və Rövşən Cavadov qardaşları, eləcə də onlarla dəstək verən siyasi müxalifət isə hazırlanan bu çevrilişin başında idi. 1995-ci ilin mart ayının 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölmələri tərəfindən bir sıra dövlət idarələrinə edilən silahlı hücumlar dövlət əleyhinə faktiki qiyam odi.  Bu qiyam martın 15-də Azərbaycan ordusunun bölmələri tərəfindən yatırılsa da martın 16-17-də isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun  rəhbərliyi ilə İndi isə Bakıda çevrilişə cəhd edildi. Bütün sülh çağrıçşarına silah gücü nümayiş etdirən dəstəsyə qarşı ciddi tədbir görüldü.Əks həmlə ilə  Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.

Mirfaiq Mirheydərli

 

 

Artıq ordu quruculuğuna başlandığı bir dövrdə “OMON”-a dəfələrlə təklif edilmişdi ki, Daxili İşlər Nazirliyinin daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyində fəaliyyət göstərsin. Amma “OMON”-çu dəstələr bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəldilər. Açıq şəkildə mətbuata verdikləri müsahibələrdə Dövlət Şurası yaradılması, orada Elçibəy və Mütəllibovun ,digər şəxslərin iştirak edəcəklərini bəyan edirdilər. Üstəlik, bəzi vəzifəli şəxslərin istefasını təkidlə tələb edirdilər. Bir sözlə dövlətin himayəsi ilə yaradılmış bir qurum sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrildi.Dövlət başçısının çağırışlarına məhəl qoymayaraq dövlətə tabe olmaqdan boyun qaçırdılar.

Əslində ölkə ərazisində demək olar ki, özbaşınalıq edərək dükan-bazarlara basqınlar edən, insanları döyüb təhqir edən OMONçular xalqın Ulu Öndərə sevgi və inamını görünür ki, nəzərə almırdılar. 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyevin XTPD-nin dövlət çevrilişinə cəhd göstərməsi ilə əlaqədar televiziya və radio ilə xalqa müraciət etməsi  ilə az bir zamanda Bakının müxtəlif yerlərində xalq Prezidentin çağrışın asəsə verdi.Qiyamın baş tutmamasının əsas səbəbi Azərbaycan xalqının ulu öndərə və qanuni hakimiyyətə birmənalı dəstəyinin  nümayişi idi.

İqtidarda olan hər bir hakimiyyətin əsas vəzifəsi ölkənin bütövlüyünün qorunmasını təmin etməkdir. Azərbaycanın bütövlüyünün qorunması da Ulu Öndər Heydər Əliyevin tarixi missiyası idi. Qeyd edildiyi kimi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan tam böhran vəziyyətində idi. Ona görə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ilk öncə vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Bu problemlərin aradan qaldırılması və tam sabitliyə nail olması zaman insanların münasibəti bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir, onları müdafiə etmir və öz liderinin yanındadır.

Hadisələrin gedişi onu göstərirdi ki, dövlət çevrilişinə cəhd edən qeyri – qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-qanuni yolla ələ keçirməkdə tam israrlıdır. Vəziyyət o yerə çatmışdır ki, onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmirdilər. Cəmiyyətdə isə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. Bu proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri də heç bir nəticə vermədi.

            Bir sözlə xalq müstəqillik  yolunu seçibsə və bu ağır və şərəfli yolda  onun layiqli lideri varsa o zaman o xalqın müstəqillik iradəsi dönməz və əbədidir. Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda apardığı mübarizə dstemli olmuşdur. 1991-ci il martın 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi haqqında qərar qəbul edilməsi buna baris nümunədi. Bu isə əlbəttə ki, xalqın dəstəyi ilə Heydər Əliyev iradəsinin və uzaqgörən siyasətinin təntənəsi idi. Məhz Ulu Öndərin rəhbərli altında qəbul edilən bu qərar xalqın ona olan inamının əbəs yerə olmadığını sübut etdi.Bu qərar meydanlarda, küçələrdə verilən qərar deyil, düşülnülmüş, gələcəyə hesablanmış bir qərar idi. Bu gün dünya çapında və beynəlxalq aləmdə özünəməxsus yeri və çəkisi olan Azərbaycan həmin gərgin zamanlarda qəbul olunan qəraraların məntiqi nəticəsidir.Bunun bariz nümunəsi o siyasətin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunu 44 günə öz torpaqlarını düşmən tapdağından azad edib haqq-ədaləti bərpa  etməsi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji hədəflərə zərgər dəqiqiqliyi ilə yanaşmanın məntiqi nəticəsidir.

 

Bakı şəhəri 138 nömrəli tam orta məktəbin direktoru ,
Riyaziyyat üzrə fəlsəfə doktoru
Mirfaiq Mirheydərli.

Ata vəsiyyətinə sadiq oğul xalqının rifahı üçün hədəfləri uğurla fəth edir

Fenomenal zəkaya, dərin təfəkkürə və sərrast uzaqgörənliyə malik olan Heydər Əliyev dünya siyasətində özünəməxsus yeri və gücü olan, sağlığında belə qibtə olunan bir dövlət xadimi, siyasi dühadır. Bü xüsusdan da o Azərbaycanın xilaskarı və sürətli diçəlişinin müəlllifidir. Eləcə də Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycanın müstəqil dövlətçiliyinin əsasıdır

Məhz onun təcrübəsi və siyasi peşəkarlığı sayəsində Yeni Azərbaycan Partiyası yarandığı gündən az bir müddətdə ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi. Bu gün də iqtidarda olan bu Partiya cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasətini uğurla davam etdirir. Hər kəsə məlumdur ki, bu partiyanın tez bir zamanda uğurla formalaşması, monolitləşməsi və inkişafı Ulu Öndərin siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında birləşməsi ilə bağlıdır. Nəzərə alınsa ki, partiya hansı gərgin ictimai-siyasi böhran şəraitində yaranmışdır, o zaman Azərbaycan xalqının Heydər Əliyev dühasına və şəxsiyyətinə verdiyi sonsuz dəyərin, Ulu Öndərə olan ümumxalq sevgisinin sərhədlərini müəyyənləşdirə bilərik.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixində keçirilmiş VII qurultayında qeyd etdiyi kimi, qüdrətli şəxsiyət, dahi siyasətçi Heydər Əliyevin siyasi irsi daim öyrənilməli və təşviq olunmalıdır. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə 1982-ci ildə ön sıralara yüksəldi. Əgər SSRİ-də iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü çox yaxşı xatırlayırlar. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.

Hələ Sovet İttifaqı zamanındakı fəaliyyəti dövründə bu uzaqgörən siyasətçi Azərbaycanın nə vaxtsa sözün əsil mənasında müstəqil olacağına inanır və bu istiqamətdə çox ehtiyatlı tədbirlər görürdü. Buna misal olaraq SSRİ məkanında nüfuzlu hərbi məktəblərdən birinin, Cəmşid Naxçıvanski adına indiki hərbi liseyin məhz Azərbaycanda açılması, eləcə də də iri sənaye mərkəzlərinin, istehsalat müəssisələrinin və s. açılması, Sovet İttifaqının müxtəlif şəhərlərində azərbaycanlı mütəxəssislərin hazırlanması Azərbaycanın bu günkü müstəqilliyi üçün düşülnülmüş tədbirlərdən idi.

Cənab Prezident çıxışı zamanı onu da qeyd etdi ki, dövlətin maraqları və müstəqillik Ulu Öndər Heydər Əliyevin siyasətində mütləq prioritet olub. Onun müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilib və hər zaman dəstəklənib. Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair keçirilən referendum zamanı nəticələr kobudcasına saxtalaşdırılmışdı. Elə bir təəssrat formalaşdırılmışdı ki, sanki Azərbaycan xalqı müstəqillik istəmir, Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzəcə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və daha sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların qovulması – bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Naxçıvan Muxtar Respublikasında isə Ulu Öndər referendumun keçirilməsinə imkan verməmişdi. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi.

90-cı illərin əvvəlləri hər kəsin yaxşı yadındadır. Dövlət müstəqilliyinin yenicə elan olmasına baxmayaraq, ölkədə xaos və hərc-mərclik, parçalanmaq təhlükəsi hökm sürürdü. Ölkənin şimalında separatçı çıxışlar, cənubda Talış-Muğan Respublikası xülyası, qərbdə artıq həyata keçirilməyə başlayan erməni işğalı, mərkəzdə isə kreslo davası və nəhayət hər an başlaya biləcək vətəndaş müharibəsi Azərbaycanı ciddi təhlükə qarşısında qoymuşdu. Bir sözlə plan Azərbaycanı parçalamaq və dünya siyasi xəritəsindən silməkdən ibarət idi. Bu təhlükəni isə yalnız Azərbaycanı sevən, vətənpərvər, müdrik insanlardərk edirdilər. Ona görə də xalqın təkidi ilə 1993-cü ilin iyun ayında hakimiyyətdə olan iqtidar Heydər Əliyevi Bakıya çağırmaq məcburiyyətində qaldı. Heydər Əliyev gəldi, ölkə prezidenti paytaxtı tərk edib kəndinə getdi, hakimiyyəti mənimsəyən tasadüfi adamların bir qismi isə fəaliyyətlərini dondurdular. Amma bu don hələ də açılmayıb, yəqin heç vaxt açılmayacaq.

Bəli, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb. 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxması, inkişafı üçün müdrik qərarlar qəbul edildi, təxirəsalınmaz tədbirlər həyata keçirildi .

“1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Yalnız Ulu Öndər 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər”, – bu sözləri qeyd edən cənab Prezident Ulu Öndər Heydər Əliyevin qısa bir zaman kəsiyində qlobal təhlükə ilə üz-üzə qlmış Azərbaycanı hansı vəziyyətdən çıxardığını və inkişaf yolunun başlandığını vurğulayır.

Çıxışı zamanı cənab İlham Əliyevin diqqət çəkdiyi məsələlərdən biri də ölkənin davamlı inkişafı və regiondakı önəmli yeridir.

Vaxtında qəbul olunan qərarlar və atılan addımlar davamlı inkişafı təmin edir, Azərbaycanın regional təşəbbüslərinin əhəmiyyəti ildən-ilə sürətləndirir. Ölkənin uğurlu enerji və nəqliyyat siyasəti, nəinki yeni enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiyada yeni əməkdaşlıq formatlarının yaranmasına imkan verdi. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır.

Ölkənin gələcəyi elə planlaşdırılmalıdır ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti, təsir imkanları artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

Ölkənin əsas inkişafı isə davamlı aparılan islahatlardan çox asılıdır. Bu fəaliyyət bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu islahatlar hər sahədə davamlı olaraq həyata keçirilir. Dövlət başçısı qeyd etmişdir ki, Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərindən sonra ölkəmizdə həyata keçirilən islahatlar daha intensiv bir mərhələyə qədəm qoyib və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bu təşəbbüslərin və islahatların rolu böyükdür.

Azərbaycanın iqtisadi potensialı daim artmaqda davam edir. Bu illər ərzində Azərbaycana heç kim kömək etməyib. Bizim ölkə hər şeyi öz hesabına əldə edib. Ermənistan isə kənardan olan köməkliklər hesabına mövcudluğunu qoruyub saxlamağa çalışıb. Çünki heç bir iqtisadi potensiala malik deyil. Bu gün istənilən meyar, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik – istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından;

İqtisadiyatın inkişafını təmin edən əsas amillərdən biri daxili sabitlikdir. Bu bizdə tam təmin olunduğundan ölkəmizə gələn investisiyalar dayanmadan artır. ““Doing Business” proqramında biz yaxşı yerlərdəyik. Cari ildə təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirməyə müvəffəq olmuşuq.”

Müstəqilliyin ilk illərini xatırladan İlham Əliyev bildirir ki, o illər Azərbaycanda baş verən hərbi məğlubiyyəti, daxili böhranı, ölkə daxilində gedən xoşagəlməz proseslərı, siyasi çəkişmələrı, hakimiyyət uğrunda mübarizəni, nəhayət ölkəmizin müstəqil ölkə kimi yaşamasını sual altına düşməsini təsəvvür etmək üçün bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Həmin dövrdə Azərbaycanda baş verənlər bu gün Ermənistanda yaşanır.

Müstəqilliyin ilk illərində ölkədə vəziyyət çox acınacaqlı idi. Ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bu idi o vaxt gənc müstəqil Azərbaycanın sosial-siyasi mənzərəsi.

Həmçinin müstəqilliyimizin ilk illərində torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüz pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

Bütün bunlara nəhayət ki, 30 ildən sonra Böyük Qələbə ilə son qoyuldu. Düz 30 il idi ki, Azərbaycan xalqı torpaq həsrəti ilə yaşayırdı. Bu bir an belə insanlarımızın yaddaşından çıxmamıçdır. Hər an dövlətin apardığı siyasətə inanır nə vaxtsa torpaqların işğaldan azad olunacağı gözləyirdik. Bu səbədən də mənəvi üstünlük Azərbaycanın tərəfindədir. Mənəvi amil isə Azərbaycanın qələbəsində həlledici rol oynadı. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Çünki, biz haqlı idik. Ona görə ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması!

Xalqımızın bu inamını və həsrətini xatırlayaraq dövlət başçısı deyir: Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.

Ən önəmlisi isə odur ki, bu müddətdə Azərbaycanda vətənpərvər gənc nəsil yetişib. Məhz Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Hər zaman milli maraqlar beynəlxalq məsələlərdə dövlətin əsas prioritetidir. Bunu əsas götürən Azərbaycan son hadisələrlə bölgədə köklü surətdə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Çıxışı zamanı bunları deyən dövlət başçısı və iqtidar partiyasını sədri onu da bildirdi ki, bu inamlı fəaliyyətimiz beynəlxalq müstəvidə Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb. Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər

Dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri də siyasi dialoqun inkişafıdır. Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

Müharibə hərbi sahədə Azərbaycanın şanlı səhifəsidir. Amma, eyni zamanda, təcrübədir. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq. Azərbaycan daha müasir ordu yaradacaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz elə planlaşdırmalıyıq ki, əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan və Yeni Azərbaycan Partiyasının sədri kimi cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışından bir daha əmin olduq ki, Azərbaycan iqtidarı verdiyi vədlərə sadiqdir, dövlət başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Son Prezident seçkilərindən sonra qarşıya qoyulan əsas hədəf ərazi bütövlüyümüzün bərpası edilməsi idi və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu hədəfə 44 gün ərzində, Böyük Qələbə ilə nail oldu. 30 illik həsrətə son qoyuldu. Ədalət bərpa edildi və torpaqlarımız işğaldan azad olundu.

Pənah İmanov
YAP Xətai rayon Təşkilatının Siyasi Şurasının üzvü, ilk təşkilat sədri

Qəhrəmanlıq dastanı yazan Azərbaycan Ordusu

2016-cı ilin aprel döyüşləərindən sonra tam əmin olduq ki, artıq Azərbaycanın rəşadətli ordusu var və hər an torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Məhz elə bu döyüşlər torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına  inamımızı artırdı. Biz gördük ki artıq Azərbaycan ordusu 90-cı illərin əvvəllərindəki ordu deyiı. Və bu ordunun qarşısında qoyulan əsas vəzifə isə illərlə düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etməkdir. 2020-ci ilin sentyabr ayının 27 – də düşnənin növbəti təxribatına cavab olaraq başlayan və 44 gündən sonra zəfərlə başa çatan döyüşdə Müzəffər Azərbaycan Ordusu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəlib. 30  illik həsrətə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu torpaqlarimiz düşmən tapdağından azad oldu. Danışıqlar, müzakitələr deyil məhz müharibə yolu ilə. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Bax budur müzəffər ordunun yazdığı qəhrəmanlıq dastanı. Budur torpaq sevgisi.

Izzet Rustamov

         Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün 26 fevral 2021-ci il tarixdə keçirilən mətbuat konfransına Azərbaycan Ordusunun göstərdiyi igidlikdən, malik olduğu peşəkarlıqdan və şanlı qələbədən danışarkən buna necə nail olmağı qeyd etdi. ,Artıq Azərbaycan əsgərinin qəhrəmanlığı bütün dünyada nümayiş etdirilir. Bütün dünya mətbuatı, o cümlədən öz yenilməz ordusu barədə dünyada mif yaratmış erməni  mətbuatı da azərbaycan əsgərinin qəhrəmanlığından yazdı. Biz qələbəni Azərbaycanın xüsusi təyinatlılarının və digər hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində qısa müddət ərzində əldə edə bildik.

İllər boyu bu müqəddəs torpaqlarının azad olunması üçün hazırlaşan Azərbaycan Ordusu döyüşlər zamanı öz dözüm və peşəkarlığını nümayiş etdiridi. Hərbiçinin ən əsas göstəricisi silahdan bacarıqla istifadə etmə məharəti və yüksək fiziki hazırlığa malik olmasıdır. Bu xüsusiyyətləri qəlbi hər an torpaqlarını azad etmək həsrəti ilə yaşayan Azərbaycan əsgəri təlimlər zamanı əldə etdi, bu peşəkarlığa yeyələndi.  Sal qayalara aşağıdan dırmaşmaq, müdafiə xətlərini yarmaq fədəkarlıq, peşəkarlıq olmadan  qeyri-mümkündür.

         Qeyd etdiyimiz kimi Azərbaycan Ordusu artıq 90-cı illərin əvvəllərində mövcud olan pərakəndə, başsız, müxtəlif dəstələrdən ibarət ordu deyildi. Ali Baş Komandan mətbuat konfransında onu da bildirdi ki, artiq yüksək təlim keçmiş mükəmməl bir ordu var. Lakin biz yeni təcrübəni müharibə dövründə topladıq. Çünki bizim ordumuz müharibələrdə iştirak etmirdi. İndi müharibə çox böyük bir təcrübədir. Biz bu təcrübədən düzgün nəticə çıxarmalıyıq. Böyük uğurlarımız olub. Eyni zamanda, müharibə dövründə müəyyən çatışmazlıqlar da olub, amma onlar həll edilib.

         Bu müharibə dünya hərb tarixinə yeni bir səhifə açdı. Və bu Vətən Müharibəsi zamanı əldə edilən Böyük Qələbə eyni zamanda strateji planlaşdırmanın və peşəkar komandanlıq nümunəsidir. Cənab Prezident bildirdi ki, planlaşdırma və vahid komandanlıq olmadan qələbənin əldə olunması mümkünsüzdür. Bütün elementlərin düzgün kombinasiyası yəni kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları, bütün bunlar qələbəni təmin etdi. Zaman keçdikcə məxfilik qrifi götürüləcək və informasiya daha çox olacaq. Amma bizə məlum olan faktlar da Ordumuzun peşəkarlığı və şücaəti ilə qürur duymağa əsas verir.

44 gün ərzində ədə olunmuş bu Böyük Qələbədə bütün qoşun növlərinin öz payı var. Xüsusən xüsusi təyinatlıların. Döyüş əməliyyatlarında sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan ordusunun xüsusi qüvvələri də iştirak edirdilər. Onlardan hər birinin vahid komandanlıq altında öz vəzifəsi var idi. Ordu korpusları da ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində çox böyük rol oynayıb;

         Bu gün dünya məhz ikinci Qarabağ müharibəsində Pilotsuz uçuş aparatlarının çox böyük rolundan danışır. Hərbi ekspertlər müharibə tarixində bunu yeni səhifə adlandırırlar. Bunu isə məhz Azərbaycanın peşəkar ordusu elədi.  Ali Baş Komandan bu barədə danışarkən bildirdi ki, bu aparatlar təkcə zərbə və kəşfiyyat funksiyalarını deyil, həm də atəşin təshih edilməsi funksiyalarını yerinə yetirirdi. Hətta bəzən göstərilən kadrlarda da görünür ki, hədəf götürülüb, mərmi isə hədəfi vurur. Buna görə də bütün bu əməliyyatların kombinasiyası uğurla nəticələndi.

         Müharibə zamanı qələbənin əldə olunmasını təmin edən əsas amillərdən bir də strateji planlaşdırmadır. Planlaşdırmanın düzgün olması qələbənin əldə olunmasını təmin edir. Bu əhəmiyyətli amildən danışan cənab İlham Əliyev qeyd etdi ki,  bu müharibə zamanı ərazidə  düşmən tərəfindən inşa edilmiş uzunmüddətli istehkamlardan əlavə təbii relyef də çətinlik törədirdi. Dağa dırmaşmaq, aşağıdan yuxarıya qalxmaq lazımdır. Şuşanın alınması isə, ümumiyyətlə, ayrıca dastandır.

        Bəli bu müharibə Müzəffər Azərbaycan Ordusunun Qəhrəmanlıq dastanıdır. Hansı ki, gələcək nəsillər bu dastanı dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq.

       

İzzət Rüstəmov,
Fəlsəfə elmləri doktoru, professor

Azərbaycanın dünyada yüksək imicinin təminatçısı etibarlı tərəfdaşlıqdır

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin fevral ayının 26-da  yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransına bir sıra əhəmiyyətli məsələlərlə yanaşı Azərbaycanın dünyada etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasından  da geniş danışmışdır. Bu səbəbdən də Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbətdi və bu gün də davam edir.

Sevinc Orucova H.Əliyev adına liseyin direktoru

Ümumiyyətlə müstəqilliyini elan etdikdən sonra ilk illərdə mövcud olan müəyyən ictimai-siyasi problemləri aradan qaldırdıqdan sonrə Azərbaycan regional və beynəlxalq aləmdə həyata keçirilən, iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini uğurla qoruyub saxlayır. İştirak etdiyi layihələrlə bağlı vaxtında verilmiş qərarlar, görülmüş tədbirlər, öhdəliklərə məsuliyyətli yanaşma və qarşılıqlı mənafeləri qoruması ölkəmizin imicini yüksəldərək etibarlı tərəfdaş olduğunu sübut edib. Eləcə də Azərbaycan siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib. Bunun böyük zəfərlə başa çatan 44 günlük müharibə zamanı bir daha şahidi olduq

Mətbuat konfransında suallara cavab verərkən dövlət başçısı bir daha nəzərə çatdırdı ki, Azərbaycan bütün öhdəliklərini qətiyyətlə yerinə yetirməsi əməkdaşliq etdiyi ölkələrdə həmişə rəğbətlə qarşılanıb. Ölkəmiz bərabərhüquqlu tərəfdaş kimi qəbul edilib, etibar qazanıb.

Xarici siyasət kursunda Azərbaycan həmişə istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib.

Bütün çıxışlarında cənab İlham Əliyev vaxtaşırı olaraq xarici siyasətin əsaslarına toxunaraq bunun son dərəcə əhəmiyyətli, açıq və prinsipial siyasətdir olduğunu bildirib.

Bu üzdən də Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət bizim milli maraqlarımıza əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün edilir. Həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir, BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalır, müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı ədalətli mövqe tutub. Bu siyasət çərçivəsində səsvermə zamanı Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Həmin ölkələr tərəfindən də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.

Azərbaycan  bütün çətinliklərə baxmayaraq beynəlxalq aləmdə zəhmətlə formalaşdırdığı imicini həmişə qoruyub saxlayıb

Möhkəmlənən dövlətimiz Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli lider dövlətədir. 90-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Bütün bunların əhəmiyyətini qeyd edən ölkə başçısı bu səbəbdən Azərbaycan indi dünya, Avropaya və qonşu ölkələrə qaz təchiz edən ən etibarlı ölkədir. Eləcə də Azərbaycan özünü elektrik enerjisi ilə təmin etməklə yanaşı artıq xaricə də böyük miqdarda enerji ixrac edir və böyük vəsait qazanır.

Bu gün Azərbaycan və digər region ölkələri üçün əhəmiyyətli olan məsələlərdən biri də nəqliyyat dəhlizidir.  Bu səbəbdən də  yeni imkanları və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi, Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığının çox perspektivli istiqamətlərini müəyyən edərək inkişaf etdirmək üçün Azərbaycan fəaliyyətini davam etdirir.

Cənab İlham Əliyevin vurğuladığı əsas məsələlərdə biri də Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması olmasıdır. Ölkəmiz iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var və bu bundan sonra da  ümumi plan çərçivəsində irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır.

Bu sözləri media nümayəndələrinə deməklə ölkə lideri Azərbaycanın beynəlxalq aləmdə əldə etdiyi imici bundan sonra da qoruyub saxlayacağını və Azərbaycanın bu gün dünya dövlətləri və qonşuları üçün nə dərəcədə əhəmiyyətli tərəfdaş olduğunu diqqətə çatdırdı.

 

Sevinc Orucova
H.Əliyev adına liseyin direktoru

Birgəyaşayış xalqların inkişafı və sülhün təminatıdır

Bu gün Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün bir nümunə
göstərilir. Ümumiyyətlə tarix boyu Azərbaycanda insaları birgəyaşayışı istər etnik
qruplar arasında olsun, istər dini məhzəblər arasında olsun ən yüksək səviyyədə
olmuş və bu gün də bu davam edir. Bunu dövlət başçısı dəfələrlə öz çıxışında qeyd
etmişdir.

26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün baş tutan
mətbuat konfransında da suallara cavab verərkən cənab İlham Əliyev bir daha
vurğuladı. Bildirdi ki, xalqlarımız sülh şəraitində yaşamalıdırlar. Azərbaycan daim bu
münasibətlərin tərəfdarıdır. Bu gün bizim bütün qonşularımızla normal
münasibətlərimiz mövcuddur. Əlbəttə ki mövcud problemlə əlaqədar olaraq
Ermənistan istisna olunmaqla. Lakin bundan sonra Azərbaycan və erməni xalqlarının
birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni
yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm
Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda
elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz
əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri
əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər
hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır;
Ölkəmizdə yaşayan bütü millətlər bərabər hüquqlara malikdirlər və bu
münasibətlər mehribanlıq şəraitində də davam edir. Azərbaycanlılar kimi digər
millətlər də Azərbaycanı öz vətənləri hesab edir, onun sosial-iqtisadi inkişafında
yaxından iştirak edir, yeri gələndə doğma torpaqlarının qorunmasında canlarını belə
qurban verməyə hazırdırlar. Bunun nümunəsi sonuncu dəfə 44 günlük vətən
müharibəsində göründü.. Qarabağda yaşayan ermənilər də Azərbaycan
vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və
imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin
ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet
dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi
proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.
Regionların inkişafında davamlı sülh əsas amildir. Bizim regionda da bunun
tam təmin edilməsi üçün əlbəttə bütün münaqişələrə son qoyulmalıdır. Bu əsas
prioriteti vurğulayan cənab İlham əliyev bir daha bildirdi ki, davamlı sülhə nail olmaq
prioritet vəzifədir. Düşmənçilik səhifəsi çevrilməlidir. 10 noyabr tarixində imzalanmış
bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş
etdirməklə regionda sülh təmin olunacaq.
Ölkəmiz Ermənistan istisna olmaqla bütün region ölkələri ilə sıx əməkdaşlıq
şəraitində yaşayır. Bu münasibətlər Ermənistanla da qurulmalıdır. Bu nöqteyi-
nəzərdən də məqsədimiz üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə
kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat
baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da
mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər;
Dayanaqlı inkişaf əsası birgəyaşayış prinsipidir. Normal münasibətlər və
qarşılıqlı əməkdaşlıq hər bir ölkənin dayanaqlı inkişafını təmin edir. Bunun üçün də
əsas vəzifələrdən biri uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin
sıfra endirilməsidir. Müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər –
Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər
keçirilir, bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və
bu proses müsbət istiqamətdə gedir.

Bir sözlə sülh şəraitində yaşamaq bütün xalqları, bütün millətlərin hüququdur.
Bunun üçün isə tərəflərin hamısı normalara riayət etməli, işğalçılıq iddialarından əl
çəkməlidir.
Hər bir atılan addım gələcəyə xidmət etməlidir. Bunun üçün də inteqrasiya
labüddür. Suallara cavab verərkən cənab İlham Əliyev pu prinsipləri əsas gətirərək
bildirdi ki, “Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların
yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq. Bundan sonra da
müxtəlif inteqrasiya variantları təklif oluna bilər. Xankəndinin və hazırda erməni
əhalinin yaşadığı digər ərazilərin inteqrasiyası labüd prosesdir. “
Ona görə də Qarabağda yaşayan erməni xalqının başqa yolu yoxdur. Firavan və
sülh şəraitində yaşaması üçün Azərbaycan vətəndaşı kimi bu prinsipləri qəbul
etməli, Azərbaycan qanunlarına tabe olmalıdır. Ermənistan isə revanşist
siyasətindən əl çəkməli və mehriban qonşuluq münasibətlərini seçməlidir. Əks halda
dəmir yumruq hazır vəziyyətdədir.

Fikrət Nəbiyev
Turizim və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru

Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevral ayının 26-da
xarici və yerli Kütləvi İnformasiya Vasitələrinin iştirakı ilə baş tutmiu mətbuat
konfransında cavablandırdığı suallar və verdiyi təhlillər yenə dünya ictimaiyyətinin və
mətbuatının gündəminə çevrildi. 44 günlük Vətən Müharibəsindən sonra ərazilərin
minalardan təmizlənməsi və tez bir zamanda bərpa-quruculuq işlərinə başlanması bu
gün dövlətin qarşısında duran ən əsas vəzifələrdəndir. Və bu iş əvvəldən də cənab
Prezidentin dediyi kimi planlı şəkildə həyata keçirilir.

Qarabağ tez bir zamanda regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək
İlk növbədə işğaldan azad olunmuş bölgələrdə yol infrastrukturunun bərpası və yeni
yolların çəkilməsi. Belə ki, Fizuli rayonunda bu yaxınlarda ölkə başçısı tərəfindən
təməl qoyulan yeni aeroportun tikintisi sürətlə gedir. Paralel olaraq Şuşa şəhərinə iki
avtomobil yolu salınır, hansı ki, birinin adını cənab Prezident “Qələbə yolu”
adlandırmışdır. Nisbətən aran ərazidən keçən digər yol da aeroportdan birbaşa
gediş-gəlişi təmin edəcək ki, bu da xaricdə yaşayan azərbaycanlılar, həmçinin digər
ölkələrin vətəndaşları Qarabağa rahat gəlmək imkanına malik olacaqlar;
Mətbuat konfransında cənab Prezident bildirmişdir ki, şəhərlərin baş planları
tərtib edilməlidir. Çünki bu ərazilərdə artıq əhali sayı çoxalıb. Ağdam şəhərinin əhalisi
müharibədən təqribən 40 minə yaxınidi. İndi burada əhalinin sayı artıb, 50 mindən
çox olub. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər planlaşdırılmalıdır,
infrastruktur yaradılmalıdır. Ondan sonra binalar inşa edilməlidir, o cümlədən
məktəblər, xəstəxanalar. Bu, böyük bir zaman tələb edir. Azərbaycanın yarışacağı
əsas tərəf müqabili zamandır. Çünki vəsait də var. Bütün güclər də səfərbər edilib;
Bu bğrpa-quruculuq işlərinə dost ölkələr də cəlb olunacaq. Şəhərlərin
planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların,
körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq edilib. İşin həcmi
çox böyükdür. 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Buna görə bütün
dostları üçün kifayət qədər iş var.
Əlbəttə ki bu işlər yeni iqtisadi imkanlar yaradacaq. Görüləcək infrastruktur
layihələr hesabına Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Bu cür layihələr
ümumən regionun geosiyasi statusunu dəyişdirəcək;
– Böyük Qələbənin bir müsbət tərəfi də o oldu ki, Azərbaycan daha cəlbedici
investisiya ölkəsinə çevrildi. İndi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə
sərmayə qoyacaqlar. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması
riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir
təcavüzkar hərəkətlər olmayacaq;
Suallara cavab verərkən dövlət başçısı onu da bildirdi ki, irimiqyaslı layihələr
böyük maliyyə vəsaiti tələb edir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait
tələb edəcək. Üç hava limanı inşa edilir. 100 kilometrlərlə dəmir yolu çəkiləcək. Bəlkə
minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm şəhərlərarası, həm kəndlərarası.
Bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı
layihələr bu ilin sonuna qədər icra ediləcək. Ondan sonra içməli su və bununla bağlı
işlər, kənd təsərrüfatı işləri, ondan sonra bir milyon insanı ora qaytarmaq üçün nə
qədər inşaat işləri aparılmalıdır. Məktəblər, xəstəxanalar, idman kompleksləri,
mədəniyyət ocaqları.
Qarabağın böyük turizim potensialına malik olması hər kəsə məlumdur. Eləcə
də ərazidə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr icra olacağı nəzərdə
tutulur. Aeroportların tikilməsi təkcə Füzuli şəhəri ilə məhdudlaşmır. Zəngilanın çox
mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla Laçında və Zəngilanda da
aeroportların tikilməsi planlaşdırılır. Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş
xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk
ödənişlər də edilib;
Qarabağın həmçinin böyük kənd təsərrüfatı potensialı mövcuddur. İşğaldan azad
olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün zəngin imkanlar var. Müvafiq
işlərin görülməsi artıq başlanıb və 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib.

Bu sözləri deyərkən İlham Əliyev həmçinin diqqəti alternativ enerji istehsalının
inkişafına çəkir: Qarabağ alternativ enerji mənbəyinə çevriləcək. Hələ müharibədən
əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu. İki
iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik
stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın
aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli
sürüb.
Çox güclü küləklər olduğu Kəlbəcər-Laçın zonasında külək stansiyaları,
Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları tikiləcək. Beləliklə, bu gün
Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində
işləmək tapşırığı verilib. Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün,
ilk növbədə, investorları gözləyirik.
Cənab Prezidentin dediklərindən bir daha aydın oldu ki, tez bir zamanda Qarabağ
regionun ən inkişaf etmiş ərazilərindən birinə çevriləcək burada müasir infrastruktur
inşa olunacaq. Fizuli aeroportunun tikintisi ilə əlaqədar ərazinin minalardan
təmizlənməsi ilə bağlı məsələlərin həllinə operativ surətdə başlanıb. Aeroportun
uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri
operativ istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə
zolaqları ən ağır təyyarələr və yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri
qəbul edə biləcək. Hava limanından həm xaricdən alacağımız yüklər nəzərə
alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa
şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq.
Ümumiyyətlə bərpa işləri sistemli və planlı şəkildə həyata keçiriləcək. Şəhərlərin
və kəndlərin inkişafının baş planlarının tərtib işləri gedir. Vətəndaşların qayıtması
üçün əsas mərhələlər bunlardır. Pilot layihələrin icrası da başlanıb. Bir layihə – “ağıllı
kənd” layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar
üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır.
Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə
layiqdirlər;
“Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində
– Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin
sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan
yerləşəcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar
oraya qayıdacaqlar.
Əlbəttə ki, bərpa edilmiş bu işlərin qorunması, təhlükəsizliyi təmin etməlidir.
Ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytardıq. İndi bizim əsas
vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu
insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan
asılı olaraq mərhələli şəkildə etmək lazımdır;
Ərazilərin bərpa olunması üçün ilkin olaraq dövlət tərəfindən 2,2 milyard
manat investisiya ayrılmışdır. Qarabağın bərpası barədə təklif edilmiş investisiya
proqramından bu il həyata keçiriləcək layihələrdən təxminən bir milyard manatı
praktik olaraq paylanıb. Layihələr infrastruktur layihələridir, onlara vəsait ayrılır. Bu,
elektrik enerjisi, yollar, dəmir yolları, minalardan təmizləmə və sairə sahələrdir.
Bütün bunlar əlbəttə, tez bir zamanda Qarabağın yenidən Azərbaycanımızın dilbər
guşəsinə çevrilməsini və insanlarımızın şad, firavan yaşamasını təmin edəcəkdir.
Çünki ölkənin dəmir iradəli, dərin təfəkkürlü bir dövlət başçısı vardır.

Rəfail Mehdiyev
Xətai rayon 64 nömrəli tam orta məktəbin direktoru

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

————————————————

Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi.

Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Vüqar Rəhimzadə: AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün torpaqlarımızı hərraca çıxarmışdı

“Bu gün yaşlı və orta nəslin nümayəndələri bədnam AXC-Müsavat cütlüyü hakimiyyətinin ölkəni bərbad vəziyyətə saldığını yaxşı xatırlayırlar. Bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox dərəcəsində idi. Silahlı Qüvvələrin döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi bir  vaxtda  arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Ordunun daxilindəki müxtəlif silahlı birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idilər. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri ön cəbhədən – döyüş bölgəsindən geri çəkərək Bakıya gətirir, onlardan siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər. Silahlı birləşləmələr AXC-Müsavat mənfur cütlüyünün Bakıda vəzifə davasında iştirak etdiyi  həmin dövrdə ön cəbhə müdafiəsiz qalmışdı. Məhz bu hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın nəticəsində erməni quldurları Azərbaycanın son dərəcə strateji əhəmiyyətli  Şuşa və Laçın rayonlarını işğal etməyə nail oldular.

Heç də təsadüfi deyildir ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Laçın rayonunun Güləbird kəndindəki çıxışında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bir daha diqqəti Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən Şuşa və Laçın rayonlarının hansı şəraitdə işğal altına düşməsinə yönəltdi. Laçının Azərbaycanın Şuşadan sonra işğala məruz qalmış ikinci rayonu olduğunu xatırladan möhtərəm Prezidentimiz bildirdi ki, bu rayonun işğal edilməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Laçının işğalını Azərbaycanın strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyəti kimi dəyərləndirən Müzəffər Ali Baş Komandan xalqımızın bu faciənin baş verməsində milli satqınların xain əməllərini heç zaman unutmamalı olduğunu təkzibolunmaz tarixi faktlar və dəlillərlə diqqətə çatdırdı: “Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb.”  

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, cəbhədə döyüşlərin getdiyi vaxt İsgəndər Həmidovun, Rəhim Qazıyevin və digər başabəla “lider”lərin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini heç cür, heç vaxt unutmaq olmaz: “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır. Bu gün həmin satqınlardan, xainlərdən, biri – dil pəhləvanı olan qaragüruhçu Əli Kərimlinin  bütün pafoslu çıxışları yalan və böhtan üzərində qurulur. Onun moizələrinə qulaq asan və 1992-1993-cü illərdən xəbərsiz olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Belədə istər-istəməz sual olunur: Əgər belə idisə niyə AXC-Müsavat qaragüruhunun hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ erməni quldurlarından təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri tüğyan etməyə başladı? Əslində isə bu gün həmin 1 il ərzində AXC-Müsavat xəyanətkar cütlüyünün ölkəni necə çıxılmaz vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan əvvəl və sonrakı il yarım ərzində Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzlənmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana sürüklənmişdi. Belə bir şəraitdə hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət bədnam AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddinə çatmışdı.”

Baş redaktor diqqətə çatdırıb ki, AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün Azərbaycan torpaqlarını hərraca çıxarmışdı: “Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Vəzifə davası aparan hər kəs bir batalyon saxlayırdı. Təbii ki, belə  bir vəziyyətdə ön cəbhədə hər hansı uğur qazanmaqdan söhbət gedə bilməzdi. Həmin dövrdə orduda vahid komandanlığın olmamasından istifadə edən  erməni hərbi birləşmələri və onların havadarları ərazilərimizi bir-birinin ardınca işğal edirdilər. Möhtərəm Prezidentimizin xatırlatdığı kimi, məhz ölkə daxilindəki xaosun, anarxiyanın, mənəm-mənəmliyin məntiqi nəticəsi olaraq Dağlıq Qarabağ və Laçın rayonu ilə  yanaşı, 1993-cü ilin aprelində Kəlbəcər kimi strateji əhəmiyyətli rayon da AXC-Müsavat hakimiyyətinin xəyanəti ucbatından düşmənə təslim edildi. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ ətrafı digər rayonların da işğala məruz qalmasına geniş zəmin yarandı. Ön cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü dramatik situasiyadan çıxarmaq əvəzinə paytaxtda hakimiyyətdaxili mübarizə gündən-günə qızışırdı. Bu mübarizədə ön cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrdən istifadə edilməsi isə işğalçı Ermənistan ordusunun əl-qolunu açırdı. Nəticədə xəyanətkar AXC-Müsavat hakimiyyətinin hərbi sahədəki üzdəniraq “nailiyyətləri” ona gətirib çıxardı ki, ermənilər ölkəmizin ümumilikdə 20 faiz ərazisini işğal etdilər.”

Vüqar Rəhimzadə əlavə edib ki, bir illik hakimiyyətləri dövründə  dağıdıcı AXC-Müsavat cütlüyü yalnız dövlətə, xalqa xəyanəti, millətə zülm verməsi, insanları çörəklə imtahana çəkməsi, ölkəni vətəndaş müharibəsi həddinə çatdırması, separatizmi alovlandırması və s. ilə yadda qaldı: “Bütün bunlar bu gün dili boğaza qoymayan Əli Kərimli və onun kimi antimilli ünsürlər  üçün daha bir tarixi xatırlamaq dərsi olmalıdır. Yaxın tariximizdə baş verən hadisələri xatırlayarkən isə hər birimiz bir daha əmin oluruq ki, bu gün haqdan, ədalətdən, demokratiyadan, insan hüquqlarından dəm vuran Əli Kərimli və onun  ətrafındakılar vaxtilə  milləti  aclıqla imtahana çəkmiş Vətən xainləri, xalq düşmənləridir.”

Vüqar Rəhimzadə: İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Milli Prioritetlərdə əsas hədəflərdəndir

“Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə yeni prioritetlərin müəyyənləşdirilməsini, onların icrası ilə bağlı Dövlət proqramlarının, inkişaf strategiyalarının təsdiqlənməsini bir zərurətə çevirir. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyması Azərbaycanın inkişaf modelinin təkmilləşdirilməsinə yol açdı. Belə ki, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi üçün regionların malik olduğu təbii resurslardan səmərəli istifadəyə böyük ehtiyac yarandı ki,  bu da öz növbəsində regional inkişaf proqramlarının qəbulunu şərtləndirdi. Artıq 2004-cü ildən indiyədək 3 Dövlət Proqramının icrası başa çatıb, dördüncü sənədin icrası davam edir. Təbii ki,  yeni-yeni hədəflər müəyyənləşdirildikcə aktual  vəzifələr ortaya çıxır ki, bu da  Dövlət proqramlarının qəbulu ilə tənzimlənir.”

     Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə qeyd edib ki, bu sənədlərdən əlavə  qəbul edilən və  icrası istiqamətində mühüm addımlar atılan  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, 12 istiqamət üzrə Strateji yol xəritələri  Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında  liderliyini təmin etməklə yanaşı, eyni zamanda, ölkəmizin  yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal   məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır.  Buna əmin olmaq üçün  Azərbaycanın son 17 ildə əldə etdiyi sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir. Ötən il dünyanı cənginə alan COVID-19 pandemiyası ilə  mübarizə ili olmasına  baxmayaraq, Azərbaycanda  2020-ci ilin  göstəriciləri də  o qədər  narahatlıq doğuran deyildi. Çünki insanların sağlamlığının təminatı ilə bərabər, iqtisadi islahatların daha da dərinləşdirilməsi, sosial layihələrin icrasının  davam etdirilməsi istiqamətində mühüm addımlar atılmış və müvafiq tədbirlər bu gün də davam etdirilir.  Dövlətimizin başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq 4 sektoru,  20 fəaliyyət sahəsini əhatə edən 10 sosial dəstək  proqramının uğurlu icrası ortaya çıxan çətinliklərin aradan qaldırılmasında mühüm rol oynadı. Sosial dəstək proqramları bir daha təsdiqlədi ki, COVID-19-un yaratdığı problemlərə baxmayaraq, Azərbaycanda  heç bir layihənin icrası təxirə salınmayıb, əksinə əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olub.

  Baş redaktor bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bugünədək 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq idi. Azərbaycanın bu  hədəflərə nail olmaq üçün atdığı addımların nəticəsidir ki, Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında yer alıb. Bu reytinqlər ölkəmiz üçün qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu illər ərzində idarəetmə sistemində təkmilləşmə də uğurlarımızı şərtləndirən amillər sırasındandır. Kadr islahatları, hakimiyyətin hər üç qolunda-icra, qanunvericilik və məhkəmə-hüquq sistemində təkmilləşmələrdə məqsəd dayanıqlı inkişafın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına dəstək verməkdir. Kompleks tədbirlər fonunda qarşıya qoyulan hədəflərin icrası növbəti  məqsədlərin təhlilini zərurətə çevirir.

   V.Rəhimzadə günümüzün əsas çağırışlarından biri kimi vətəndaş məmnunluğunun artırılmasını önə çəkərək, dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin icrasına, onların coğrafiyasının genişləndirilməsinə diqqət yönəldib. Baş redaktor  bu fikri xüsusi qeyd edib ki, Azərbaycanın keçdiyi yol  inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir nümunədir: “Əgər dünya artıq inkişafın Azərbaycan modelindən bəhs edirsə və öyrənilməsinin vacibliyi bəyan edilirsə, bu, həyata keçirilən siyasətin uğurlu olmasından, gələcəyə hesablanmasından irəli gəlir. İkinci Qarabağ müharibəsində  dünyaya səs salan hərbi və siyasi  Zəfərimiz də uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, ötən  illər ərzində hər bir sahədə gücləndik, beynəlxalq hüquqa əsaslanan xarici siyasətimizin uğurla həyata keçirilməsi nəticəsində haqqın, ədalətin kimin tərəfində olduğunu dünyaya çatdırdıq. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan yeni reallıqlar yaratdı və bu gün həmin reallıqlara uyğun olaraq həm ölkə daxilində yeni hədəflər müəyyənləşdirilir, həm də  bölgədə yeni əməkdaşlıq formatları yaradılır. Azərbaycan yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  «Mən əldə edilmiş uğurlar haqqında həmişə danışmağa hazıram və fəxr ediləsi məsələlər kifayət qədər çoxdur. Ancaq mən həmişə, necə deyərlər, narazı oluram. Çünki mən istəyirəm ki, daha yaxşı olsun» fikirləri hər kəsdən, xüsusilə dövlət məmurlarından məsuliyyət hissini artırmağı, müəyyənləşdirilən hədəflərə çatmağa  öz töhfələrini verməyi tələb edir.»

  «Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi də yeni dövrün reallıqlarına uyğun  prioritetlərin  və onların  icrası mexanizminin müəyyənləşdirilməsinə xidmət edir» söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq ölkəmizin həyatında yeni dövr-quruculuq, bərpa dövrü başlayıb: «İşğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsi sistemli şəkildə  həyata keçirilir. Yeni sənəddə də bu məqamlar öz əksini tapır ki, «Qüdrətli dövlət, yüksək rifah» hər zaman həyata keçirilən siyasətin əsasını təşkil edir. Bu reallıq bir daha önə çəkilir ki,  Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. İşğalçı Ermənistan üzərində tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın  ölkənin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı  inkişafımıza böyük təkan verəcək. Bu çərçivədə bölgədə  təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.  Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması da bugünədək həyata keçirdiyi təkmil sosial-iqtisadi islahatlara əsaslanır.» 

  Baş redaktor vurğulayıb ki, yeni təsdiqlənən sənədə uyğun olaraq növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  beş Milli Prioritet reallaşdırılmalıdır: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;  dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;  təmiz ətraf mühit və  “yaşıl artım” ölkəsi. Bu  Prioritetlər, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının müəyyənləşdirdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrasında da  xüsusi əhəmiyyət kəsb edir: «Bu gün əsas çağırış işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyinin bərpa edilməsidir. Bu ərazilərdə bərpa işlərinin həyata keçirilməsinə dost ölkələrin şirkətləri də cəlb edilir. Dövlətimizin başçısı İlham Əliyev İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bu məsələyə xüsusi diqqət yönəldərək bildirmişdir ki, azad edilmiş ərazilərdə həyatı bərpa etmək üçün bizə yaxşı tərəfdaşlar lazım olacaq. Bərpa işlərinin o qədər də asan olmadığı belə əsaslandırılır ki,  işğaldan azad olunmuş ərazilərdə  erməni vandalları tərəfindən bütün binalar,  tarixi abidələr, sosial infrastruktur yerlə-yeksan edilib. Dövlətimizin başçısının qeyd etdiyi kimi,  hər şey sıfırdan başlanacaq.»

Bizim Qələbəmiz tarixi Qələbədir

Bu günlərdə Azərbaycan erməni təcavüzünə və terroruna qarşı hərbi, siyasi, diplomatik, informasiya və digər platformalarda möhtəşəm qələbələr əldə etməklə özünün müstəqillik tarixinin ən şərəfli və şanlı səhifələrini yazır. Otuz ilə yaxın müddətdə işğal altında olan tarixi Azərbaycan torpaqlarının azad edilməsi ilə mövcud status-kvo dəyişdirilir, regionda sülh və təhlükəsizliyin bərqərar olmasında ölkəmizin qüdrətini göstərən və milli maraqlarımızı tam təmin edən yeni strateji mənzərə formalaşır.

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etmişlər.

        Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq, torpaqların bərpası prosesi artıq başlamışdır. Dağılmış bütün kəndlər bərpa ediləcək. Prezidentin göstərişi ilə azad olunmuş bütün şəhərlərin baş planları hazırlanır. Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur.

Pandemiya şəraitində dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü dövlətimizin güc və qüdrətini nümayiş etdirir.

İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir.

Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.

Laçın rayonu işğaldan azad olunandan iki ay keçməmiş Güləbird kəndində  su elektrik stansiyası inşa edilib.

Həyata keçirilən tədbirlərin məqsədi azad olunmuş torpaqları tezliklə bərpa ediləcək insanların öz doğma yurd-yuvalarına qısa müddətə qayıdışı təmin olunacaq.

Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək.

Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək.

Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq.

Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb.  

Əlavə əkin sahələri müəyyən olunduqca yenilənmiş təkliflər verilir.

İşğal altında saxlandığı vaxtlar Azərbaycan kəndləri ermənilər tərəfindən qanunsuz məskunlaşdırılsa da, onlar üçün yaradılan şərait  Prezidentin ifadə etdiyi kimi, it damından fərqli olmayıb.

Xaricdə yaşayan erməni diasporundan, müxtəlif fondlardan alınan yardımlar qondarma rejimin rəhbərliyi tərəfindən mənimsənilmiş, müxtəlif vədlərlə orada məskunalşdırılmış ermənilər səfalətə məhkum edilmişlər.

Yollar, infrastruktur yalnız İkinci Qarabağ müharibəsində ordumuzun şanlı qələbəsindən sonra bərpa olunmağa başlamışdır.

         Prezidentin göstərişilə  azad edilmiş bütün torpaqlarda bərpaolunan enerji növləri və yerləri müəyyənləşdirilir.

Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib.

Azad edilmiş bütün torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaq.

Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür.

Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var.

Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti:

   Doğma torpaqlarımız işğalçılardan azad edildi, düşmən torpaqlarımızdan qovuldu;

Ölkəmizin ərazi bütövlüyünü bərpa olundu;

   Bütün dünyaya dövlətimizin qüdrəti, xalqımızın əyilməz ruhu nümayiş olundu;

   Ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün önəmli sənədlər imzalandı;

   Qurulan dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin geosiyasi əhəmiyyətini artırır, iqtisadi gücünü artırır. Azərbaycan etibarlı tranzit ölkəsi kimi tranzit layihələrdən böyük maliyyə gəliri əldə edəcək, bölgədə sabitlik və sülh təmin olunacaq.

        Biz hər şeyə  nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın. Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Ermənistan ordusu demək olar ki, məhv edilib. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Müharibə zamanı düşmən ordusunun 10 min fərarisi olubdur.  Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür.

Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik. Biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik.  

Laçın rayonunun cənub hissəsi hərbi əməliyyatlar nəticəsində azad edilib. Səfiyan və Türklər kəndlərinin azad edilməsi ilə Azərbaycan ordusu Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm əldə edib.

        Prezident İlham Əliyev müraciətində bildirmişdir ki: Torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm.

Biz tarixi ədaləti bərpa etdik.

Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq.

Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Bütün bunlar həm də onu deməyə əsas verir ki, Azərbaycan çox qısa müddətdə ərazi bütövlüyünü bərpa etdiyi kimi, məskunlaşmanı və Böyük Qayıdışı da tezliklə təmin edəcək. Ərazi bütövlüyümüzü bərpa edən Prezident İlham Əliyev ən qısa zamanda Qarabağı da cənnətə çevirəcək.

254 № Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU
FERUZ HƏMZƏYEV 

Səhiyyə sisteminin təkmilləşdirilməsi bu sahədə qazanılmış uğurlarımızın təminatçısıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasında yaradılan şəraitlə tanış olduqdan sonra Azərbaycan Televiziyasına müsahibə verib.  

Səhiyyə sisteminin təkmilləşdirilməsi bu sahədə qazanılmış uğurlarımızın təminatçısıdır
     Son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilib, yaxud əsaslı təmir edilib. Yeni tibb müəssisələrinin həm memarlıq, həm də avadanlıqlarla təchizat standartları yüksəkdir. Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Dövlət başçısı bildirib: 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi. Səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.
       2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik.
O zaman Azərbaycanın neftdən gəlirləri aşağı olsa da, Azərbaycan Prezidenti gələcəyi proqnozlaşdıra bilib, qarşıya qoyduğu vəzifə bütövlükdə icra edilib.
Azərbaycanda hər il 5 milyon insan – ölkə əhalisinin yarısı dövlət hesabına tibbi müayinədən keçir.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.
Bəzi ölkələrin etinasızlığına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının COVİD-lə bağlı xüsusi sessiyasının keçirilməsinə nail olub.
Azərbaycan Prezidenti BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri həmrəyliyə, bu bəlaya qarşı mübarizədə təşəbbüsləri birləşdirməyə, zəngin ölkələri məsuliyyət göstərməyə çağırıb.
Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşə və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, COVİD-ə qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır.
Azərbaycan Prezidenti zəngin ölkələri peyvəndi alıb kasıb ölkələrə də ötürməyə, şirkətləri isə bu sahədə qazanc dalınca qaçmamağa çağırıb.
Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri kimi öz bəyanatlarına sadiq qalır, beynəlxalq hüququ və ədaləti müdafiə edir.

Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.  

Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb
     Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.
      Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.
         Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir.
Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.
       Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:
– Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
– Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
– Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
– İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
– Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. 
          İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır.  Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.
İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcəkdir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
       Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsilin qurulması; yaradıcı və innovativ cəmiyyətin formalaşması; vətəndaşların sağlam həyat tərzinin formalaşması.
Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır.
    Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki növbəti məqsədin effektiv reallaşdırılmasına xidmət edir: yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və yaşıl enerji məkanın yaradılması.
         Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.

Prezident İlham Əliyevin Sumqayıta səfəri

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.

Prezident İlham Əliyevin Sumqayıta səfəri
Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.
  Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları yaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.
Prezident İlham Əliyev Sumqayıta səfəri zamanı bildirmişdir ki, yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir.
Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
  Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək, məhsulların ixrac potensialı da olacaq.
Yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var.
Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir.
Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır.
Sovet vaxtı tikilmiş və istismar müddətini başa vurmuş çoxsaylı müəssisələrin yerində  10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.
    Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb.
2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub. Sənaye, kənd təsərrüfatı və  qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni  iqtisadi reallıq yaradıb.
    Prezident İlham Əliyev bildirmişdir ki,  bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır.
Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes  mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,    təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar,  ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müəyyən müddətdən sonra Ermənistanda da bizimlə heç bir problemlərin olmadıqları demələrinə ümid edirik. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq.
Azərbaycanda  kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır.
2021-ci il də artıq qələbələrlə başlayır.

20 Yanvar unudulmaz tarixdir

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar unudulmaz tarixdir
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
     Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə  “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
    Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
  Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
    Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərinə səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanı azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərinə səfəri

Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.
Şuşaya çəkilən yol geniş və yüksək keyfiyyətli olacaq.
İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır.
Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.
Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.
Prezident İlham Əliyev çıxışında bildirmişdir: Böyük qayıdış başlayır, bütün işlərə start verildi.
Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə  aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq.
Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Şuşanın bərpası üçün  baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb.
Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.
           Prezident İlham Əliyev Azərbaycan ordusunun rəşadəti haqqında çıxış edərək bildirmişdir ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq.
Noyabrın 8-də qədim Şuşa şəhəri Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik.
Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub.
Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir.
44 günlük müharibənin hər bir günü zəfər günü idi.
Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb.
O vaxt kı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, amma qorxaqcasına Şuşadan qaçmışdı.
Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. Azərbaycan onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar.
44 günlük müharibənin gedişində  dünyanın müxtəlif geosiyasi qütblərindən edilən  təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdir.
Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu.
Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.
        Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. 
        Bu müharibəni şəhidlərimizin canı, qanı hesabına,  hərbçilərimizin şücaəti hesabına qazanmışıq.
        Prezident 2010-cu  noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında  çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 
2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.
Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.
Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa edir.
Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.
Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir.
Prezident İlham Əliyev bildirmişdir ki, dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.
Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.
 Heydər Əliyev Fondu  tərəfindən  bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq.
1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı. 
Prezident 39  il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxıdğını göstərir.
        Prezident İlham Əliyev: Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Vaqifin məqbərəsinin açılış günü səfər etməklə yalnız mədəniyyətimizə deyil, siyasi ənənələrimizdə varislik, ardıcıllıq mesajı verildi. İlham Əliyev 8 noyabrda Şuşanı Azərbaycana qaytarmışdı, yanvarın 14-də isə Azərbaycanı Şuşaya qaytardı. Bu il Şuşada Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı keçiriləcək. Şuşada muğam dinləniləcək, beynəlxalq muğam festivalı keçirələcək.
Cıdır düzündə bundan sonra muğam səsi eşidiləcək, Azərbaycan mahnıları ifa olunacaq, böyük tədbirlər keçiriləcək. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. Moskva səfərindən sonra Prezidentin Şuşaya səfəri Qarabağın sahibinin kim olması mesajını da ehtiva edir.Şuşanın əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
39 ildən sonra Şuşaya düşmənin belini qıran müzəffər, qalib Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!
Şuşanı Cıdır düzüsüz təsəvvür etmək mümkün deyil, Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır.
           Azərbaycanı silahlı qüvvələri, qəhrəman övladları, xüsusi təyinatlılar, Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın.
Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!  Şuşa bizimdir! Qarabağ Azərbaycandır!
Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib.
Bütün nəsillərdən olan vətəndaşlarımızın Qələbədə böyük zəhməti, payı var.
Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Döyüşdə qəhrəmanlıq göstərən, öz şücaətləri ilə dünya hərbi ekspertlərini heyrətə salan əsgər, MAXE və zabitlərin çoxu  ali təhsilini, orta təhsilini, hətta bir çox hallarda məktəbəqədər təhsilini İlham Əliyevin hakimiyyəti illərində alaraq vətənpərvər kimi yetişmiş 18-35 yaşlı gənclər idi.
            Prezident İlham Əliyev çıxışında bildirmişdir ki: Vətən sevgisi bizi Qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.
Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruqtək birləşib.
Qələbəmizin rəmzi olan yumruq həm güc, həm də birlikdir.
Azərbaycan bundan sonra daha da güclü olacaq.
Birliyi olan ölkələr qələbə qazanırlar. İradəli, heç nəyə baxmayan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar.
Azərbaycanın timsalında bunu hər kəs gördü.
Azərbaycanın davası haqq davasıdır. Ermənistanın davası işğalçılıq davasıdır.
Haqq-ədalət  güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün yekunları

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.
Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün yekunları
10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.
Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib.
Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.
Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb.
Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər.
Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək  ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.
Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.
İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.
Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.
Prezidentin görüşdən sonra verdiyi bəyanatda səsləndirdiyi əsas müddəlar:
• Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir;
• Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək;
• Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.
Prezident İlham Əliyev bildirmişdir ki, regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi. Biz nəticə əldə etmək, sentyabrda – noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb.
Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.
Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.
Bu, faktiki olaraq “Mehri dəhlizi” – Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.
Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.
Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.
Xüsusi qeyd etmək gərəkdir ki,  Ermənistan  müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.
Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.
Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.
Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.
Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.
Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.
Paşinyanın iddiaları fonunda  Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. 
O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.
İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib – Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.
Danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, “bədən dili” ilə də qalibiyyət mesajları verirdi.
Paşinyan isə öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi.  
Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi.
Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də.
Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. 
Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.
Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

2020-ci ilin ən mühüm yekunu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlətimizin başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.

2020-ci ilin ən mühüm yekunu
Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi.   
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır.
Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi  qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır.
Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik.
Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur.  
Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. 
Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Deyilmişdi ki:
• Tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq;
• Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək;
• Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq;
• Azərbaycan münaqişəni istənilən yolla həll edəcək.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.
Prezident İlham Əliyev bildirmişdir ki, Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu.
Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən,  ağ bayraq qaldırdıqdan sonra dayanıb.
Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik.
Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi. Biz özümüzü ermənilər  kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq.
Bu gün Ermənistanı bürümüş böhran onların işğalçılıq siyasətinin nəticəsidir. Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə  icazə verməsi anlaşılmazdır.
Biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir.
Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq.
Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat  oraya gedə bilməz.
Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi.
Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda  təsbit edilməsə də, Azərbaycan buna göz yumur.  Çünki  orada insanlar yaşayır,   müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın.
Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır.  Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar.
Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb.
Xocavənddə təxribat törətdiyi üçün ələ keçirilmiş erməni döyüşçülər hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır.
Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. 
            2020-ci ilin fevral ayında keçiirlmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addımdır.
Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəlib.
İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından  çox böyük əhəmiyyət daşıyır.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürüdür.
Keçən il partiyaların böyük əksəriyyəti bizim təşəbbüsümüzə müsbət cavab verərək siyasi dialoqa qoşuldular.
Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.  
Siyasi dialoqda  iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir.
Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir.
Müharibə dövründə   xain dəstə istisna edilməklə  bütün digər siyasi partiyalar və birliklər  Azərbaycanın haqq işinə öz dəstəyini verdi.
Təəssüf ki, antimilli qüvvələr  öz xain, satqın missiyalarını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb.
Antimilli şuranın liderləri vaxtilə Paşinyanı demokrat, novator, təmiz adam kimi təqdim edirdilər.
  Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər.
İkinci Qarabağ müharibəsi vaxtı da həmin qrupa rəhbərlik edənlərdən biri   Amerikada oturub, antimilli mövqedən çıxış edir, düşmən dəyirmanına su tökür.
“Milli Şura”nın ABŞ-dakı liderini maliyyələşdirən və ona istiqamət verənlər antiazərbaycan ermənipərəst dairələrdir. 
1990-cı illərin əvvəllərində yürüdülmüş  yanlış siyasət və bu siyasətin fəsadları  orta məktəb, ali məktəb dərsliklərinə salınmalı, gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır.
AXC-Müsavat hakimiyyəti bəla, faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır.
Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir.
Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır.
Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır.
Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna nail olduq.
           Prezident İlham Əliyev kadr islahatlarından da danışarkən bildirmişdir:
           Cəmiyyətdə kadr islahatları müsbət qarşılanır.
Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sırf kadr islahatları ilə bağlı olan məsələdir. Xoşagəlməz hallar bürokratiya tərəfindən ört-basdır edilirdi.
Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur.
          2020-ci ilin iqtisadi yekunları aşağıdakılardır:
          Azərbaycan yeni ilə digər ölkələrə nisbətən  daha az itkilərlə çıxıb, iqtisadiyyatımız təqribən 4 faizdən bir qədər çox azalıb.
Şaxələndirmə sayəsində qeyri-neft sənayesi 11 faizdən çox artıb.
Kənd təsərrüfatı 2 faiz artıbdır və daha da çox artacaq.
Neft Fondunun vəsaiti azalmayıb, təqribən 0,5 faiz artıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib.
Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır.
Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb.   
TAP-ın istismara verilməsi, Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir.
Cənub Qaz Dəhlizinin təşəbbüskarı da  Azərbaycan olub, əsas maliyyə yükünü də Azərbaycan  öz üzərinə götürüb.
Bir çox ölkələri birləşdirən Cənub Qaz Dəhlizi gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik.
Biz yaxın günlərdə enerji sahəsində yeni gözəl hadisələrin şahidi olacağıq.
Keçən il sosial sahə ilə bağlı çox böyük işlər görülüb. Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib.
Keçən il 1500 şəhid ailəsi üçün evlər nəzərdə tutulurdu, yanvarın 15-dək bu 1500 ailə evlərlə təmin olunacaq.
  Azərbaycanda aparılan islahatlar, biznes iqlimi, investisiya iqlimi Dünya Bankı tərəfindən qeyd edilir.
Azərbaycanı tənqid edən xaricdəki və daxildəki  dırnaqarası, qondarma iqtisadçılar bu nəticəni öyrənməli, yanlış tənqidlərə son qoymalıdırlar.
Dünya Bankının “Doing Business” hesabatı ölkələrin, o cümlədən Azərbaycanın reytinqlərinə yenidən baxaraq reytinqimizi artırıb.
Yeni reytinqə görə Azərbaycan:
– Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;
– 10 ən islahatçı ölkə sırasındadır;
– Əhalinin elektrik təchizatı səviyyəsi – dünya miqyasında   ikinci yerdədir;
– Hökumətin dəyişməyə cavabdehliyi, islahatçı obrazı əmsalına görə  beşinci yerdədir;
– Hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdədir;
– Hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdədir;
– İnfrastruktur layihələri ilə bağlı – dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yer;
– Hava yolları xidmətlərinin səmərəliliyi – 12-ci yer;
– Avtomobil yollarının keyfiyyəti – 24-27-ci yer;
– İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Dünyan Bankının dünyanın ən nüfuzlu iqtisadı qurumu olması və hesabatın mötəbərliyi xüsusi vurğulanmalıdır.
Azərbaycan işğala, 1 milyon qaçqının olmasına baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.
           Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır.
Görülən işlər:
• Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib;
• Laboratoriyalar alınıb;
• Həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar;
• Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi;
• Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək,  bütün kontraktlar imzalanıb;
• İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.
            Post müharibə dövrünə aid vəzifələr:
            Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək.
Azərbaycan dövləti  vətəndaşların  itirilmiş əmlakının bərpası üçün vəsaitin verilməsini təmin edir.
Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar  isə xatirə komplekslərinə çevrilməlidir.
Şəhərlər bərpa olunarkən   hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır.
Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır.  
Həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.
Prezidentin göstərişi ilə, minaların təmizlənməsi ilə məşğul olan ANAMA yaxınlarda yenidən təşkil ediləcək,  Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə bilər.
Qurumun işçilərinin sayı artırılacaq, ən müasir texnika ilə təchiz ediləcək.
Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılacaq.
Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır.
İlk növbədə, böyük yaşayış məntəqələri bərpası ediləcək.  
Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə bilməlidirlər.
Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcyi dəqiq bilinməlidir.
Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm  və dağ-mədən sahələri olacaqdır.
Ermənilər zəbt etdikləri yerlərdə məskunlaşsa da, heç bir infrastruktur yaratmayıblar, çünki  nə iqtisadi və insani resurs,  nə də istək olmayıb.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər.
Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. 
Bərpa işlərinə qədər dəymiş ziyan hesablanmalıdır.
Dağıdılmış və azad edilmiş bütün torpaqların peyk və dronlar vasitəsilə çəkilişi,   sənədləşdirilməsi, əgər belə demək mümkündürsə, pasportlaşdırılması aparılmalıdır.
Dağılmış məntəqələrin yerində şəhərlərin yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki,  məhkəmələrdə qarşı tərəf bizi   hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin.
Tarixi abidələrin, ictimai binaların, dövlət binalarının, müəssisələrin, fərdi evlərin və çoxmənzilli binaların dağıdılması sənədləşdirilməli, qiymətləndirilməlidir.
Təzminat davasının başlanması üçün mütləq tanınmış beynəlxalq şirkətlərin rəyi olmalıdır.
İtirilmiş gəlir də hesablamalıdır, bu 30 il ərzində biz bu müəssisələrdən hansı gəliri götürə bilərdik.
Ekologiyaya vurulan ziyan hesablanmalıdır.  
İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir.
Ermənilər tərəfindən dağıdılmış meşələri bərpa etmək üçün xüsusi proqram tərtib olunmalıdır.
Bəzi beynəlxalq təşkilatlar və şirkətlər ermənilər öz vandallıqlarını həyata keçirməkdə yardım etmiş, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərilmişdir. 
Təbii sərvətlərin qanunsuz istismar edən xarici şirkətlər təzminat ödəməsələr, bu məsələ məhkəməyə gedəcək.
Bundan sonra onların biznes fəaliyyəti demək olar ki, dayandırılacaq.
Xərclərə nəzarət gücləndirilməlidir. Xüsusilə dövlət xətti ilə alınan mallara çox ciddi nəzarət olmalıdır. Bütün yersiz xərclərə son qoyulmalıdır.
Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir.
Bakı şəhərində, Gəncə şəhərində, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir.
Köçkünlər, yəni, keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək.
Keçmiş məcburi köçkünlərin 52 faizinin şəhərlərdə -Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirilməsi heç bir məntiqə sığmır.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilir.
İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərin yaxınları bu evlərdə yerləşdirilməlidir.
Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata artırıldı. Digər artımlar da var. 
Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət prioritetlər seçməlidir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün hansı məhsullar əkilməlidir. Azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var.
Azad edilmiş torpaqların potensialından ərzaq təhlükəsizliyi və ixrac potensialının artırılması üçün istifadə olunacaq.
Aqrar məhsulların ixrac potensialı şaxələndirilməli, yeni bazarlar axtarılmalıdır.
Azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər.
  Bağçılıqda, meyvə istehsalında bizimlə heç kim rəqabət apara bilməz.
Üzümçülüyün böyük potensialı var.
Azad edilmiş torpaqlarda, eyni zamanda, böyük enerji potensialı var.
Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. 
Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik. 
240 meqavat gücündə külək elektrik stansiyasının tikintisinə start verilir, xarici investor bu stansiyanı öz pulu ilə tikəcək.  Xarici investorlar azad olunmuş torpaqlara cəlb edilməlidir. 
Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır.
Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. 
Digər vacib layihə  çox çətin relyefdən keçən Toğanalı – Kəlbəcər yoludur.
Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək.
Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilməsi üçün də hazırlıq işləri gedir. 
Beləliklə, həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradılır.
  Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb.
  İki beynəlxalq aeroport Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə kömək göstərəcək.
  Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur.
Horadiz-Ağbənd (Zəngilan rayonunda Ermənistan sərhədinə yaxın olan qəsəbə) dəmir yolu da yenidən tikiləcək.
Naxçıvan dəhlizini açmaq üçün bu yol xüsusi əhəmiyyət daşıyır. 
Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir.
Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf müqabilimiz, əlbəttə, Rusiyadır.  Biz bu məsələni Rusiya ilə müzakirə edirik.
Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. 
Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər.
Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik.
İranla  bərpa olunmuş sərhəd  dostluq sərhədidir, amma   sərhəd infrastrukturu mütləq yaradılmalıdır.
   Azad edilmiş ərazilərə biz bundan sonra da xarici nümayəndələri, jurnalistləri, diplomatik korpus nümayəndələrini, Azərbaycana səfər edən nümayəndə heyətlərini dəvət etməliyik.
Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. 
Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb.
          Biz Qarabağ bölgəsində cənnət yaradacağıq
Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir.
Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir.

Dünya ölkələrində yanacağın qiymətinin artımı

Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.

Dünya ölkələrində yanacağın qiymətinin artımı
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir.
Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr –  yəni 32%-lik artım var.
Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi.
Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb.
Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.
Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da  özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur.  Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

Hazırda  bəzi ölkələrdə benzin və dizelin  qiyməti

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
– Rusiyada 1,0 manat;
– Ukraynada 1,72 manat;
– Belarusda 1,14 manat;
– Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;
– Türkiyədə 1,44 manat;
– Rusiyada 1,12 manat;
– Ukraynada 1,72 manat;
– Belarusda 1,21 manat;
– Ermənistanda 1,19 manat;
– Gürcüstanda 1,15 manat səviyyəsindədir;
– Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
– Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.
Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb. Həmin dövrlərdə respublika üzrə orta aylıq əmək haqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əmək haqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əmək haqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb.
Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması:
– Həmin məhsulların keyfiyyətin yüksək avrostandartlara çatdırılması;
– Ekoloji mühitin yaxşılaşdırılması;
– Neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi.
– 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur;
– Tarif tənzimlənməsində konservativ yanaşma, enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması, əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi və s. kimi amillər nəzərə alınıb.
– Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə onların arasında qiymət fərqi azaldılıb.
     Gözlənilən nəticələr:
– Aİ-92 markalı avtomobil benzini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacaq. Misal üçün, bir avtomobil çəninin orta benzin tutumu 50 litr götürülərsə, avtomobil sahibi bir çənin tam doldurulması üçün əlavə 5 manat, dizellə işləyən avtomobil sahibi isə əlavə olaraq 10 manat ödəyəcəkdir.
– Aİ-92 markalı avtomobil benzini üzrə qiymət tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq;
– Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcəkdir.
– Tarif dəyişikliyi nəticəsində yaranan əlavə vəsaitdən büdcədən maliyyələşən sahələrin xərclərinin balanslaşdırılmasına da sərf oluna bilər.
– Tarif artımı çox deyil və vətəndaşların ailə büdcəsinə ciddi bir təsir etməyəcək.
– Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrupun mənafeyinə xidmət edən, vətəndaşların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarıf dəyişikliyi aparılmaması üçün atılan mühüm addımdır.
–    Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq hökumət tərəfindən ayrılan subsidiyaların məbləğinə yenidən baxılacaqdır.
– Qiymət dəyişikliklərinin digər sahələrə təsirinin minimallaşdırılması üçün müvafiq tədbirlər görüləcəkdir.
– Alternativ yanacaqdan istifadənin genişləndirilməsi üçün dövlət-özəl tərəfdaşlığı müstəvisində imkanlar yaradılacaq.
– Tarif tənzimlənməsindən sui-istifadəyə, əsassız qiymət artımınına yol verilməməsi üçün nəzarət tədbirləri həyata keçiriləcəkdir.
           Bununla yanaşı, 2019-cu ildən başlayaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə iki inqilabi sosial paket həyata keçirilib. Pandemiya dövründə əhaliyə və biznesə dəstək paketləri reallaşdırılıb.
Prezident İlham Əliyevin təsdiq etdiyi sosial paketlərə əsasən,  2019-cu ilin aprel və oktyabr aylarında ölkədə maaşlar, təqaüdlər, müavinətlər və digər ödənişlər kəskin artırılıb. Minimum əmək haqqı iki dəfə artırılaraq 250 manata çatdırılıb, dövlət sektorunda əməkhaqları 20%-100% həcmində yüksəldilib. Ölkəmizdə minimum aylıq pensiya 200 manata çatdırılıb və 72,4% artırılıb. Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə MDB ölkələri və Gürcüstan üzrə 1-ci yerə, minimum əməkhaqqının alıcılıq qabiliyyəti indeksinə üzrə 2-ci yerə yüksəlib.
2019-cu ilin ardıcıl iki sosial paketi çərçivəsində sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və 1-ci dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib. Həmçinin məcburi köçkünlərin müavinətləri, tələbələrin təqaüdləri ciddi şəkildə artırılıb. 800 min insanın problemli kredit narahatlığına son qoyulub və s.
2019-cu ildəki iki sosial paketin əhatə dairəsi  ümumilikdə 4,2 mln. nəfər olub (əhalinin 42 faizi). Maliyyə yükü 2019-cu il üçün 2,3 mlrd. manat, 2020-ci il üçün isə 3 mlrd. manat təşkil edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri üçün 3,5 milyard manat ayrılıb. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edib.

 Məşğulluq və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir olmaqla, sosial dəstək tədbirləri əhalinin təqribən 5 milyon nəfərini əhatə edib
 190 manat birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılaraq 600 min şəxsi əhatə edib, aprel və may aylarında həmin şəxslərə ödəniş tam təmin edilib. Sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon (şəhər) üzrə 3-cü, 4-cü və 5-ci və dekabr ayında ölkə üzrə 6-cı dəfə ödəniş edilib və il ərzində bu ödəmə üçün 450 milyon manat sərf olunub
 100 min ailəyə ərzaq payı verilib
 Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib (12 min ailə, maliyyə yükü 70 mln. manat)
 Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb
 Ünvanlı dövlət sosial yardımı qaydaları sadələşdirilib və əhatə dairəsi genişləndirilib. Artım 14 min ailəni – 58 min ailə üzvünü əhatə edib, bu artım üçün ayrılan əlavə vəsait 8 mln. manat təşkil edib
 Əlillik müddəti başa çatan şəxslərin ödəniş müddəti uzadılıb (14 min nəfərə şamil olunub, ayrılan əlavə vəsait 3 mln. manat)
 65 yaşdan yuxarı 15 min tənha şəxsə və tənha əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərilib
 Əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilib, bu məqsədlə Dövlət Sosial Müdafiə Fondunun ehtiyatından istifadə olunub (250 mln. manat).
2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 yanvar şəhidlərinin ailələrinə aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb ki, bu da 66.7% artım deməkdir. Həmçinin, “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qaldırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat veriləcəkdir. Əlillik dərəcəsinə görə verilən müavinətlər 40% artırılıb.
Postkonflikt dövründə geniş sosial dəstək paketlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir

Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.

Multikultural dəyərlər Azərbaycan milli mədəniyyətinin ayrılmaz keyfiyyətidir
           Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzifəsidir. Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili liderin təşəbbüsü ilə hər il Azərbaycanda  avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
          Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.
Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunmalıdır.
Mədəni irsin qorunması. Azərbaycan mədəniyyətinin dünyada təbliği. Gənc nəslin milli ruhda tərbiyə olunması. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi. Tarixi abidələrin qorunması. Yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb  yenidən siyahıya alınması. Azad edilmiş torpaqlarda görüləcək işlər və s.
          Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.
         Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur.
      Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, mədəni irsimizə çox böyük zərbə vurdu.
    Memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır.
     İnşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaqdır. Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə yeni yol açılır. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır.
2021-ci il “Nizami Gəncəvi İli”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür.  Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur.  2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami ili” elan olundu.              2021-ci ildə Nizaminin 880 illik yubileyini qeyd ediləcək, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.
Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir. İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir. Şuşanın mədəni həyatı qısa müddət ərzində bərpa olunmalıdır. Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur.
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Aşıq sənəti unikal sənət növüdür və milli folklorumuz haqqında xəbər verən əsas mənbədir. Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq aşıq sənəti sırf Azərbaycan sənəti kimi qəbul edilir. Gənclərin milli incəsənətə, milli musiqiyə, muğam sənətinə böyük maraqla yanaşması təqdirəlayiq haldır və bu gurlu təcrübə inkişaf olunmalıdır.
Xalçaçılıq sənəti xalqımızın fəxr mənbələrindən biridir. Azərbaycan tarixi memarlığı dünya səviyyəsində məşhurdur, unikaldır. Azərbaycanda  bu gün də nadir memarlıq əsərləri yaradılır. Bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilən Heydər Əliyev Mərkəzi,  Bakı şəhərinin rəmzi olan alovu əks etdirən Alov qüllələri  belə nümunələrdəndir.
Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər. İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsü bərpa olunmalıdır.
         Multikultural dəyərlərin qorunması Azərbaycanın UNESCO ilə əməkdaşlığının əsas istiqamətlərindən biri olmalıdır. Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.
Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız  torpaq iddiası irəli sürürlər. Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır.
         Mədəniyyət sahəsində beynəlxalq riyakarlıq bağışlanmazdır. Heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır. Məscidlərimizi mənfur düşmən dağıdıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq, erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.

“Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi

Sosial sahədə aparılan islahatlar hər il olduğu kimi bu ildə davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Əmək pensiyaları haqqında

1.Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi

 Həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.
 Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.
 Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.

1. Qanunun 19-cu maddəsinin ləğv edilməsi ilə dəyişikliklər edilməsi zərurəti yaranan NHA-lar

 “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklər
 Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
 Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması– AR Prezidentinin Sərəncamına dəyişiklik
 Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ).

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu maddənin ləğvi) qəbul edilməsi zərurəti yaranan normativ hüquqi aktlar

 I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi
 Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.

  “Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi
 Bu şəxslər üzrə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.

3. Yekun məlumat
 

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 AR Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur.

 Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).

 Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması –  AR Prezidentinin Fərmanına dəyişiklik
 Müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).

 Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ).

 Yekun məlumat

 Qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi
Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi

Azərbaycan dünyanın ən islahatçı on ölkəsindən biridir

Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmişdir. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın Doing Business 2020 Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.


Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd edilmişdir. 
  Dünya Bankının 16 dekabr 2020-ci il tarixli press relizində qeyd edilir ki, Dünya Bankının Daxili Audit strukturları tərəfindən 2016, 2017, 2018, 2019 və 2020-ci illər üzrə məlumatların müfəssəl diaqnostikası aparılmış, ölkələrin reytinqlərinin bu dəyişikliklərin hesabatın metodologiyaları ilə uyğunluğu bir daha nəzərdən keçirilmiş və nəticədə ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənmişdir.
Müvafiq araşdırmalar nəticəsində Azərbaycanda 3 istiqamətdə aparılmış islahatların (“elektrik təchizatı şəbəkələrinə qoşulma, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə) “Doing Business 2020” hesabatında lazımınca qiymətləndirilmədiyi və daha az balla qiymətləndirildiyi məlum olmuşdur. Qeyd edək ki, müvafiq diaqnostik qiymətləndirmə 4 ölkəni – Azərbaycan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Çini əhatə etmişdir.
Qeyd edək ki, müvafiq düzəlişlərdən sonra “Doing Business 2020” hesabatında Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılıb. Bununla da, ölkənin qlobal reytinq sıralamasında mövqeyi 191 ölkə arasında 34-dən 28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı tərəfindən yenidən “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib. Xatırladaq ki, “Doing Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat press relizə əlavədə qeyd edilmişdir.
  Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır. Dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir.
  Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmişdir.  

Azərbaycanın Doing Business Hesabatındakı reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat:
1.“Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru üzrə
Bu indikator vasitəsi ilə elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə ərizələr, elektrik enerjisi müəssisələri ilə müqavilələr, elektrik paylayıcı şirkətlər və digər agentliklər tərəfindən bütün zəruri yoxlamalar və icazələr, habelə  xarici və yekun qoşulma işləri və s. üzrə islahatların aparılması ölçülür. Müvafiq istiqamətdə coğrafi informasiya sisteminin kommunal sistemdə tətbiqi islahatı sahəvi yoxlamaların aparılması zərurətini aradan qaldırmış və müvafiq sənədləşmələrin aparılması müddətinin azalmasına səbəb olmuşdur. Xüsusilə, texniki şərtlər üçün sahəvi müayinələrin aparılması proseduru ləğv edilmiş və texniki şərtlərin qəbul edilməsinə olan müddət azaldılmışdır. Beləliklə, hesabatda texniki şərtlərin və elektrik sistemlərinə qoşulmanın bir paketdə cəmlənməsi nəticəsində elektrikə qoşulma üzrə prosedurların sayının 5-ə, müddətin isə 32 günə kimi azaldığı öz əksini tapmışdır. Qeyd edək ki, müvafiq göstəricilər daha öncə hesabatda, müvafiq olaraq, 7 və 41 gün kimi əks olunmuşdu.
1.Müqavilələrin icrası indikatoru üzrə
“Doing Business” hesabatı “Hüquqi proseslərinin keyfiyyəti indeksi” vasitəsi ilə hər bir ölkənin öz məhkəmə sistemində aşağıdakı dörd sahə üzrə yaxşı təcrübələri tətbiq edib-etmədiyini müəyyən edir: məhkəmə strukturu və prosesləri, məhkəmə işinin idarə edilməsi, avtomatlaşdırılmış məhkəmə sistemi və mübahisələrin alternativ qaydada həlli. Müvafiq sub-indikator üzrə aparılmış diaqnostik yoxlamalar nəticəsində Azərbaycanın göstəricisi 6,5 baldan 10,5 bala kimi artırılmışdır. Bununla da, ölkədə məhkəmə proseslərinin təyini, hakimlər və vəkillər üçün elektron menecment sisteminin tətbiqi kimi bir sıra mühüm islahatların aparılması Dünya Bankı tərəfindən təsdiq olunmuşdur.
2.Sərhəddə ticarət indikatoru üzrə
“Doing Business” hesabatı ixrac və idxal olunan məhsulların daşınma prosesi ilə bağlı vaxt və xərcləri qeydə alır, mal partiyasının ümumi idxal və ixrac prosesində üç prosedur qrupu (sənədlərlə bağlı tələblərə əməletmə, sərhəddə tələblərə əməletmə və yüklərin ölkədaxili daşınması) ilə bağlı vaxt və xərcləri qiymətləndirir. Sərhəddə ticarətin asanlığı baxımından ölkələrin reytinqi onların sərhəddə ticarət indikatoru üzrə ballarının sıralanması əsasında müəyyən edilir. Müvafiq indikator üzrə audit qrupu tərəfindən aparılmış araşdırmalar nəticəsində “ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 12, “idxala sərf olunan müddət: sərhəd prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 4, “ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 28,5, “idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” sub-indikatoru üzrə müddətin 26 saat, “ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları)” sub-indikatoru üzrə xərcin 150 ABŞ dolları kimi olması təsbit olunmuşdur. Qeyd edək ki, müvafiq sub-indikatorlar üzrə göstəricilər daha öncə hesabatda 17, 14, 33, 33 saat və 250 ABŞ dolları kimi qiymətləndirilmişdi.
Beləliklə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.
“Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə Cədvəli
İndikatorlar

Daha öncə nəşr olunmuş hesabat üzrə mövqe
Müvafiq düzəlişdən sonra yekun göstərici

Elektrik təchizatı şəbəkələrinə qoşulma

– prosedurların sayı 7 5
– müddət (günlər) 41 32
Müqavilələrin icrası 
– hüquqi proseslərinin keyfiyyəti indeksi  8 10,5
Sərhəddə ticarət 
– ixraca sərf olunan müddət: sərhəd prosedurları (saat)” 17 12
– idxala sərf olunan müddət: sərhəd prosedurları (saat) 14 4
– ixraca sərf olunan müddət: sənədləşmə prosedurları (saat)” 33 28,5
– idxala sərf olunan müddət: sənədləşmə prosedurları (saat) 33 26
– ixraca sərf olunan məbləğ: sənədləşmə prosedurları (ABŞ dolları) 250 150

Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlər görəcəkdir.

Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb

ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir.
Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti  sayəsində dəyişdirilmişdir.

Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb
    Minsk  qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.
Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: “Hərbi variant yoxdur” deyənlər  sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.
Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir.
    Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir.Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.
10 il əvvəl Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri birgə bəyannamə ilə çıxış edərək status-kvonun qəbuledilməz olduğunu bildirmişlər. Azərbaycan bəyannaməni dəstəkləsə də, müəyyən vaxtdan sonra həmsədr ölkələrin liderləri  status-kvonun onlar üçün qəbul edilən olması haqda mesajlar vermişlər.
Pezident İlham Əliyev bidirmişdir: Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb.
Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi.
BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu?
   Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib.
   Ermənistana ciddi sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələrini geri çəkərdi.
İşğal etdiyi ərazilərin kiçik hissəsindən belə çıxarması üçün Ermənistana təzyiq olunmayıb.
Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir.
Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.
Minsk qrupunun gələcək mandatı şübhəlidir və Azərbaycanla razılaşdırılmalıdır.
Prezident İlham Əliyev: Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm.
    ATƏT-in Minsk qrupunun həmsədrləri regiona qərəzsiz və kollektiv qaydada sabitliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyət yarandığını etiraf edirlər.
     Minsk qrupunun gələcək mandatının da Azərbaycandan asılı olduğu qəbul edilir.
Azərbaycan və Ermənistan ordularının müqayisəsi zamanı Pezident İlham Əliyev bildirmişdir: Ermənistan döyüş meydanında məğlub olaraq  kapitulyasiya Bəyanatı imzalamağa məcbur olmuşdur.
Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.
Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi,    Paşinyan  danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir.
Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması olmuşdur. İkinci Qarabağ müharibəsinin gedişində də  Azərbaycan tərəfinin yeganə şərti bu olmuşdur.
     Prezident İlham Əliyev: Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir.
Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır.
Paşinyan  səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir.
Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi.
Sırvavi ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə   bir-birinə zəncirlənmişdir.
Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər.
Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir.
    Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır.
Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir.
İşğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş,   erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır.
Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün  vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər.
    Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir.
Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar.
Erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanın müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və  zəruri hüquqi   addımlar atılacaq.
  Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var.
Xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.
Ermənistan faşizmi yenidən baş qaldırarsa, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil.
    Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır.
Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik və ləyaqət şəraitində yaşaya bilərlər.
Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir.
    Artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür.
    Regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır.
Ermənistanın regional əməkdaşlıq platformalarında təmsil olunması Paşinyan rejimindən, yaxud da həmin rejimi devirəcək dairələrdən asılı olacaq.
Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər.
Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz!
Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir, vacib tarixi nailiyyətdir və regionun gələcəyi ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır.

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır

“Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır
    Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
    Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
    Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.
    Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır.
    Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağızda qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində oldu. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
     Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib.
Azərbaycanın tarixində yeni səhifə başlanır. Ölkəmiz üçün yeni dövr başlayır – quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək.
Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır.
     Erməni miflərinə son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
      Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. 
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
  Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi.

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin bir daha təsdiqidir.

Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olundu Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.

Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad olundu Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində  4 rayonu, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir.
Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. 
XXI əsrin müharibəsini aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi.
Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış               13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir.
Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Prezident İlham Əliyev öz çıxışında Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi.  Kəlbəcərin işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə   böyük üstünlüklər vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.   
Prezident İlham Əliyev: Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir.
Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,  bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi.
Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.
1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı.
1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı.
Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. 
Bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarı ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir.
Prezident İlham Əliyev: AXC hakimiyyətində təmsil olunanların  obrazı  kollektiv Paşinyandır – savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
          Vətən xainlərinin satdığı Şuşanı biz qaytarmışıq. 
Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu.
Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər.
Ermənistana unitazla qaçan “sakin” erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.
Kəlbəcər şəhərində  məktəb direktorunun  orta  məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi.
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Kəlbəcər işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və  Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini – alban tarixini də təqdim edəcək. 
Prezident İlham Əliyev bildirmişdir ki, Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq.
Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. 
Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.  
Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar. Məscidlərin dağıdılmasına etiraz edilməməsi Qərb ölkələrinin ikili standartlarının, islamofobiyanın, xristian təəssübkeşliyinin təzahürdür.
Qondarma “DQR”in ərazisində onilliklər ərzində qalmış 67 məsciddən 63-ü dağıdılmışdır.
Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir.
Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var.
Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.  
Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayacaq.
İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq  vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Müharibə bir daha göstərdi kim kimdir.
Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!

Azərbaycanın gücü milili birlikdədi

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Ağdamın işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsidir.


Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytarır.
Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir.
Prezident İlham Əliyev öz çıxışında ağdamlılara müraciət edərək bildirmişdir: Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız.
Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib.
İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir.
Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçib, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.
Ağdamlılar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. 
Rayonun Azərbaycan dövlətinin ərazilərində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır.
Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır.
Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir.
Prezident İlham Əliyev bildirmişdir: İndi nə oldu bu xəritələr? İndi bu xəritələr cəhənnəmə getdi, bu xəritələr artıq yoxdur.
Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi.
Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik  Zakir  Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov,  tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət bəxş etmişdir.
Ağdamın tanınmasında  “Qarabağ” FK-nın ölkəmizi UEFA Çempionlar Liqası və Avropa Liqasında layiqli təmsil etməsinin də rolu olub. Avropa mediası Ağdamı “Ruhlar şəhəri” kimi “Qarabağ” klubu sayəsində tanıyıb.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var.
İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş,  Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası,  Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
Bu vəhşilik, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Azərbaycan erməni vandalizminin cızalndırılması üçün bütün hüquqi imklanlardan istifadə edəcək. Bu məsələdə vətəndaş cəmiyyəti institutlarının da fəallıq göstərməsinə ehtiyac var. 
Ağdam rayonunun Azərbaycanın nəzarətində olan hissəsində 18 köçkün şəhərciyi salınmış, rayona 93 min köçkün yerləşdirilmişdir.
Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq.
İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik.
Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.
Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.
Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.
Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil.
Ermənistanda repressiya baş alıb gedir. Ermənistanda gündə hansısa müxalifət lideri tamamilə əsassız həbs olunur. Heç bir Qərb ölkəsi, insan hüquqlarını qorumaqla məşğöul olan heç bir təşkilat buna reaksiya vermir.
Azərbaycana xor gözlə baxan, qaralamağa çalışan, Avropa Şurası haradadır, niyə susur? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susur.
Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur.
Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var.
Azərbaycanın  gücü milili  birlikdədir.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir.
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur.
Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur.
Prezident öz çıxşılarında dəfələrlə qeyd edir ki,  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.
Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.
Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı.


       44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd edir.
      Azərbaycan ordusu  Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi.
Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib. Çünki Azərbaycan qurub yaradan ölkədir. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək.
          Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir.. Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
       İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.
     İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.
Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.
Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.

Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq.Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq.
Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır.

Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 16 noyabr 2020-ci il tarixində  Füzuli rayonuna səfər etmişdir.  Səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır.
Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 16 noyabr 2020-ci il tarixində  Füzuli rayonuna səfər etmişdir.
          Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
          Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.    
        Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib.
        Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır.
        Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. 50+1 formatında siyasi partiyaların birgə bəyanatı xalq-iqtidar birliyinin təcəssümüdür. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi.       
Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.
  Mülki əhaliyə atəş açmayan ordu məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan  ölkənin ordusudur. Bölgəyə sülh gətirən Azərbaycan regionun inkişafının təminatçısıdır.
Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır.
        “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.

Qələbə və Azərbaycan Ordusunun rəşadəti

Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı.

Qələbə və Azərbaycan Ordusunun rəşadəti
   Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.
    Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
     Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu.
     Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
    Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
   Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
     Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək. Həqiqətdir ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə Azərbaycanın əlindədir. Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.
     Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.
     Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır.
   Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.
    Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.
    Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
     Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.
   Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.
   Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında  istədiyinə nail olub. Qazaxın 1990-cı illərin əvvəllərində azad olunmuş kəndləri də işğaldan azad olunur. Erməni sosial şəbəkələri Naxçıvanın 1990-cı illərdə işğal olunmuş Kərki kəndinin də azad ediləcəyini bildirirlər. Sözügedən anklavlar xüsusi strateji əhəmiyyət daşıyır və Ermənistana nəzarət etmək imkanı verir. Rusiyanın xarici işlər naziri Serqey Lavrov bildirib ki, bu hərtərəfli faydalı bir sənəddir və Baş nazir bunu imzalayıbsa, Ermənistan razılaşmanı qəbul etməlidir. Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır.
     Qarabağa heç bir status verilmir. “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir.
     Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində vətənin keşiyini çəkə biləcək.
     Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq.
      Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur.
    Ermənilər xarici siyasətdə də iflas etdiklərini anlayırlar. Özlərinə ən yaxın bildikləri, müttəfiq olaraq gördükləri dövlətlərin heç birinin onlara siyasi və hərbi dəstək verməməsi, ölkənin 30 illik uğursuz xarici siyasətini gözlər önünə sərib.
   İrəvanda keçirilən mitinqdə həm hakimiyyət həm də müxalifət qüvvələri tərəfindən təxribatçılar iştirak edir, mümkün olduğu qədər vəziyyəti mürəkkəbləşdirməyə, hətta qan tökülməsinə çalışırlar.

    Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı.
     Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu.
    Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.
    Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir.
    Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
    Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
    Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.
   Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
    Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Qələbə Azərbaycanındır!

Noyabrın 10-u  ölkəmiz üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Güclü Ordumuz, Ali Baş Komandanımız, qorxmaz, cəsur igidlərimiz sayəsində Qarabağımıza qayıdırıq. Bu gün,hər birimiz hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.    


Azərbaycan Respublikasının Prezidendi xalqa müraciətində bildirmişdir ki: imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.
Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. 
Şuşada o dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!
Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.
İşğalçıları  torpaqlarımızdan  iti qovan kimi qovmuşuq. 
Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
İqtisadi gücümüz  qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
         Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.  Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi.
Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz.
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
1. Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında   bütün hərbi əməliyyatlar  tam dayandırılır. Azərbaycan və Ermənistan hazırda tutduqları mövqelərdə qalacaqlar.
2.  Noyabrın 20-dək   Ağdam, noyabrın 15-dək  Kəlbəcər,  dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir.
4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
5.  Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır.
7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
8.  Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. 
Bəyanatın üstünlükləri isə aşağdakılardır:
• Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı.
• Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır.
• Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir.  Azərbaycana  maksimum sərf edən sənəddir.
• Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi.
• Bəyanat uzun illər davam edən işğala son qoyur.
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir.
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.
• İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq.
• Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb)
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.  Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.
• Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir.
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir.   Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur.
• Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan və   Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb.
Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz.  Heç kim bizimlə zarafat edə bilməz. Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!
Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə  yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər.
Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq.   
Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. .
Azərbaycan xalqı   27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Azərbaycan xalqı qələbə bayramı qeyd edir, ermənilər parlament və hökumət binalarını dağıdır.
30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi.  
         Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı  əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik.
Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açması  hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər.
Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
Azərbaycan xalqı bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir.
Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.
“Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi.
Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Atəşkəsin pozulması və sülh haqqında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də    Almaniyanın    ARD televiziya kanalına müsahibə verib. Müsahibədə Prezident Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olduğunu bildirib.
Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.  

    Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir.
Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub.
İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir.
ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi.
Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. 
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki,  ona qulaq assın, lakin belə mesaj verilməyib.
     Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
        Azərbaycan tərəfinin şərtləri bunlardır:
          -Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar;
-Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır;  
-Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə   təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb;
Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon  işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır.
-Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik;
-Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir;  
-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir; 
Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibə verib. Cənab Prezidentimiz dünyanın aparıcı kütləvi informasiya vasitələrinəverdiyi müsahibələrində Ermənistanın dezinformasiyasını ifşa edərəkəsl reallıqları olduğu kimi çatdırır. Oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə mesahibəsində son bir ay ərzində baş verənlər, Ermənistanın işğalçı siyasıtindın əl çəkməməsi, beynəlxalq konvensiyalara zidd olaraq dinc əhalinin qətlə yetirilməsi, yaşayış məntəqələrini və digər obyektləri atəşə tutmaları barədə ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnterfaks” agentliyinə müsahibə verib.
       Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
       Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
       Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.
      Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
      Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
     Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.
    Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
     İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır.  Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.
     Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır.
      BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır.
      Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən           40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
    Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.
      Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
     Münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür.
Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, – təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, – təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər.
       Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır.   Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.
     Prezident İlham Əliyev bütün müsahibələrində biirmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində vuruşur və işğal altında olan ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparacaq, müstəqil tariximizin ən yeni salnaməsini yazacaq.
     Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun müzəffər yürüşü davam edir. Şanlı Azərbaycan ordusu işğal altında olan ərazilərimizi azad edir, xalqımıza qürür və sevinc dolu günlər yaşadır. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun müzəffər yürüşü davam edir
   
Bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruh¬landırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma tor¬paqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, Böyük Qələbənin sevinci yaşadacaq.
   Amma mübarizə təkcə döyüş meydanında getmir. Bu gün İnformasiya məkanı, diplomatik arena da döyüş meydanı sayılır və Azərbaycan Prezidenti həm informasiya saahəsində, həm də diplomatik müstəvidə Azərbaycan xalqının maraqlarını yorulmadan müdafiə edir, müasir dövrün əsl siyasi lider obrazının yeni cizgilərini yaradır.
   Beş il ərzində (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə istehkamları yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətinin göstəricisidir. Sentyabrın 27-dən bu günə 4 şəhər, 4 qəsəbə, 165 kənd düşmən tapdağından azad edilib. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.
  Ermənistan torpaqlarımızı işğal etməklə və burada qanunsuz məskunlaşdırma aparmaqla elə düşünürdü ki, Azərbaycan sona qədər buna dözəcək və susub oturacaq. Amma dövlətimiz bütün istiqamətlərdə – ordu quruculuğu, diplomatiya və siyasət sahələrində öz işini görürdü. Bu gün döyüş meydanında qazandığımız nailiyyətlər güclü maddi-texniki bazaya, peşəkar kadrlara və döyüşkən əsgərlərə malik Ordumuzun sayəsində mümkün olub.
  Azərbaycan Prezidenti son illər ərzində ardıcıl fəaliyyəti ilə dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmağa müvəffəq oldu. Beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdıran dövlətimizin başçısı dərin təfəkkürü, siyasi savadı, məntiqi ilə hadisələrin necə baş verdiyini və hansı tərəfin haqlı olduğunu göstərdi.
   Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən fikirlərini tarixi faktlara əsaslandırması beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Məsələn, Kürəkçay sülh müqaviləsindən danışan dövlətimizin başçısı diqqətə çatdırır ki, bu anlaşmada erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Burada məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi.
   Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini regiona nəticəsiz səfərlərdə görür, əsas məsuliyyəti tərəflərin özlərinin üzərinə qoyur. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, Minsk qrupu işğalçıya təzyiq etməyib, ya da etmək də istəməyib. Minsk qrupunun həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Çünki Minsk qrupunun həmsədrləri həm də BMT         Təhlükəsizlik Şurasının daimi üzvləridir. Qanunsuz məskunlaşdırma beynəlxalq cinayətdir və Cenevrə konvensiyalarına ziddir. Minsk qrupu isə Ermənistanın qanunsuz məskunlaşma aparmasına nəinki etiraz etmədi, heç səsini də çıxarmadı. Cinayətə susmaq isə torpaqlarımızın erməniləşdirilməsinə, Azərbaycanın mədəni irsinin silinməsinə yönəlmişdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirir. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
   Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiyadövlət siyasəti səviyyəsinə   qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilir. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər  ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur, Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edib. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil.Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər. Qoşulmama Hərəkatının verdiyi dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, “dünya 5-dən daha böyükdür.
Hansı ölkədə yaşamasından, hansı xalqı təmsil etməsindən asılı olmayaraq, ədalət hissini, vicdanını itirməyən, müstəqil düşünməyi və nəticə çıxarmağı bacaran istənilən insan, hesab edirəm ki, cənab Prezidentin müraciətini dinlədikdən sonra bu gün baş verənlərin gerçək mahiyyətini anlaya bilər.
Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını daha da yüksəklərə qaldırdı.
Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraq¬larını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil.
Əminik ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqları¬mızı azad edəcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və digər yaşayış məntəqələrimizdə qaldırılacaq.

Azərbaycan mülki şəxslərə və obyektlərə hücum etmir

Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib. Prezident İlham Əliyev verdiyi müsahibədə bir daha yüksək intelekt, məlumatlılıq və diplomatik məharət nümayiş etdirmişdir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi həm hərb meydanında öz sözünü deyir, həm də haqq səsimizi bütün dünyaya çatdırır. Dövlətimizin başçısı dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə Azərbaycanın mövqeyini, düşmənin əsasssız iddialarını ifşa edir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib.
Prezident İlham Əliyev müsahibəsində bildirmişdir ki, sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi. Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.  Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.
       Prezident İlham Əliyev həmçinin sülh planının detalları haqqında da məlumat vermişdir. Vasitəçilər tərəfindən – Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur.
Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, – bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, – Azərbaycana qaytarılması deyilir. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar – 700 min nəfər qovulmuşdur.
       Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.

Dövlət başçısı İlham Əliyev  Gəncədə baş verən teror hadisəsinə toxunaraq bildirmişdir ki,  Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.
        Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, – buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.
      Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər.
Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdı, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.
Azərbaycanın dronları Ermənistan tanklarını və başqa hərbi hədəfləri məhv edir. İndiyədək dronlar 230-dan çox tankı məhv edib. Azərbaycan onların 6 ədəd             S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını sıradan çıxarıb. Dronlardan mülki şəxslərə qarşı istifadə edilmir. Bu, yanlış məlumatdır.
       Azərbaycan tərəfində muzdluların döyüşdüyü dezinformasiyadır. Bu,dezinformasiyadır. Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Sübutlar, dəlillər tələb edildi və hələ də tələb edilir. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb.
     Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? dezinformasiyadır. Heç bir dəlil, heç bir sübut yoxdur. Dəlil versinlər, sadəcə. Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Heç bir muzdluya əsla ehtiyac yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.
     Azərbaycanın iqtisadi göstəriciləri dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Ciddi sosial problem yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Azərbaycan 30-dan çox ölkəyə dəstək – maliyyə dəstəyi, humanitar dəstək göstərib. İqtisadiyyat sabitdir, davamlıdır. Azərbaycanın bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamasına ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var.
Azərbaycan Türkiyə münasibətlərindən danışan Prezident İlham Əliyev bildirmişdir ki,Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur və sadəcə siyasi dəstək verir. Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.
Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.
     Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir.
Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük.
Düşmənçiliyə son qoymaq üçün istənilən motivasiya Azərbaycan tərəfindən dəstəklənir. Bu gün Vaşinqtondakı görüşün çox yaxşı nəticəsi onda ola bilər ki, Ermənistan sülh yolu ilə həllə sadiq olsun, hücum etməyi dayandırsın və qoşunları geri çəkəcəyinə dair öhdəlik götürsün.
Azərbaycan həmişə Amerika Birləşmiş Ştatlarının həqiqi tərəfdaşı olub. Beynəlxalq terrorçuluqla mübarizədə bir yerdədir, Əfqanıstanda bir yerdədir, hərbi qulluqçuları Əfqanıstanda saxlayır və bununla sülhməramlı əməliyyatlara öz töhfəsini verir.
Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə Azərbaycan önəmli layihələri tamamlayıb. Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətləri var. Amerika Birləşmiş Ştatları Azərbaycanı dost hesab edir və həqiqətən də dostuq. Ona görə burada sülhün olması Amerika Birləşmiş Ştatlarının marağındadır.
Amerika super gücdür. Müstəqilliyin lap ilk illərindən bəri Amerika Birləşmiş Ştatları həmişə Azərbaycanı dəstəkləmişdir. Bu gün ikitərəfli əməkdaşlıq bəlkə də, ən yüksək səviyyədədir. Bu gün Vaşinqtondakı görüş Ermənistanı təcavüzü dayandırmağa, işğalı dayandırmağa inandırmaq üçün önəmli olacaqdır və sonra da torpağımıza sülh gələcəkdir.
      Azərbaycan Prezidenti İlham Əliyev Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Cənab Baydenlə ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edib.
ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik.
İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir. Bu, təkcə Azərbaycandan asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Çünki bütün müharibələr dayanır və sülh gəlir.
    Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda birlikdə yaşaya bilərlər;
    Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ordumuz erməniləri işğal altında olan torpaqlarımızdan qovur və qovmağa davam edəcək.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Ermənistanı pulsuz silahlandırırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. Cənab Prezident müsahibəsində bildirmişdir ki, “Biz hərbi avadanlığı bir çox ölkələrdən alırıq. Bizə hərbi avadanlığı ən çox       təchiz edən Türkiyə və İsrail deyil, Rusiyadır”. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
       Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.
      Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər.
     Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi.
     Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər.
     Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi.
Prezident İlham Əliyev uğurlu əks-hücum nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməyindən də söz açıb.
       Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.
     Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, – onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, – bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyidir. Onlar dayanmasa torpaqların azad olunması davam edəcək.
     Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar.
     Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
    Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər.
   Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.
  Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var.
Hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırılar.
    Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi. O dedi ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır. Beləliklə, bu, çox güclü siyasi dəstəkdir və buna görə çox minnətdarıq. Azərbaycan döyüş meydanında nə edirsə özü edir. Bəli, müasir silahlarla, müasir avadanlıqlarla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir.
   Türkiyə ilə münasibətlərin böyük tarixi və daha da parlaq gələcəyi var. Bu prosesə cəlb edilmək üçün Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi legitim hüququ var. Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir.
   Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq.
    Azərbaycan dünyəvi ölkədir. Konstitusiyaya əsasən din dövlətdən ayrıdır. Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edilir. Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyət qarşısında bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirib.
   Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Bakının mərkəzində bərpa olunmuş və hökumət tərəfindən qorunan erməni kilsəsi var. İşğal olunmuş torpaqlardakı məscidlərimiz isə dağıdılıb. Ermənilər məscidlərimizdə donuz saxlayırlar. Bu yaxınlarda internetdə videolar var idi. İnternetdə Zəngilan rayonunda bir kəndin azad edilməsindən sonra donuzların məscidimizdə necə gəzdiyini göstərən görüntülər var idi. Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.
     Prezident İlham Əliyev bütün müsahibələrində birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərzisində mübarizə aparır və işğal altındakı ərazilərimizin azad olunması uğrunda sona qədər mübarizə aparcaq. Böyük Qələbənin tarixi, igid əsgər və zabitlərimizin şücaəti, xalqımızın qanı ilə yazılır. Qarabağ azad ediləcək! Qarabağ Azərbaycandır!

Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr informasiya müharibəsi sahəsində də  Azərbaycan mövqeyini kifayət qədər gücləndirir. “Nikkei” qəzeti 1950-ci ildən fəaliyyət göstərir və gündəlik çap olunur. Böyük oxucu kütləsinə malik olan qəzetin müxbirləri Yaponiya xaricində dünya üzrə nüfuzlu siyasətçilərdən müsahibə götürürlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
Prezident İlham Əliyev müsahibəsində 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətində Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərə və əməkdaşlığa sadiq olduğunu, lakin bunun qarşılığını görmədiyini bildirib.Minsk qrupunun vasitəçiliyi ilə keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə nail olunmuşdu. Böyük olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir.
     Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu ölkələrin iştirakı və bu ölkələrin səsverməsi ilə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib.
Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
       Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.
     Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.             Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edilmişdir. Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə                   etmədi.
    Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə, Azərbaycanın işğal olunmuş bütün əraziləri qaytarılmalıdır!
  Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Türkiyə ilə olan münasibətlərindən də, söz açıb: Azərbaycan Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır.
Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Əlbəttə ki, Türkiyə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir.
        Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir.
       Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır;
Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir.
İki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) hökumətin siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay bundan əvvəl etmişdi. Normal dialoqa ehtiyac var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyac var. İndi 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Siyasi dialoqun çox aktiv fazasındayıq.
     Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman  1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat partiyası. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə hökuməti tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar.
     İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidenti və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.
   Birinci vitse-prezident Mehriban xanım Əliyevanın parlaq siyasi karyerası var. Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. 
Prezident İlham Əliyev sülhün regiondakı vəziyyəti tamamilə dəyişəcəyini bildirmişdir. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq səviyyəsi çox yüksəkdir. Strateji tərəfdaşıq çərçivəsində Gürcüstanın hazırkı hökuməti ilə mükəmməl əlaqələrimiz var. Bir-birimizi dəstəkləyirik, yaxşı qonşu və dostuq. Baxın, birlikdə nə qədər layihə icra etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli, dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir çox başqa layihələr. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqdan sonra işsizlik çoxalacaq.
Azərbaycanın əhalisi artır. Türkiyənin əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur, Ermənistanın əhalisi isə 2 milyondan azdır. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ dezinformasiya idi. Onların ordusu qaçır. Azərbaycan ordusu onları məğlub edir.  Azərbaycan işğal qurtarandan sonra regionun inkişafı üçün əlindən gələni əsirgəməyəcək. Qarabağ torpaqlarına həyat qayıdacaqdır. Qarabağ Azərbaycandır!

Azərbaycan öz öhdəliklərinə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə şanlı Azərbaycan Ordusunun Ermənistan işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda apardığı zəfər yürüşü davam edir.


    Müharibə eyni zamanda informasiya cəbhəsində gedir. Azərbaycan Prezidenti, Ali Baş Komandan informasiya savaşının da ön cərgəsindədir və dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrində ölkəmizin maraqlarını yorulmadan müdafiə edir.
   Azərbaycan Prezidenti son 25 gün ərzində dünyanın 17 ən nüfuzlu televiziya kanallarına müsahibə verib.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son müsahibə və çıxışlarında dövlətimizin başçısı qələbənin yalnız hərbi yolla deyil, həm də siyasi yolla həll edilməsini mümkün sayır və qarşı tərəfə öz çoxsaylı itkilərinin qarşısını almaq, ağıllarını başlarına toplamaq və düzgün qərar qəbul etmək üçün imkanlar  yaradır. Bu yanaşma ölkəsinin və xalqının qüdrətinə yaxşı bələd olan, ona sonsuz güvənən və mükəmməl orduya malik olan lider və sərkərdənin miskin düşmənə verdiyi son şansdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə verdiyi videomüsahibəsində də bu məsələləri yenidən gündəmə gətirib. Dövlətimizin başçısı növbəti dəfə bəyan edib ki,indiki halda ən önəmli məsələ Ermənistan və          Azərbaycan rəhbərlərinin siyasi iradəsidir. “Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq”.
    Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.
  Azərbaycanın münaqişənin bütün mərhələlərdə – 27 il ərzində beynəlxalq hüquq çərçivəsində, BMT-nin Təhlükəsizlik Şurasının məlum qərarları əsasında ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tərəflərlə sıx təmas formatında işlənib hazırlanmış baza prinsipləri əsasında həll variantını dəstəkləyib və öz öhdəliklərinə sadiqliyini nümayiş etdirib. Ölkəmiz bu gün də həmin razılaşmalara sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin 5+2 formatında qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya dönmələridir. Bütün bunlar baza prinsiplərində qeyd olunub. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Lakin son dövrdə, xüsusən Nikol Paşinyanın “Qarabağ Ermənistandır” kimi sərsəm ideyalar ucbatından danışıqlar dalana dirənib.
Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı – yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik nümayiş etdirdi.
     Prezidentimiz müsahibələrində dəfələrlə bəyan edib ki,  biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik.
    Azərbaycan Prezidenti İlham Əliyev dünya ictimaiyyətini narahat edən, onlara qaranlıq qalan bir çox məsələlərə dəqiq, konkret, təkzibolunmaz faktlarla aydınlıq gətirib. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti, münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyü, Laçın dəhlizi, cəbhədə guya Azərbaycan tərəfindən muzdluların döyüşməsi haqqında uydurmaların da nə qədər əssassız olduğunu tutarlı arqumentlərlə təkzib edib.
Prezident İlham Əliyev bildirib ki, indiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin;
   İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir.
    Prezident TASS əməkdaşının Laçın dəhlizi mövzusunda sualını cavablandırarkən o dəhlizlə yanaşı, bütün digər kommunikasiyaların, həmçinin, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların da müzakirə mözvusu olduğuna vurğu etdi. Prezident ona da vurğu etdi ki, Ermənistan ciddi şəkildə silahlanır və bu bölgədə təhlükəsizliyi pozur.

    Rusiya informasiya agentliyinə müsahibədə açıq şəkildə deyildi ki, Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir: “ “Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.   

Bu döyüş haqq döyüşüdür
Qoy, üzümüz ağ olsun
Mərd igidlər itirsək də
Vətən, başın sağ olsun!
Baş komandan ümid yeri
Gözlərə çıraq olsun
Qolu bağlı Ağdam, Şuşa
Laçın bizi gözləyir
Yağı düşmən, durun- qaçın
Vətən bizi səsləyir
Haqq da bizim tərəfdədir
Göylər də dua deyir
Vətən oğlu yekdil olsa
Vətən heç vaxt basılmaz
İndi qisas zamanıdır
Qisas uzağa qalmaz
Azərbaycan bir günəşdir
Doğan günəş solamaz
Düşmənlər qarşımızda tezliklə xar olacaq
Adımız tarixlərdə qəhrəman tək qalacaq
Haqqımız üz ağlığı və istiqlal olacaq
Qarabağı almağa inamla söz veririk
Bu yerlərdə qalmağa inamla söz veririk!

                                                                                                          Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, 
Tufan Tarverdiyev

Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun qələbə marşı davam edir. Rəşadətli Azərbaycan ordusunun erməni işğalçıları tərəfindən işğal olunmuş, 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın işğaldan azad olması uğrunda apardığı zəfər yürüşü davam edir.
Şanlı Ordumuz  oktyabrın 20-də Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng(Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.

Azərbaycan Ordusu öz qələbə salnaməsini yazır
    Oktyabrın 21-də isə Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndi, Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi düşmən tapdağından xilas olunub.
Azərbaycan Ordusu işğalçı ölkənin hərbi birləşmələrini darmadağın etməklə qələbə yürüşünü davam etdirir. Düşmənin 241 tankı  məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi – “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
    Azərbaycan Ordusunun yüksək dəqiqliklə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinə onillər boyu bərba edilməyəcək ziyan dəyib.
Ordumuz  Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.
   Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.
Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. 
Azərbaycan torpaqları işğaldan azad edildikcə biz qaniçən düşmənin cinayətkar mahiyyətini daha aydın şəkildə görürük. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Ermənistanın hərbi-cinayətkar rejiminin muzdlu qatilləri, soyğunçuları Azərbaycan vətəndaşlarına məxsus nə varsa talayıblar. Talaya bilmədiklərini isə darmadağın ediblər. Vaxtilə insanların xoşbəxt, firavan yaşadığı Azərbaycan torpaqları uzaq Yaponiyanın nüvə hücumuna məruz qalmış şəhərlərini – Naqsakini, Xirosimanı xatırladır. İşğal altındakı Azərbaycan torpaqlarında həyata keçirilmiş vandalizm aktları erməni millətçiliyinin, faşizminin gerçək simasını əks etdirir və sübuta yetirir ki, gözü hər zaman başqalrının torpaqlarında olan ermənilər qurub yaratmağı deyil, mövcud olanları dağıtmağı, talamağı bacarırlar.
  Amma cənab Prezidentin də qeyd etdiyi kimi, işğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq. Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir.
– Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır! Xalqın Ali Baş Komandana olan inamı böyük qələbəmizi yaxınlaşdırır!

H.Z. Tağıyev adına Toxucu Tikiş Birliyi mədəniyyət evinin direktoru,
Əməkdar mədəniyyət işçisi, 
Azad Aslanov

Məqsədimiz qələbədir!

İşğalçı Ermənistan dövləti özünün faşist və işğalçı siyasətini davam etdirir. Oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərinin növbəti dəfə raket hücumuna məruz qalması Ermənistan hakimiyyətinin növbəti hərbi cinayətidir. Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində bəyan etdi ki, bu cür namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.


          Ermənistanın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır. Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulması nəticəsində mülki əhali həlak olub, yaralanıb. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir.
Rəsmi Yerevan Cenevrə Konvensiyasına zidd əməllər törədir. Şuşaya və Qarabağın digər şəhərlərinə Livandan, habelə başqa ölkələrdən ermənilərin gətirilməsi və məskunlaşdırması hərbi cinayətdir, habelə Cenevrə Konvensiyasına ziddir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Odur ki, Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir.
  Ermənistanın əhalisi dövləti və dövlətçiliyi bataqlığa aparan kriminal hakimiyyətə qarşı çıxmalıdır. Ermənistan əhalisi kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Ermənistanda hərbi komissarlıqlarda təşkil olunan mitinqlər artıq onu deməyə əsas verir ki, onlar həqiqəti dərk ediblər və bu cinayətdə iştirak etmək istəmirlər. Erməni xalqı öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcəkdir.
            Füzuli böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Füzuli qədim yaşayış məskənimizdir, onun qaytarılması minlərlə insanın o yerlərə qayıtması deməkdir. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması yeni strateji üstünlükləri bəxş edir.
Prezident İlham Əliyev Azərbaycan ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsinin siyahısını təqdi etmişdir: tank – 234 ədəd məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb, piyadaların döyüş maşını – 49-u məhv edilib, 24-ü hərbi qənimət kimi götürülüb. Özüyeriyən artilleriya qurğusu 16 ədəd məhv edilib, müxtəlifçaplı toplar 190, “Uraqan” sistemi 2, TOS odsaçan 1, əməliyyat taktiki raket kompleksi “Elbrus” 2, “Toçka-U” 1, OSA zenit raket kompleksi 35, TOR zenit-raket kompleksi 3, KUB və “Kruq” zenit raket kompleksi 5, radioelektron mübarizə sistemləri 9, S-300 zenit raket kompleksi 2, yük avtomobilləri 196-sı məhv edilib, 98-i qənimət kimi götürülüb. Füzuli uğrunda ağır döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq nümayiş etdirmiş ordumuz haqqı bərpa edir.
Azərbaycan ordusu hətta mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir. Müzəffər Azərbaycan ordusu şərəfli missiyanın öhdəsindən gələ bilir. Qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edilməsi böyük qələbəni xalqa daha da yaxın etdi. Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
         Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib.
İşğaldan azad olunmuş bütün ərazilərdə məscidlər bərpa olunacaq və oralardan azan səsi eşidiləcək. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Torpaqlarımızın işğaldan azad olunan hər bir gün xalqa xoşbəxt hisslər bəxş edir. Azərbaycan böyük qələbəyə qədər öz zəfər marşını davam edəcəkdir. Bütün Azərbaycan xalqı dövlətimizin ən parlaq səhifəsini yazır. Azərbaycanda yaşanan həmrəylik, qarşılıqlı dəstək, birlik və ordumuzun qəhrəmanlığı bu şanlı tarixin səbəbidir. Xalqımız öz doğma dədə-baba torpaqlarını işğalçılardan azad edir.
Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz.
Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar.
Bu gün hər bir vətəndaş Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar, qeyri-hökümər təşkilatları da bu prosesdə fəal iştirak edir. Qəhrəman Ordumuzun gücü ilə tezliklə işğal altında olan bütün torpağlarımızı düşmən tapdağından azad edəcək və qələbə bayrağımız Şuşada, Laçında və digər işğaldan azad olmuş torpaqlarımızda dalğalanacaq!

Qarabağ Azərbaycandır!

 

Ulduz Ələsgərova
Xətai rayonu 288 saylı körpələr-evi uşaq bağçasının müdiri

Türkiyə Qarabağ mövzusunda daim Azərbaycanın yanındadır!

Bu gün Azərbaycan tarixi günlərini yaşayır. Cəbhə xəttində həyata keçirilən hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, biz istədiyimiz an torpağlarımızı düşmən işğalından azad etmək iqtidarındayıq. Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlar prinsipial xarakter daşıyır və beynəlxalq hüquqa əsaslanır.


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” telekanalına müsahibəsində ölkəmizin qətiyyətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Cənab Prezident İlham Əliyev  müsahibəsində, Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayır və buna görə çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür. Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir.
Ermənistanın atəşkəs planları tam başqa idi. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi.
Danışıqlar formatı dəyişməz olaraq qalır. Danışıqlar yalnız Ermənistan və Azərbaycan arasında aparılacaq. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın hər hansı bir nümayəndəsinin bu danışıqlarda iştirakı müzakirə mövzusu deyil;
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb. Minsk qrupuna həmsədrlik edən ölkələr, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı ilə “Tərəfdaşlıq prioritetləri” adlı sənəd paraflanmışdır. Orada Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək göstərilir. Yəni, mən inanmıram ki, hər hansı bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanısın.
Qarabağda yaşayan ermənilərlə əlaqədar mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə, Bakı şəhərində minlərlə erməni yaşayır və onlar vətəndaşımızdır. Ölkəmizdə bir çox millətlər yaşayır və bu, ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını o kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha güvənli, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı daha da artacaq.
Hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq ki, buna nail olaq.
Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.
Türkiyə hərbi əməliyyatlarda iştirak etmir. Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi. Ermənistanda əcnəbi terrorçular var. PKK-nın düşərgələri var orada.
Türkiyə qardaşımızdır. Türkiyə Azərbaycana hərbi yardım edir. Türkiyədən hərbi texnika alırıq, ancaq başqa ölkələrdən də alırıq. Rusiyadan, İsraildən, Belarusdan, İrandan, Ukraynadan, Şərqi Avropa ölkələrindən, o cümlədən Türkiyədən alırıq. Türkiyənin indi inkişaf etmiş hərbi sənaye kompleksi var. 
  Hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır. Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. Paşinyan küçədən gələn bir adamdır. Ermənistanı fəlakətə aparır. Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür.
Tezliklə evləri dağılmış insanların problemləri həll ediləcək. Onlar heç narahat olmasınlar. Bu məsələ mütləq həll ediləcək və Azərbaycan xalqı da bilir ki, o hansısa sığorta şirkətinə gedib müraciət etməyəcək, onu get-gələ salmayacaqlar, hansısa məmur ona problem yaratmayacaq, çünki bu, nəzarətdədir.
Bu hadisə Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu bir daha göstərir. Vətəndaş deyir ki, evim də batsın, malım da batsın, təki Qarabağ alınsın və hamımız bu amalla yaşayırıq. Bu nisgili, bu həsrəti 30 ildir yaşayırıq, 30 il. Buna son qoyulmalı idi, yoxsa yox? Buna son qoyuruq və qoyacağıq.
Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.
Azərbaycan Ordusu böyük uğurlara imza atdı. Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna!
Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanlarında qəhrəmanlıq göstərir. Xalqımız əmindir ki, Ali Baş Komandan cənab İlham Əliyevin məntiqli diplomatiya strategiyası, o cümlədən rəşadətli ordumuzun gücü sayəsində tezliklə Qarabağımıza qovuşacaqdır. Qarabağ Azərbaycandır!

Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibə verib. Müsahibədə Prezident İlham Əliyev  Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davam etdiyini  və onların Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər etdiyini bildirmişdir. Humanitar atəşkəs sülh demək deyildir. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir.


      Moskva şəhərində baş vermiş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticəsi kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsiplər mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistanın silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.
     Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir. Bu münaqişədə qardaş Türkiyənin rolu əvəzolunmazdır.
     Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz. Strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir. Bütün əsas strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldə olunması xalqımızın böyük qələbəsini yaxınlaşdırır.
      Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır. İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
        Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.
Biz həmçinin erməni diasporuna qarşı mübarizə aparırıq. İllərdir ki, biz xaricdəki erməni diasporunun yaydığı qara propoqanda ilə üzləşirik və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİVlərinə təsir edən erməni diaspor təşkilatları sentyabrdakı erməni təxribatları başlayan andan bizə qarşı iş aparırlar. Prezident Türkiyə mətbuatına minnətdarlıq ifadə etmişdir ki, real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırır.
       Atəşkəs əldə olunduqduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir.
     Ermənistan məğlubiyyətə uğrayıb. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir. Prezidentimiz səsləndiriyi hər fikirdə Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirmişdir.
Biz öz torpağımızdayıq. Erməni əsgəri bizim torpaqdan çıxarsa bu münaqişə də bitər.
Prezident İlham Əliyev verdiyi müsahibənin hər cümləsində Azərbaycanın maraqlarını əsas tutmuşdur. İllər boyu Beynəlxalq aləm bu münaqişəni fərqli tərzdə təqdim etməyə, həqiqətləri pərdələməyə üstünlük verib. Ona görə də Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın və digər Türkiyə rəsmilərinin açıq şəkildə Azərbaycanı dəstəkləmələri Azərbaycan üçün olduqca vacib idi.
Sonda İlham Əliyev ermənilərin Gəncədə törətdikləri teror aktını pisləyərək bildirmişdir. Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Azərbaycan mülki əhali ilə müharibə aparmır. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.
       Möhtərəm Prezidentimiz öz çıxışlarında qeyd etdiyi kimi, bizim güclü ordumuz var və bu ordu işğal altında olan torpaqlarımızı hər an azad etməyə qadirdir. Biz əminliklə deyə bilərik ki, istər ön cəbhədə, istərsə diplomatiyada və siyasi müstəvidə əldə etdiyimiz qələbələrin yalnız bir memarı var, o da Prezident İlham Əliyevdir!
   

Bakı Avtomobil Sənaye ASC-nin sədri
Sadıx Əliyev

Humanitar atəşkəs körpüsü

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur. Rusiya Xarici İşlər Nazirliyində  keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs sülhə çatmaq üçün bir vasitədir. Sülhün isə şərtləri bəllidir, onu Prezident İlham Əliyev elan edib.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Salahov Fuad Fərman oğlu
       Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.
       Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
     Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
    Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.
    Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
     Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
     Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
    ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. 
     Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və öz şərtlərini irəli sürür.
    Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında “Nəyi ediriksə, dəqiqliklə edirik”  bildirmişdir.
    Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
   Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu.
    Aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
   Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar.
   Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
   Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı – artıq heç kəs daim Azərbaycan ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə köçmək haqda düşünməyəcək. Qarabağı tərk edən ermənilərin əksəriyyəti bir daha geri dönməyəcək. Hər an hərbi əməliyyatların bərpa olun biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək.
    Ermənistanın və onun diasporasının işğal olunmuş ərazilərə qoyduğu investisiyalar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı.
    Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi.
   Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli,  Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.
    Müharibə davam edir, fazaları fərqlidir, bir gün silah, digər gün diplomatiya danışır. Hər iki amil bir birinin qələbəsini möhkəmləndirir. Amma hədəf birdir – Azərbaycanın torpaqları işğaldan azad olacaqdır!  Bütün xalq Ali Baş Komandanın arxasındadır!

Rusiyanın paytaxtı Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü olmuşdur. Rusiya Xarici İşlər Nazirliyində  keçirilən görüşdə bu ölkənin XİN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak edib. 11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Humanitar atəşkəs sülhə çatmaq üçün bir vasitədir. Sülhün isə şərtləri bəllidir, onu Prezident İlham Əliyev elan edib.
       Humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.
     Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
    Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
    Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.
    Humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
     Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
     Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
       ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geo-siyasi əhəmiyyəti vardır. 
     Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və öz şərtlərini irəli sürür.
    Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında “Nəyi ediriksə, dəqiqliklə edirik”  bildirmişdir.
    Bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
    Azərbaycan Ordusu 10 gün ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. 190-dan artıq tank, çoxsaylı artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, düşmənin xeyli sayda hərbi texnikası, silah-surastı ələ keçirildi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qursun. Bu silah-sursat sistemlərinin qurulması üçün Ermənistan tərəfindən milyardlarla vəsait sərf olunmuşdu.
    Aprel döyüşlərində Ermənistan öz cəzasını aldı. Amma son döyüşlər miqyasına görə böyük əməliyyat olaraq Ermənistan ordusunun və cəmiyyətinin özünə güvənini əsaslı dərəcədə sarsıtdı. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Azərbaycan Ordusu öz qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
   Milli həmrəylik, yüksək vətənpərvərlik, dünya azərbaycanlarının birliyi dövlətimizin əzmini daha da artırdı. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar.
    Tarixi günlərini yaşayan Azərbaycan düşməni torpaqlarımızdan çıxararaq Ermənistanı təslim bayrağı qaldırmağa məcbur etdi. Cəbrayıl rayonu, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər azad edildi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bütün cəbhə xətti boyu ermənilərin müdafiə istehkamları yarıldı və ələ keçirildi, bundan sonra düşmənin yenidən müdafiə xətti qurmağa nə vaxtı, nə imkanları, nə resursları yoxdur. Suqovuşan su anbarının olduğu ərazinin azad edilməsi ilə ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən su probleminin həlli istiqamətində ciddi addım atıldı.
   Ermənilərin işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırmaq cəhdi iflasa uğradı – artıq heç kəs daim Azərbaycan ordusunun hədəfində və atəş zonasında yerləşən ərazilərə köçmək haqda düşünməyəcək. Qarabağı tərk edən ermənilərin əksəriyyəti bir daha geri dönməyəcək. Hər an hərbi əməliyyatların bərpa olun biləcəyini anlayan erməni əhalisi Qarabağı tərk etməkdə davam edəcək.
    Ermənistanın və onun diasporasının işğal olunmuş ərazilərə qoyduğu investisiyalar havaya sovrulub və bundan sonra heç bir iş adamı bu ərazilərdə biznes qurmaq haqda düşünməyəcək. Ağır zərbələr alaraq diz üstə çökdürülən Ermənistanın baş naziri hərbi əməliyyatların dayandırılması üçün müraciət etmədiyi ünvan, döymədiyi qapı, yalvarmadığı lider qalmadı.
    Sentyabrın 27-də başlamış hərbi əməliyyatlar Azərbaycan Ordusunun tam qələbəsi ilə nəticələndi və bundan sonra ölkəmiz diplomatik cəbhədə də diqtə edən tərəf kimi çıxış edir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi.
   Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər. Danışıqlar baza prinsiplərinə əsaslanmalı, BMT TŞ-nin qətnamələri və Helsinki yekun aktının tələbləri əsas götürülməli,  Ermənistan irəli sürülmüş tələbləri icra etməli, qoşunların işğal olunmuş ərazilərdən çıxarılması qrafikini təqdim etməlidir. Həmsədrlər də fəaliyyətini bu istiqamətdə qurmalıdırlar.
    Müharibə davam edir, fazaları fərqlidir, bir gün silah, digər gün diplomatiya danışır. Hər iki amil bir birinin qələbəsini möhkəmləndirir. Amma hədəf birdir – Azərbaycanın torpaqları işğaldan azad olacaqdır!  Bütün xalq Ali Baş Komandanın arxasındadır!

Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri
Salahov Fuad Fərman oğlu

Azərbaycan xalqının qələbə salnaməsi

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş Komandanı cənab İlham Əliyev xalqa müraciət edib. Müraciət zamanı Prezident İlham Əliyev Azərbaycanın işğalçı ölkə olmadığını, başqasının torpağında Azərbaycanın gözünün heç vaxt olmadığını bildirib. Azərbaycanın yalnız tarixən ona məxsus olan torpaqları geri qaytarmaq istədiyini vurğulayıb.


    Prezident İlham Əliyev çıxışında aparılan danışıqların və onun formatının faktiki olaraq münaqişənin dondurulmasına xidmət etdiyini bildirib. 
     Sülhsevər Azərbaycan xalqı danışıqlara inanıb. Diplomatik üsullara sadiq olub. Beynəlxalq birliyə etibar edib. Xalqımızın etibarından istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri 27 ildir kağız üzərindədir.
    Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi Azərbaycan xalqının qələbə salnaməsinin parlaq səhifələrindəndir.
    Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
   Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimiz qəhrəmanlardır. Onların şücaəti nəticəsində doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. 
  Xalq bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Qarabağ yenidən həyata qayıdacaq. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir. Azərbaycan xalqının tarixi-mədəni irsini silmək üzrə Erməni cəhdlərinə son qoyulacaqdır.
  Azərbaycan xalqının həsrətinə son qoyulur. Ordumuzun gücü hesabına tarixi ədalət bərpa olunacaqdır. Şanlı Azərbaycan Ordusu bütün torpaqları qaytaracaqdır. Güc yolu ilə bütün torpaqlar xalqa qaytarılacaqdır.
  Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldadır. Bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi.
   Azərbaycan tərəfi hər zaman ədalətli danışıqların tərəfdarı olub. Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
   Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılması mümkünsüzdür.
 Prezident İlham Əliyev çıxışında Qondarma “Dağlıq Qarabağ Respublikası”nın parlamentinin Şuşaya köçürülməsi faktı Azərbaycan xalqını təhqir etmək cəhdi olduğunu bildirmişdir. Bu cür təhriklərə görə onlar öz layiqli cavablarını artıq alırlar.
  İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan bayrağı qaldırılır. Azərbaycan dili o torpaqların milli mənsubiyyətini bərpa edir.
   Azərbaycanın Ermənistana cəmi bir şərti var. Erməni ordusu Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistanın Baş naziri Azərbaycan xalqından üzr istəməli və deməlidir ki, Qarabağ Ermənistan deyil.
Ermənistan tərəfi torpaqlarımızdan azad olma cədvəlini Azərbaycana təqdim etməlidir. İşğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli müəyyən olunduğu təqdirdə atəşkəs rejimi bərpa edilə bilər. Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.
    Hər kəs bilməlidir ki, Qarabağ bizim əzəli torpağımızdır. Qarabağ mədəniyyət ocağımızdır. Qarabağ Azərbaycanımızdır!
   Bu gün Azərbaycan xalqı şərəfli anları yaşayır. Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Xalqımız mütləq zəfər çalacaq!
    Cənab Prezident İlham Əliyev! Azərbaycan xalqına bəxş etdiyiniz şərəf və qürur hisslərinin yaşanmasında sizin  əvəzedilməz zəhmətinizin  olduğunu dərk edirik. Azərbaycan xalqı sizinlə qürur duyur! Siz ordumuzun önündə dayanan qətiyyətli, qorxmaz, vüqarlı sərkərdəsiniz!

Hər bir şəhid xalqın unudulmaz qəhrəmanıdır

Xətai rayon Xətai Bələdiyyəsinin sədri
Elşad Vəliyev

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbiçilərlə görüşüblər.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər alan əsgərlərə həkimlər yaxşı baxacaq, əllərindən gələni edəcək və gənclərimizin öz əsgər yoldaşlarının yanına qayıdacaqlarını bildirmişdir. Yüksək döyüş ruhu və əzmkarlıq bizə qələbə qazandıracaqdır. Bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər.

Xətai rayon Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərildiyini, dövlət tərəfindən bütün lazımi işlər görüldüyünü bildirmişdir. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunacaqdır.  Həmçinin, Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Hər kəs əmin ola bilər ki, dövlət öz əsgərin yanında olacaqdır.
Azərbaycan əsgəri xilaskar əsgərdir. Azərbaycan öz doğma torpağında vuruşur və haqq yolunda yaralanır. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır.
Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir.
Azərbaycan xalqı öz dövlətin ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var.
      Mövcud danışıqlar formatı heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın öz dostlarını tanıdığını və edilən yaxşılığı unutmadığını bildirmişdir. Bu günlərdə Azərbaycana dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.
     Ermənistan rəhbərliyi yeni təxribatlar hazırlayır, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutmaq istəyir. Hər gün mülki əhali arasında itkilərimiz artır. Bu, erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur.
Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər.
      Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.
Yaralanan əsgərlər ilə görüşü zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın kövrəlməsi və göz yaşları ana ürəyinin və qadın mərhəmətinin təcəssümüdür. Səmimi hisslər və dərdlərin bölüşməsi xalqımıza məxsus olan ülvi xüsusiyyətdir. 
Prezident İlham Əliyev çıxışında hərbiçiləri  təbrik edərək bildirmişdir ki, siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırmısınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa, biz onu da edəcəyik. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.
         Biz zəfər çalacağıq, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!   

Bu birlik və qətiyyət bizi böyük qələbəyə doğru aparacaq

Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru
Nəzakət Əsgərova

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu mərasimindəki çıxışında bir sıra mühüm məqamlara diqqət çəkdi, Ermənistanın təxribatlarına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı önəmli mesajlar verdi.

Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərova

    Ermənistanla Azərbaycan arasında münaqişənin həllində Pakistanın Azərbaycana davamlı dəstəyinə görə qardaş ölkəyə təşəkkürünü bildirən dövlətimizin başçısı, bu münasibətlərin qarşılıqlı olduğunu, iki ölkə arasındakı əməkdaşlığın qardaşlıq xüsusiyyətlərini əks etdirdiyini bildirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Pakistan Azərbaycanın haqq işində hər zaman dövlətimizin, xalqımızın yanında olub, bizə öz dəstəyini açıq və birmənalı şəkildə ifadə edib. Azərbaycan da öz növbəsində hər zaman Pakistanın mövqeyini müdafiə edib, beynəlxalq müstəvidə Kəşmir problemi və digər məsələlərlə bağlı qardaş ölkəni dəstəkləyib.       Azərbaycan Prezidenti  bu gün yanımızda olan, öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrin qardaş Türkiyə və qardaş Pakistan olduğunu və qeyd etdi ki,  Azərbaycan kimin kim olduğunu görür, kimin yanında möhkəm dayandığını görür və bunu heç vaxt unutmayacaq”.      

    Cənab Prezidentin bu mesajı xalqımızın düşüncəsini, Azərbaycanın haqqı işi ilə bağlı mövcud olan reallıqlara münasibətini ifadə edir. Azərbaycan xalqı, dövlətimiz hər zaman haqqın, ədalətin yanında olub, humanizm prinsiplərini əsas götürüb, təbii fəlakətlə, yaxud digər çətinliklərlə qarşılaşan ölkələrdən öz dəstəyini əsirgəməyib. Dövlətimiz istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlərdə hər zaman dayanıqlılıq nümayiş etdirib, üzərinə götürdüyü öhdəliklərə, bəşəri dəyərlərə sadiq qalıb. Xalqımıza məxsus bütün yüksək mənəvi dəyərlər Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb və bu səbəbdən, çətinə, dara düşənin ilk harayına yetənlərdən biri Azərbaycan Respublikası olanda bu artıq heç kimi təəccübləndirmir. Azərbaycan etdiyi yaxşılıqların qarşılığını ummur, amma ən kritik məqamlarda ölkəmizə qarşı ədalətli mövqe tutmayanların, haqsızlığa seyrçi qalanların kimliyini də unutmur. Bu səbəbdən də indi çoxları üçün seçim, həqiqət anıdır. Xalqımızın haq işində yanımızda olmayan, dəstəyini ifadə etməyənlərin kimliyini görürük və gələcəkdə Azərbaycanın xarici siyasətində bu gün baş verənlərə göstərilən münasibət əhəmiyyətli rol oynayacaq.     Haq-ədalət Azərbaycanın yanındadır. Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edir və BMT Nizamnaməsinin müddəalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə davranaraq, mülki əhalisini Ermənistanın təxribatlarından qoruyur, işğalçı Ermənistanı sülhə məcbur etmək üçün müvafiq addımlar atır.    

    Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar tarixi abidələri dağıdıblar, məscidləri dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və        Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib. Bütün bunlar isə Azərbaycanın rəşadətli əsgər və zabitlərinə böyük mənəvi-psixoloji üstünlük verir. Azərbaycanda hərbi xidmətə çağırılanlarla Ermənistanda işğalçı orduda xidmət etmək üçün zorla toplanılan şəxslərin müqayisəsini aparanda bu mənəvi-psixoloji üstünlüyü açıq şəkildə görmək mümkündür. Azərbaycanda hərbi xidmətə çağırışı toy-bayram kimi qəbul edir, torpaqlarımızın işğaldan azad edilməsində iştirak dəvətini qürurla qarşılayır, bundan şərəf hissi keçirirlər. Ermənistanda isə bunu böyük faciə kimi qarşılaylır və nəyin bahasına-olursa olsun xidmətdən yayınmağa çalışırlar.      

   Ölkəmizdəki bu yüksək vətənpərvərlik ruhu isə Azərbaycan Prezidentinin cəsarətli və qətiyyətli mövqeyindən, Azərbaycan xalqının, dövlətinin və ordusunun birliyindən, bütövlüyündən qaynaqlanır. Şübhə etmirəm ki, bu monolit birlik, bu qətiyyət və prinsipiallıq bizi böyük qələbəyə doğru aparacaq.

“60 dəqiqə” proqramında qələbəmiz!

Təcavüzkar siyasəti ilə beynəlxalq hüquqların bütün norma və prinsiplərini pozan, 30 ilə yaxındır torpaqlarımızı işğalda altında saxlayan, regionda sülhü və təhlükəsizliyi pozan Ermənistan sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə məruz qoyub. Rusiyanın ən reytinqli tok-şousu hesab olunan, “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Ermənistanın Rusiya və dünya ictimaiyyətini aldatmaq cəhdlərinin üstündən birdəfəlik xətt çəkdi.


Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.

Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc açıqlamaları, heç bir fakta söykənməyən bəyanatları “Türkiyə qırıcıları hərbi əməliyyatlarda iştirak edir” – deməsi yalandır. Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyə mənəvi dəstək göstərir və Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına Azərbaycan ilə həmrəy olduğuna və dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.

İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb. O, heç nə ilə təsdiq edilməyib. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir. Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur;

Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. O cümlədən son iki ildə dəfələrlə bəyan edilib ki, illər boyu işlənib hazırlanmış, Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiqik. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan edilib ki, danışıqların formatına da sadiqik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibədə səsləndirdiyi fikirlər, əsaslı faktlara söykənən arqumentləri Rusiyanın siyasi ekspertlərini də qane etmişdi. Münaqişənin yalnız iki tərəfi var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Dövlət sərhədindəki bizim mövqelərəmizə hücum edilib. ATƏT-in Minsk qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycan danışıqlara sadiqdir, lakin Ermənistan tamamilə əks hərəkətlər görür;

Ermənistan artıq bir neçə ay idi ki, hücuma – yeni müharibəyə hazırlaşırdı. Onların hərəkətlərinin və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. O vaxt bir dinc sakin və bir neçə hərbi qulluqçu həlak oldu. Döyüşlər dörd gün davam etdi. Ermənistan ərazisində heç bir hərbi hədəfimiz olmayıb və yoxdur. Buna görə də Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxarılandan dərhal sonra qarşılıqlı razılaşmaya əsasən atəş dayandırıldı.

Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan edir, bu da müharibə cinayətidir. Bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Bunu nümayişkaranə şəkildə edirlər. Sonra onlar Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirirlər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür cəhd göstərdilər.

Daha bir səbəb Ermənistanda mövcud olan daxili siyasi böhrandır. Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir. Beləliklə, ona bir xarici amil, necə deyərlər, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın, o da bunu edə bildi. Onlar növbəti dəfə hücum etməzdən iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi. Yəni, Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edirdi və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.
Ermənistandan fərqli olaraq Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur. Bu, növbəti feyk-nyusdur. Azərbaycanda Suriyadan heç bir muzdlu döyüşçü yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən qismən səfərbərlik elan edilib. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.

İşğalçı və təcavüzkar Ermənistan bütün sahələrdə Azərbaycana uduzur. Dövlətimizin başçısının “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında çıxışı Azərbaycanın Ermənistan üzərində daha bir qələbəsinin nümayişidir.

Azərbaycan işğal altında olan torpaqları uğrunda apardığı bu mübarizə tezliklə qələbə ilə sonlanacaq, zəfər bizim olacaq!

ZEMFİRA MƏSİYEVA
171№ Lİ TAM ORTA MƏKTƏBİN DİREKTORU

27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin göstəricisidir

Xətai rayon İcra Hakimiyyəti Başçısının  müavini Etibar Əhmədov  

İşğalçı Ermənistanın Azərbaycanın tarixi ərazilərini işğal etməsi, sonra həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması, Azərbaycanın əzəli-əbədi torpaqlarında təxribat törətməsi, dinc sakinlərə atəş açması dünya ictimaiyyətinin gözü önündə baş verirdi.  27 sentyabr  2020-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciət edərək Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verib.

     Ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilir və onların hərəkət trayektoriyasına nəzarət aparılır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir.  Dünya ictimaiyyəti görür ki, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında çoxsaylı qətnamələrinə və çağırışlarını heçə sayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükədir. 
      27 sentyabr tarixində cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.Azərbaycan məsuliyyətli ölkədir, Milli ordumuz mülki əhalinin atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur. 27 sentyabr tarixində baş vermiş hadisələr bunun sübutudur. Milli ordumuz mülki əhalini atəşə tutmur. Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan Erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradırlar.Erməni təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir.
Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir.
Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. Azərbaycan beynəlxalq hüquq normalarına və müharibənin bütün qaydalarına dəqiqliklə əməl edərək qalibiyyətli əks-hücum taktikasını həyata keçiməkdədir. Müstəqil Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan tapdağından azad edəcək.
Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır. Azərbaycan güclü orduya malikdir və Silahlı Qüvvələrimiz  Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır!

Yolumuz haqq yoludur

Ermənistan  işğalçıdır, Azərbaycan  isə  tarixi  ədalətin  bərpası  uğrunda  mübarizə aparır. Bütün  dünya  bilir ki , Qarabağ  Azərbaycandır,  bu  fakt  həqiqətdir  və xalq  həqiqət  uğrunda  mübarizə  aparmağa hazırdır. Azərbaycanın güclü ordusu erməni təxribatının qarşısını peşakarcasına alır və buna qadirdir. Aciz düşmən isə kütləvi olarq mövqelərini tərk edirlər. Azərbaycanın bu uğurlu mübarizəsi tezliklə qələbə ilə nəticələnəcəkdir.

  Ordumuz ərazi bütövlüyünün bərpası, işğal altında olan torpaqlarımzın düşmən tapdağından azad etməyə qadirdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalarından imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Bu gün biz öz birliyimizi bir daha sübut etməliyik. Azərbaycan Ordusu dövlətin dayağı xalqın güvənc yeri və qürur mənbəyidir. Azərbaycan dövləti işğal olunmuş bütün  torpaqlarını  mütləq azad edəcəkdir və bu gün çox uzaqda deyil. Bir neçə gündür davam edən mübarizə  Azərbaycan ordusunun qələbəsi ilə nəticələnəcəkdir.
  Cənab Prezidentimizin də qeyd etdiyi  kimi  bu  gün Azərbaycan Ordusu  öz  torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur,müdafiə edir.Ermənistan işğalçı dövlətdir ,bu işğala son qoyulmalıdır və son qoyulacaqıdr. Bugünkü  Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəni miras dağıdılıb və talan edilib. Düşmən işğal edilmiş ərazilərimizdə də Azərbaycanın tarixi və dini abidələrini dağıdıb. Məqsəd isə azərbaycanlıların bütün izlərini silməkdir. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi , dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur , öz torpağımızı da  hec kimə verən deyilik. Bu gün biz birlik olub düşmənlərimizin yanan bütün işiqlarını söndürməliyik. Düşmən üzərində sönən günəş Azərbaycan üzərində işıq saçacaq.Ölkə başçısının qeyd etdiyi kimi erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpaqlarından!
   Tezliklə Azərbaycan   bayrağı Dağlıq Qarabağda, Şuşada  dalğalanacaqdır!

YAP Xətai rayon Təşkilatının məsləhətçisi,
Gənclər Birliyinin sədr
müavini
Aliyə  Orucova

Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyir və onun yanında olduğunu bildirir!
     Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, xalq iqtidar birliyini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan anti-milli qüvvələrə vurulan zərbədir.
      Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanatı təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermir, bu eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür. Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini birləşdirir. Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır. Mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməlidir. Belə bir həmrəylik təqdir olunduğu qədər də nümunəvi siyasi modeldir. Bu model, bu iradə qarşısında tezliklə Ermənistanın işğal olumuş torpaqlardan çıxmaqdan başqa çarəsi qalmayacaq.


      BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlarına son qoyulmasını tələb edirlər.
      Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
     Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir. Azərbaycan daim münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan edir. Atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.
      Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
    Təəssüflər olsun ki, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüf ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.Radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı.
    Azərbaycan xalqının son 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlamasının ilk  günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə tarixi bir gündə Ali Baş Komandan İlham Əliyevin yanında olma qabiliyyətini göstərə bilmədilər.  
    Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatları görməyən, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları böyük bir təəssüf doğurur.
     Biz birlikdə zəfər çalacağıq və torpaqlarımızı düşmən tapdağından azad edəcəyik!

Vüqar Rəhimzadə: Azərbaycan Ordusunun bugünkü döyüş əzmi və Ali Baş Komandanın qətiyyəti xalqa, millətə, Vətənə sevginin təzahürüdür

“Möhtərəm Prezidentimiz İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim milli məsələmizdir. Biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun, tarixi ədalət bərpa edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Dağlıq Qarabağ probleminin həllində üç əsas amili önə çəkirdi: dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini qətiyyətlə bəyan edir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Xalqımız öz iradəsini ortaya qoyaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyevin əmrini hər an gözləyirdi. Məsələnin həllində üçüncü amil olan beynəlxalq dəstək isə göz önündədir. Göründüyü kimi, münaqişənin həlli üçün bütün əsaslar mövcuddur. Lakin günü bu gün də nizamlanma prosesini uzadan işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın hələ də işğala “Dur!” deməkdə tərəddüd etməsidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında, inkişaf tarixində yeni bir mərhələ başlayacaq: “Möhtərəm Prezidentimiz hər zaman bildirir ki, xalqa arxalanır, xalqdan güc alır. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi üçün təkmil islahatlar həyata keçirən, ən əsası Azərbaycanın sözünü imzası qədər dəyərli edən ölkə Prezidentinə milyonların sevgisi, dəstəyi şəksizdir. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edilir, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunur.”

“İki sahil” qəzetinin baş redaktoru diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarına, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində hərbi təxribatın qarşısını qətiyyətlə almaq üçün göstərdiyi şücaətə yönəldərək bildirib ki, bu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəmiz işğaldan azad olunub. Xalqımızı bu münasibətlə təbrik edən dövlətimizin başçısı İlham Əliyev bəyan etmişdir ki, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Vüqar Rəhimzadə bu fikri böyük qürur hissi ilə ifadə edib ki, nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində reallaşdırılan işlər müsbət nəticəsini göstərir: “Bu gün böyük inam və qətiyyətlə bildiririk ki, ordumuzun döyüş ruhu, hazırlıq səviyyəsi düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir. Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün böyük imkanlara malikdir. Azərbaycan insanı özünü məğlub deyil, hər an qələbəyə doğru addımlayan qüdrətli bir dövlətin vətəndaşı hesab edir.”

“Azərbaycan xalqı bu gün həm həyəcanlı, həm də qürurverici günlərini yaşayır” söyləyən baş redaktor qeyd edib ki, cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordusu ilə yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız var. Xalqla ordunun birliyi həm xalqın, həm ölkənin qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

V.Rəhimzadə bildirib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, biz müharibə istəmirik. Amma Azərbaycanın işğal altında olan torpaqlarını istənilən yolla azad etməsi onun suveren hüququdur: «Çox qürurverici haldır ki, Azərbaycan Ordusu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə qadir olduğunu nümayiş etdirir. Düşmənin təxribatlarının qarşısını layiqli cavab tədbirləri ilə alan ordumuz hansı imkanlara malik olduğunu bir daha işğalçı dövlətə göstərir. Düşmən müzəffər Azərbaycan Ordusundan aldığı cavabı, zərbəni uzun müddət unutmayacaq. İşğal olunmuş ərazilərimizin azadlığı uğrunda həlak olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıqları ilə gənclərimiz üçün nümunədirlər. Torpaq, əgər uğurunda ölən varsa Vətəndir. Şəhid verməyi bacaran xalq yenilməzdir. Azərbaycan xalqı müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid verməyi bacardığını dəfələrlə sübut edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqını heç zaman məğlub etmək mümkün deyil, millətimiz mərd və yenilməzdir. «Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!» söyləyən dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında ermənilərin təxribatı nəticəsində Azərbaycan hərbçilərinin, mülki şəxslərin həlak olduğunu önə çəkərək onların qanının yerdə qalmayacağını bəyan edir.»

Baş redaktor onu da vurğulayıb ki, bu gün Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. İqtisadi böhran içərisində çabalayan işğalçı dövlətin güclü ordudan danışması qeyri-mümkündür: “Ən əsası Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında dayanmaq imkanında deyil. Artıq heç kim üçün sirr deyil ki, bu və ya digər güc mərkəzləri işğalçı dövləti silahlandırmaqla ona ölkəmizə qarşı yeni müharibəyə başlamaq üçün dəstək göstərsələr də Azərbaycanın güclü, qüdrətli ordusunun hər an belə çirkin təxribatların qarşısını böyük qətiyyətlə aldığının şahididirlər. İrəli, Azərbaycan əsgəri! Eşq olsun Azərbaycan əsgərinə! Xalqımız daim dövlətimizlə, suverenliyimizin qarantı olan ordumuzla birlikdədir. 12 iyul hadisələrindən sonra istər ölkə daxilində, istərsə də xaricdə orduya dəstək adı altında keçirilən yürüşlər, aksiyalar da deyilənlərin təsdiqidir. Hər bir Azərbaycan vətəndaşı bir amal uğrunda mübarizə aparır: Torpaqlarımızı işğaldan azad etmək üçün yumruq kimi birləşmək. Bu qüvvə yalnız sayla ifadə olunmur. Bu, eyni zamanda, iradənin, qətiyyətin, xalqa, millətə, torpağa sevginin təzahürüdür. Son hadisələr göstərir ki, Azərbaycan torpaqlarının işğal altında olması uzun sürməyəcək. Tezliklə münaqişə hansı yolla olursa-olsun öz ədalətli həllini tapacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. QƏLƏBƏ BİZİMLƏDİR! EŞQ OLSUN ALİ BAŞ KOMANDANA! EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA!

Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,  YAP Xətai rayon Təşkilatının İdarə Heyətinin üzvü,  «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə

30 ildən artıqdır ədalətli həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə, səsləndirdiyi qeyri-ciddi bəyanatlara, törətdiyi təxribatlara  görə artıq dalana dirənib. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.

Möhtərəm Prezidentimiz İlham Əliyevin bu günlərdə Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsində, həmçinin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində əsas diqqət yönəldilən məsələ  Dağlıq Qarabağ problemi olmuşdur. Dövlətimizin başçısı bir daha Ermənistanın məqsədinin danışıqları pozmaq, ondan sonra Azərbaycanı  ittiham etmək və status-kvonu dəyişməz saxlamaq olduğunu bildirərək demişdir: “Ona görə hesab edirlər ki, bunu edə biləcəklər, hesab edirəm ki, səhv edirlər. Nə qədər bunu tez anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır.”

Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxması öz əksini tapıb. Dövlətimizin münaqişənin həlli ilə bağlı dəyişməz mövqeyi bəllidir: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu ola bilməz.

Yəni, Dağlıq Qarabağ problemi  beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı nitqində bir daha BMT-yə  üzv dövlətlərin qurumun  Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürdüyünü, lakin Ermənistanın öz öhdəliklərini kobud şəkildə pozaraq  Azərbaycana qarşı hərbi güc tətbiq etdiyinə diqqət yönəltmişdir” söyləyən V.Rəhimzadə vurğulayıb ki, təəssüflər olsun ki, Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının  qətnamələrinə məhəl qoymamaqda davam edir: “İşğalçı Ermənistanda yeni hakimiyyətin münaqişənin həllinə gətirdiyi “yeniliklər” regionda hərbi siyasi gərginliyin daha da artmasına xidmət edir.  Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” tipli aqressiv və təxribatçı bəyanatları danışıqlar prosesinə ciddi zərbədir. Paşinyan  danışıqlar prosesində əsassız şərtlər irəli sürür və bu tələlər dövlətimiz tərəfindən  haqlı olaraq qətiyyətlə rədd edilmişdir. Azərbaycan dövləti bir daha bəyan etmişdir ki, sülhə nail olunması üçün bizim  yeganə şərtimiz Ermənistan silahlı qüvvələrinin  işğal edilmiş bütün ərazilərimizdən  çıxarılmasıdır. “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.” Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi, əzəli torpağı  olaraq tanıyır.”

Ermənistan Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını açıq-aşkar nümayiş etdirir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan nitqində bir daha işğalçı dövlətin əsl simasını,  yeritdiyi aqressiv siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır: “Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub.”

İşğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur, dünya buna göz yumur.  Ermənistan hərbi təxribatlarını davam etdirir, sərsəm bəyanatları ilə danışıqlar prosesini pozur, yenə dünya susur. İşğal edilmiş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirir, Şuşada  qondarma rejimin qondarma rəhbərinin guya andiçmə mərasimi təşkil olunur, dünya seyrçi mövqeyini dəyişmir. Bu kimi təxribatlara, çirkin oyunlara son qoyub, Ermənistanı  danışıqlar prosesinə cəlb etmək üçün səylər göstərmək əvəzinə işğalçı dövlət silahlandırılır. Dünyanın bu gözyummalar fonunda möhtərəm Prezidentimiz İlham Əliyev BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda  Qoşulmama Hərəkatının sədri kimi bildirmişdir ki, bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var: “Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Özünün tarixi boyunca Qoşulmama Hərəkatı beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində fundamental rol oynamış və davamlı olaraq beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət edilməsinə çağırmışdır. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.”

Müasir beynəlxalq münasibətlər sistemində yeri və rolunu gündən-günə möhkəmləndirən, regionda əsl söz sahibinə çevrilən, beynəlxalq hüququn norma və prinsiplərini xarici siyasətinin prioritet istiqaməti kimi öndə saxlayan Azərbaycanın Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin əsasını  hücum diplomatiyası təşkil edir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər zaman  bəyan edir ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək.  Prezident İlham Əliyev  Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi çərçivəsində yerli televiziyalara müsahibəsi zamanı da  Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar səsləndirmişdir. Bu bəyanatlar işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj olmalıdır.

“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə imza atmışdır

YAP Xətai rayon təşkilatı, Gənclər birliyinin sədri Orxan Bayramov

“Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə  imza atmışdır.
Yeni yataqların kəşfi, görülən işlər nəticəsində Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Bütün bu nailiyyətlər bir daha ondan xəbər verir ki, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da qeyd edək ki, bu nailiyyyətlərin əldə edilməsində, xüsusən də əsas kontraktların hazırlanmasında, imzalanmasında 9 il Neft şirkətində rəhbər vəzifədə çalışmış cənab Prezident İlham Əliyevin də böyük əməyi olmuşdur.


“Mən hər zaman fəxr etmişəm ki, həyatımın 9 ili Dövlət Neft Şirkətində keçib. O illərdə əldə etdiyim təcrübə mənim üçün çox qiymətlidir.”
  İlk kontraktın uğursuzluğuna baxmayaraq Azərbaycan tərəfinin inandırıcılığı sayəsində yeni kontrakt imzalanmış,  “Total” şirkəti ilə   SOCAR-ın əməkdaşlığı nəticəsində   böyük qaz-kondensat yatağı aşkarlanmışdır. “Abşeron” yatağının istifadəyə verilməsi də Prezident İlham Əliyevin iradəsi ilə baş tutur. Ilkin proqnoza görə bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır.  “Abşeron”un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək.  Yataqda 100 milyon ton kondensatın olması isə neft hasilatını və ixracını sabit saxlamağa imkan verir
Təqribən 7 milyard dollar dəyəri olan  “Mərkəzi-Şərqi Azəri” adlanan yeni   layihənin  icrası nəticəsində yeni mənbələrdən hasilat artacaq.
Ən uğurlu layihələrdən olan TANAP, TAP qaz xətləri vasitəsilə Azərbaycan qazı Avropaya çatdırılır. Cənab Prezidebtin qeyd etdiyi kimi “TANAP xətti ilə Türkiyəyə ötürülən qazın həcmi ildən-ilə artır. Əgər bir il bundan əvvəl Türkiyə bazarında Azərbaycan qazı 4-cü, 5-ci yerdə idisə, hazırda birinci yerdədir, bu, hər iki ölkə üçün çox mühümdür.   “Abşeron” yatağında ikinci fazadan çıxarılacaq qaz da TANAP xətti ilə Türkiyəyə ötürüləcək və digər bazarlara ötürülə bilər. 
   “Əsrin kontraktı”nın imzalandığı  1994-cü ildən 26 il keçib  və o vaxtdan bu günə qədər bir çox kontraktlar imzalanıb, amma Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır. Bu da Azərbaycanın dünyada imicinin artmasına bir daha xidmət edir.
Bu gün neftçi peşəsi Azərbaycanda ən hörmətli peşələrdən sayılır. “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular  Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.
Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.
Azərbaycanın Qurban Abbasov, Xoşbəxt Yusifzadə kimi əfsanəvi neftçiləri həmişə xatırlanmalı, yeni nəsillərə onların nümunəvi həyatı təbliğ olunmalıdır.
“ Neftçi Qurban dünyada bir nömrəli neftçi sayılmalıdır.”
“ Xoşbəxt Yusifzadə  bizim əfsanəvi neftçi-geoloqdur.  “Abşeron” yatağının işlənməsində onun çox böyük rolu var.
Ona görə də bizim hər birimiz bu şərəfli peşə sahibləri ilə həmişə fəxr etməliyik

Biz hər zaman beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək veririk

YAP Xətai rayon təşkilatı, Gənclər birliyinin sədri Orxan Bayramov

Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri  Cənab İlham Əliyev videoformatda dərin məzmumlu və əhatəli çıxış edərək, olduqca əhəmiyyətli məsələlərə toxundu. Ölkəmizin başçısı iclasda insan hüquqlarının pozulması, maliyyə böhranları, silahlı münaqişələr, terrorçuluq, separatizm, beynəlxalq mütəşəkkil cinayətkarlıq və ekstremizmin mənfi təsirləri haqda öz fikirlərini ifadə etdi. Cənab İlham Əliyev beynəlxalq hüququn təmin edilməsi məqsədilə səmərəli qlobal təsisatlara ehtiyacı olduğunu, bu baxımdan Qoşulmama Hərəkatının mühüm əhəmiyyət daşıdığını və BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyac olduğunu da xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.


Qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur və təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan BMT ilə səmərəli əməkdaşlıq qurmuşdur. Ölkəmiz 155 dövlətin dəstəyi ilə 2012-2013-cü illərdə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Azərbaycan mədəniyyətlərarası dialoqun təşviqində də olduqca vacib rol oynayır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanda keçirilmişdir. Bundan əlavə, Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil etmişdir. Həmin idman yarışları da mədəniyyətlərarası dialoqa mühüm töhfə olmuşdur.
BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı təmsil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı isə sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2016-cı ildə 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. 2019-cu ilin oktyabrında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında keçirilən COVID-19-a qarşı onlayn formatda Zirvə görüşündə Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizə üzrə dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədi.
2020-ci il isə Qoşulmama Hərəkatı üçün xüsusilə əlamətdardır, çünki Hərəkatın təməl prinsiplərini özündə əks etdirən Bandunq Bəyannaməsinin qəbul edilməsinin 65 illiyi qeyd edilir.
İclasda Qoşulmama Hərəkatının sədri,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev artmaqda olan, BMT Nizamnaməsini və beynəlxalq hüququ sarsıdan, birtərəflilik və birtərəfli tədbirlərdən istifadə halları ilə bağlı ciddi narahatlığını vurğuladı. Belə ki, təşkilata üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmiş və  işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir və işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.
Azərbaycan sabit, müasir və demokratik ölkədir və  biz hər zaman beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək veririk. Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün hər zaman üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır

Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!

Xətai rayonu, 147 nömrəli texniki-humanitar liseyin  tarix müəllimi  Güntəkin Məmmədova

Heydər Əliyevin uzun illər Sovet İttifaqı rəhbərliyində olması erməniləri separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. 

Azərbaycan xalqının cəlladı Qorbaçov və onun  ermənilərdən ibarət yaxın ətrafı   ölkəmizə qarşı nifrətlə yaşayırdı. Nəticədə Azərbaycana qarşı böyük ədalətsizliklər edilirdi.
    Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planın əsas hissəsi idi.  Məhz Volskinin vaxtında  o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən azərbaycanlılar zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar. Bütün bu “xidmətləri”  müqabilində Volski erməni lobbisi tərəfindən “mükafatlandırılmış”,  sonra da Rusiya Sahibkarlar İttifaqının rəhbəri vəzifəsinə irəli çəkilməsi də təsadüfü deyildir. Hamımız bilirik ki, Azərbaycanın o zamankı rəhbərliyi də xalqa xəyanət etmişdir.
Sovet İttifaqının 366-cı alayı  azərbaycanlılara qarşı etnik təmizləmə işlərində, Xocalı soyqırımında, torpaqlarımızın işğal altına düşməsində həlledici rol oynamışdır. 
  Ermənistanın bugünkü rəhbərliyi həm öz ölkəsini uçuruma aparır,  eləcə də məsuliyyətsiz çıxışları, düşüncəsiz və avantyurist hərəkətləri ilə addımlarının nəyə gətirib çıxara biləcəyini ya anlamır, ya da narazı xalqın diqqətini yayındırmaq üçün müxtəlif təxribatşı çağrışlar edir.
İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti də erməni xalqında ancaq nifrət hissləri doğururdu.
Birbaşa küçədən hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir.
  Daha sonra Paşinyan  Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş  etmişdir.
Paşinyan   Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş,  atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir.
Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaratmış, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndirmişlər.
Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan  istifadə etməmişdir.
İyul  hadisələri Ermənistanın işğalçı siyasətini bir daha aydın göstərdi. İndi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Deməli müstəqillik Ermənistanda formal xarakter daşıyır,çünki bu dövlət müstəqil qərarlar qəbul edə bilmir.
         Əsrlərdir ki, Ermənistan siyasətinin əsas qayəsi özlərini alçaltmaqdır, özlərindən məzlum, yazıq xalq imici düzəltməkdir, ağlaşmaqdır və ondan-bundan nə isə imtiyaz, ianə, qrant, kömək qoparmaqdır. Bu əsrlər boyu belə olub bu gün də davam etməkdədir. Və heç kimə sirr deyil ki, Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur.  
Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölməsinə baxmayaraq, heç bir təşkilat məsələ qaldırmayıb.
Ermənistanda  iki keçmiş prezident  sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Maraqlıdır ki,dünya ölkələrinin çoxu və əksər təşkilatlar bütün bu qanunsuzluqlara heç bir reaksiya vermir.
       Azərbaycan dövləti həmişə danışıqlar aparmaqda maraqlı olmasına baxmayaraq Ermənistan faktiki olaraq danışıqlara getmir. Ermənistan rəhbəri danışıqlar prosesini dəfələrlə pozmuşdur. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. 
       Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Bu da aydın məsələdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və o danışıq aparan tərəf ola bilməz.
Minsk qrupunun həmsədrləri də  Ermənistan tərəfinə bu kimi açıqlamaların ziyanlı olmasını bildirmələrinə baxmayaraq Paşinyan hökuməti danışıqlar aparmaqdan yayınmaqda davam edir.  
      Ermənistanın işğal edilmiş torpaqlarda   məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara  ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər.
    Qədim tarixi şəhərimiz Şuşada qondarma rejimin   dırnaqarası rəhbərinin guya andiçmə mərasiminin keçirilməsi növbəti təxribat, açıq təhqirdir. Bundan başqa hansısa komediya tipli təlimlərin məhz bizim torpaqlarda keçirilməsi açıq təxribat hesab olunur. qeyd etmək lazımdır ki, iyul hadisələri açıq silahlı təxribatdır.  Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi   açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozmuşdur.
İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilmişdir və o diversiya qrupunun başçısı tutulmuşdur.
Bir sözlə Paşinyan hökumətinin əsas məqsədi Azərbaycanı təxribata çəkmək, danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır. 
Paşinyandan fərqli olaraq Azəbaycan Prezidenti xalqın iradəsindən çıxış edərək təxribatlar olduğu üçün danışıqlar haqda danışmağin  mümkünsüz olduğunu qeyd edir, həmçinin bildirirki, bu gün xalqı aldatmaq olmaz,heç bir danışıq getmir. Dövlət başçımız ədalətli olaraq işğalçıların qeyd-şərtsiz torpaqlarımızdan çıxarılmasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini tələb edir. İmitasiya naminə Azərbaycanın danışıqlarda iştirak etməyəcəyini qeyd edən prezidentimiz hazırki vəziyyətin ağır olduğunu qeyd edir və təcavüzkar, terrorizmə sponsorluq edən bir ölkə ilə danışıqların mümkün olmadığını xalqımıza bəyan edir.
Ermənistan həmişə təcavüzkar siyasət yeritmişdir və bizim üçün təhlükə mənbəyi olaraq qalır. Bu gün Ermənistan yeni müharibəyə hazırlaşır, təmas xəttində qüvvələrin cəmləşməsi aydin görünür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etməklə məşğuldur.
Cənab Prezident çox dəqiq söyləyir. Əgər bu gün Ermənistan beynəlxalq hüquqla hesablaşmırsa, Azərbaycanın da, beynəlxalq hüququ gözləməsindən söhbət gedə bilməz. Artıq bütün dünya bilir ki, Azərbaycanın torpaqları işğal olunub və xalqımız  torpaqlarımızı azad etməyə tam hazırdır.
Azərbaycan prezidentinin də qeyd etdiyi kimi” bizə qarşı ciddi təxribat    törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur”.  Ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaqğı qaçılmazdır.
Son zamanlar Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də Rusiya və Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı olan xəbərlərdir.Bu məsələ ilə də bağlı prezidentimiz mövcud problem narahatlıqlar haqqında xalqa və müttəfiqlərinə açıq mesajlar verdi. O Rusiya və Serbiya prezidentləri ilə telefon danşıqlarında bu hadisələrdən narahat olduğunuğunu qeyd etdi.
Gürcüstanın öz ərazisindən Ermənistana silahların daşınmasına imkan verməməsi yüksək qiymətləndirilməlidir.  Ona görə  İ. Əliyev Gürcüstan hökumətinə təşəkkürünü bildirdi. Biz bilirik ki,  Gürcüstanda yaşayan, bir çox hallarda   gürcü familiyaları altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar.
Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xarakterli hadisələrin mənbəyi də dünya erməniliyidir. Onların əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail olmayacaqlar.
Gürcüstanda yaşayan bəzi yerli ermənilər Ermənistan rəhbərliyinin təhriki ilə orada qızışdırıcı fəaliyyətlə məşğuldurlar. Onlar separatizmə meyil göstərirlər.
Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman Gürcüstanın yanında olub.  Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. 
Azərbaycandan fərqli olaraq Ermənistan isə BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verib, ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə siyasət aparır.
Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəallıq göstərmişdir.  Qeyd etmək lazımdır ki, Prezidentin xarici siyasət istiqamətləri ilə əlaqədar çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir.
Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. 
Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib.   
   Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır.   Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq? 
Ermənistanda  islamofobiya  dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər.
   Bu gün Ermənistan  çox uğursuz ölkədir.  İqtisadiyyat çöküb, bazar məhdud, əhali azalır, hər hansı bir investisiya üçün cəlbedici deyil. Müsəlman ölkələrinin burda hansı marağı ola bilər?
  Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi.
Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.  
Son illər ərzində Türkiyə-Azərbaycan  birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.
Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.
Bu günlərdə “Naxçıvanda birgə təlimlərin şahidi olduq. Bu və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir.   Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil – Ermənistan özü nəticə çıxarsın” deyən Azərbaycan Prezidenti düşmən dövlətə mesajını vermişdir.
  Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif  qapıları döyüb yardım istəyirlər.
Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək .
  Əzəli və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağı 1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində  müvəqqəti olaraq itirdik.  Amma biz mütləq öz torpaqlarımıza qayıdacağıq.
Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik.
Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!  Bəli biz torpaqlarımızın erməni tapdağında olmasına icazə verməyəcəyik. Buna o müqəddəs torpaqlarda uyuyan qəhrəman şəhidlərimizin ruhu yol verməz! Buna hər zaman dövlətinin prezidentinin yanında olan Azərbaycan xalqı yol verməz!  O gün heç də uzaqda  deyil.

Erməni faşizmi bu gün də öz aktivliyi ilə gündəmdədir

Xətai rayonu, 138 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru, Mirfaiq Mirheydərli

Keçən əsrin əvvəllərində Azərbaycana daha bir zərbə vuruldu. Bu Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtar vilayətin yaradılması faktı idi.
1828- ci ildən sonra Rusiya tərəfindən ermənilərin tarixi torpaqlarımızda  yerləşdirilməsi elə ilkin vaxtlarda azərbaycanlılara qarşı təzyiq olunması ilə müşayət olundu. İlk Azərbaycan köçü həmin illərdən başladı.
1918- ci ilədək   İrəvandan şimal, şimali – qərb hissədə  xeyli ərazidə təxminən 9 min kvadrat kilometr yurd yerlərimizdə azərbaycanlıların sixışdırılaraq çıxarılması hesabına ermənilər çoxluq təşkil etdilər. Həmin ərazidə Cənubi Qafqazda ilk erməni respublikası yaradıldı. Rusiya Qafqaz siyasətinin önəmli hissəsinə qədəm qoyurdu. Belə ki, Rusiya üçün vacib addımlardan olan erməni dövlətinin əsası qoyulmuş, bünövrə atılmışdı. Bu bünövrə üzərində işlərın davam etdirilməsi növbəti addımlarla həyata keçiriləcəkdi…

SSRİ təşkil olunandan sonra bünövrəsi 9 min kv.km olan erməni dövlətinin torpaqlarımız hesabına genişləndirilməsi prosesinə start verildi… Maraqlıdır ki, çar Rusiyası dövründə təməli qoyulan erməni məsələsinə həm SSRİ və həm də indiki Rusiya tərəfindən eyni münasibət göstərilmişdi.
irəvan və ətraf bölgələr , Göyçə, Dərələyəz, Zəngəzur mahalları və ayrı- ayrı bılgələrdə xeyli torpaqlarımız ermənilərə hədiyyə verildi. Yenə də Azərbaycan xalqını hesaba almayaraq onun maraqlarının əleyhinə olaraq torpaqları hərraca çıxarıldı. SSRİ dövlətinin başında dayanan ermənipərəst rəhbərlər iyirmi min kv.km -ə  yaxın torpağımızı ermənilərə hədiyyə etdilər. Bu 2918- ci ildə yaradılan erməni dövlətinin ərazisindən  təxminən üç dəfə böyük idi. Bununla yanaşı gec partlayan minanı da Azərbaycan torpaqlarında yerləşdirdirməyi yaddan çıxarmadılar. Bu Qarabağımızın dilbər guşəsində Ermənistana yaxın ərazidə DQMV yaradılması idi…

Mixail Qorbaçov hakimiyyətə gələndən sonra ortaya atdığı ideyalar ilk növbədə millətlər arası münasibətləri zədələdi. SSRİ-nin   müxtəlif yerlərində millətlər arasında münaqişələr alovlanmağa başladı. Hadisələrin miqyasının böyüməsinin qarşısını almaq əvəzinə Qorbaçov ən yaxşı halda bərabər işarəsi qoyan fikirlər səsləndirdi və bununla da vəziyyəti daha da pisləşdirdi.
SSRİ- min çökməsində maraqlı olan dövlətlər Qorbaçovu demokrat licimində təqdim etməyə, onu guya böyük demokrat kimi qəbul etdiklərini bəyan etdilər. Beləliklə də Qorbaçovun əl qolunu demokratiya kəndiri ilə bağlayıb kəndirin bir hissəsini onun boğazına salıb rahatca idarə etməyə başladılar. Ölkə idarə olunmaz hala gəldi və anarxiya hər addım başı həyatımıza hakim kəsildi…

Ermənilərin komandası Fransada Aqsnbekyan tərəfindən verildi. Aqanbekyan “hümanite” dərgisinə müsahibəsində Dağlıq Qarabağ iqtisadi baxımdan Ermənistana daha yaxındır fikrini söyləməklə əslində başlamağın zamanı yetişdiyini bildirirdi…
Qeyd edim ki, Azərbaycanın böyük oğlu Heydər Əliyevin yüksək postlardan məcburi  istefasından sonra Aqanbekyan bu təxribatçı çıxışını etmişdi…
Bu müsahibədən az  sonra  “miatsum” şüarı ilə Dağlıq Qarabağın erməni əhalisi küçələrə tökülmüşdülər.

Əsrin əvvəlində yaradılan DQMV minası partlamaqda idi…

Azərbaycanın maymaq rəhbərliyinin movqesizliyi erməniləri daha da azğınlaşdırırdı…

Ermənilərin vəhşiliyi sərhəd tanımırdı. Nəhayət Azərbaycan xalqı mövqe ortaya qoyduqda SSRİ rəhbərliyi müxtəlif üsul idarələr yaratmaqla erməni əhalini qoruyur, azərbaycanlılara qarşı təzyiq olunurdu. Volski üsul – idarəsini, Polyaniçko özbaşınalığinı buna misal çəkmək olar.
Bu üsul idarələrin məqsədi erməniləri qoruyaraq gücləndirmək, azərbaycanlıları əzməklə zəiflətmək idi. Buna da SSRİ rəhbərliyi əsasən nail olmuşdu…
SSRİ dağılan ərəfədə növbəti mina Azərbaycan torpaqlarında basdırıldı.  Ermənistan Ali Soveti tərəfindən DQMV- in  Ermənistana birləşdirilməsi kimi sərsəm qərar qəbul edildi. Daha sonra
” DQR ” yaradıldı. Bir qədər sonra  sərsəm erməni zehniyyəti  bunlara aidiyyatı olmayan tponim kimi Artsaxı özununküləşdirib yeni yaratdıqları “respublikanın” adını
“Artsax respublikası” qoydular…
1988- 1993- cü illərdə dünya erməniliyi terrorist təşkilatları da cəlb etməklə Rusiyanın köməkliyi ilə Qarabağın dağlıq hissəsində yaşayan azərbaycanlılara qarşı soyqırımla müşayət olunan etnik təmizləmə həyata keçirdilər.
Ən qəddar erməni- rus əməli Xocalı şəhərində özünü göstərdi, şəhər əhalisi məhv edildi, soyqırıma məruz qaldı…

Erməni faşizmi bu gün də öz aktivliyi ilə gündəmdədir.

Zəbt olunmuş torpaqlarımızda Livandan, Suriyadan haylar koçurulərək məskunlaşdırılır. Sual olunur, bu insanlar dinc əhalidirmi? Qətiyyətlə deyə bilərik ki, yox. Bu təbliğat işğal bölgəsində yerləşdirilən erməni terrorçularının pərdələnməsinə xidmət edir…

Ermənistan dövlətinin mahiyyətində terrorizm ruhu həmişə olub və bu gün də bu ruha sadiq Ermənistanin baş naziri Nikol Paşinyandır. Paşinysnın Dağlıq Qarabağdakı şəngilikləri, dığasının burada xidmət keçməsini qabartmasını , həyat yoldaşının silahla özünü meymunluğa qoymasını hara yozmaq olar, bu qeyri- ciddi ailəyə nə ad vermək olar ki…

Erməni təxribatlarının mahiyyəti barədə çox yazılıb, ćox deyilib. İyul ayında Tovuz rayonu ərazisində namərd erməni təxribatı ilə rastlaşdıq…
Biz təxribatlara cavab vermək təcrübəsi qazanmışıq. Növbəti addımımız  Ermənistan ərazisində görəcəyimiz işlər barədə düşünmək olmalıdır.

Ermənilər bizim torpaqlarımızdadır.
Bu məntiqlə biz harda olmalıyıq?
Biz də qədim torpaqlarımız olan indiki Ermənistanda olmalıyıq.

Cənab prezidentimiz də elə buna işarə verdi. Beynəlxalq hüquqa ermənilər necə “hörmət” qoyursa, biz də o cür hörmət qoymıyıq.

Yeni Peşə Mərkəzlərinin yaradılması müasir tələblərə cavab verən gənc kadrların yetişməsi deməkdir

Xətai rayon Gənclər və İdman idarəsinin rəisi Əfqan Rzayev

Ölkədə aparılan təhsil islahatlarının prioritet sahələrindən biri peşə təhsili sahəsinin inkişaf etdirilməsidir.  Bİr çox gənclər hər hansı bir peşəyə yiyələnməyə daha çox meyilli olurlar. Və bu sahədə həmin gənclərə  öz sevdiyi peşəyə və yaxud sənətə  dərindən yiyələnməsi üçün şərait yaradılmalıdır. Bu da gələcəkdə iqtisadiyyatın inkişafına, istehsal sahələrinin peşəkar kadrlarla təmin olunmasına xidmət edir. Belə yeni yaradılan müəssisələridən biri də bu günlərdə Sumqayıt Kimya Sənaye Parkının nəzdində yaradılan Peşə Təhsil Mərkəzidir. Mərkəzin açılış mərasimində  Prezident İlham Əliyev də iştirak etmişdir. Açılış zamanı cənab Prezident bildirilmişdir ki,  Sumqayıt Kimya Sənaye Parkı məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamikaya malikdir. Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı – təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib. Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub


        Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir;
        Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə – Azərbaycan buna mütləq çalışmalıdır.
      Cənab Prezident görüş zamanı onu da qeyd etdi ki, Tədiyyə balansını müsbət səviyyədə saxlamaq üçün əlbəttə ki, bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün tədiyyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri mütləq yaradılmalıdır. Burada siqaret fabriki fəaliyyətə başlayıb və artıq statistikada görürük ki, idxaldan asılılıq nə qədər azalıbdır. Bu fabrik işə düşənə qədər daha çox idxaldan asılı idik. İndi 300 milyon manata qənaət edilib. Eyni zamanda, bu fabrikin inkişaf potensialı da var. Çalışmaq lazımdır ki, istehsalat artsın və bu məhsulu ixrac edilsin.

O cümlədən təbliğat işlərimizi düzgün qurmalıyıq, bundan başqa, təbii ki, qadağalar qüvvəyə minibdir. Ona görə mən bu fabriki gələcəkdə sırf ixracyönümlü müəssisə kimi görürəm və belə misallar çox gətirmək olar. İndi bizim tütün istehsalımız, keyfiyyətli avadanlığımız var. Tütün istehsalı olmayan bəzi ölkələr nə üçün bizə məhsul ixrac edir. Onlar tütünü xaricdən alırlar və sonra onu emal edib satırlar. Siqaret istehsalında biz xarici tütündən də asılıyıq. Ancaq qarşıya vəzifə qoyulub ki, yerli tütünçülərdən də məhsul alınsın və beləliklə, kənd təsərrüfatının inkişafına da təkan verilsin.
Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Vaxtilə bu ərazi vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
         Cənab Prezident xaricdə yaşayan azərbaycanlı iş adamların da yenidən çağrış etdi: Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar.
         Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
         Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.
      Bütün bunlar sevindirici haldır və ölkəmizin ümumi inkişafına xidmət edir. Bir tərəfdə yeni istehsal müəssisələri açılır, digər tərəfdən vətəndaşlar, xüsusən gənclər yeni iş yerləri ilə təmin olunurlar.

Güclü və modern Azərbaycan ordusu dövlət quruculuğunun mühüm naliyyətlərindən biri və ərazi bütövlüyünün təminatçısıdır

Xətai Bələdiyyəsinin üzvü, gənc yazar  Abdullayeva  Səbinə

Yer üzünün cənnəti olan vətənimiz Azərbaycan.  Təbii sərvətlər ilə zəngin, qədim  sivilizisiya və mədəniyyətlərin kəsişdiyi tarixi məkanımız. Məhz bundan dolayı zamanla yadelli işğalçıların hücumuna məruz qalan odlar yurdumuz. Doğma torpağı uğrunda daima qəhrəmanlıqla vuruşmağa hazır olan Azərbaycan  xalqı və  bu yolda  canindan keçərək, dillərə dastan olan igid ərənlər oylağımız.
Azərbaycan xalqının bu qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız yurdumuzu şərəflə qoruyaraq gələcək nəsillərə ötürmək üçün canlarından keçərək şəhid və qazi olurlar. 

Xətai Bələdiyyəsinin üzvü, gənc yazar Abdullayeva Səbinə
İlk Əlahiddə Azərbaycan hərb korpusu 1918- ci il  iyunun 26- da  Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılımışdır.  Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycan  dövlət quruculuğunun mühüm naliyyətlərindən biridir. Tarixi varislik ən ənələrinə uyğun olaraq  görkəmli dövlət xadimi və həmdə peşəkar hərbiçi olan Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra  ordu quruculuğunu daha  yüksək peşəkarlıqla həyata keçirmiş  və 1998-ci il may ayının 22- də imzaladığı fərmanla 26 iyun Azərbaycan Silahlı Qüvvələr Günü elan olunmuşdur.
Umummilli lider Heydər Əliyevin ordu quruculuğu  ilə bağlı başlatdığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün stareji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən ölkə başçısı, ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Ölkəmizin son dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması, modernləşməsi, maddi texniki bazanın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, hərbiçilərin  sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər dövlətçiliyi və hərbi andı hər şeydən üstün tutan, hərbiçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam, peşəkar zabit və əsgər heyətinin döyüş ruhunu daha da yüksəltmişdir.
2016-cı il  Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin şücaəti Ermənistan  siyasi rejimi tərəfindən yaradılmış “keçilməz ordu istehkamları” mifini darmadağın etdi. 4-gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.  Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu, Lələtəpə və Talış yüksəklikləri düşməndən azad olundu. İşğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. Ermənistan qüvvələri həmin ərazidən qovularaq çıxarıldı. O torpaqlarda şəhid qanı ilə boyanmış üçrəngli uca bayrağımız ucaldıldı.
2018-ci il Şərur rayonunun işğal altnda olan  Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad  edildi. 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. Bu üstünlük bir daha ordumuzun şəxsi heyyətinin döyüş ruhunu daha da artırdı.
Müharibə varsa döyüş var, döyüş varsa Şəhid var.  Azərbaycanın ərazi bütövlüyü, süverenliyi uğrunda canından keçən şəhid Mübariz İbrahimov, Fərid Əhmədov kimi  oğullar  müasir qəhrəmanlıq əfasanəsinə  dönərək ordunun zabit və əsgər heyyətinə igidlik nümunəsi oldu.
2020-ci ilin iyul ayının 12 -də Tovuz rayonunda Ermənistan Silahlı bölmələri atəşkəsi yenidən pozmağa cəhd etsələr də, səngərlərdə əsgərlərlərimiz ,  zabitlərimiz və gizirlərimiz ilə birgə generallarımızın mübarizəsi, döyüş hazırlığı, yüksək mənəvi-psixaloji  ruhu,  bu hücumların da qarşısını sərt şəkildə aldı.
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımız bu təlatümlü günlərdə onun yanında oldu,  ümumxalq dəstək yürüşü keçirdi. İlham Əliyevin çağrışına  dəstək olaraq  55.130-dan çox vətəndaş  Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinə müraciət etdi. Onlar arasında qadınlar da vardı. Ölkənin 43 siyasi partiyası birgə, 4 siyasi partiyası isə ayrı ayrılıqda bəyanat verərək, erməni təxribatına qarşı birgə mübarizədə  Ali Baş Komandanın ətrafında birləşdiyini vurğulayıb. Həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızlarımız  “Qarabağ Azərbaycanındır!” şüarı adı altında Erməni təcavüzünə yox deyərək Azərbaycanın haqq səsini dünyaya çatdırmışlar.
Ali Baş Komandan vətən uğrunda şəhid olan qəhrəmanlarımızı unutmur, onların ailələrinin qayğısına qalır və qəhrəmanlıqlarını yüksək qiymətləndirir. Döyüşlərdə ön xəttə  qəhrəmacasına həlak olmuş general Polad Həşimovun, palkovnik İlqar Mirzəyevin ailəsinə dərin hüznlə baş sağlığı verən prezident İlham Əliyev şəhid ailələrini evlə təmin etmişdir. Həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə bütün şəhid və qazi ailələrinin xüsusi diqqət və qayğı ilə əhatə olunması üçün  tapşırıqlar verilmişdir.
Bu çətin dönəmdə Azərbaycana dəstək olan ölkələr sırasında ilk  qardaş Türkiyə yer aldı.  Türkiyə Cümhuriyyətinin  Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun çıxışı qardaş dəstəyi olmaqla yanaşı, həm də düşmənlərə mesaj oldu.
Ermənistanın beyəlxalq  hüquqa etinaslığına, təcavüzkar siyasətinin  davam etdirməsinə Azərbaycan tərəfi sonadək səbr etməyəcək. Bu gün istər diplomatik sferada, istər hərbi müstəvidə üstünlük Azərbaycan tərəfindədir. Əgər danışıqlar prosesi Ermənistanın işğalçı siyasəti ucbatından nəticəsiz qalacaqsa,  böyük gücə sahib  şanlı  Azərbaycan ordusu düşmən işğalında olan torpaqlarımızı hərb yolu ilə azad edəcək.  Azərbaycanın üç rəngli bayrağının dalğalanacağı, hərbi zəfər paradının  Şuşada, Xankəndində və  digər işğal olunmuş torpaqlarda qeyd edəcəyi  gün  isə uzaqda deyil.

Ölkəmiz üçün təhlükə yarada biləcək hər problem dövlət nəzarətindədir!

Xətai rayon  İcra Hakimiyyəti, rayon Təsərrüfat şöbəsinin müdiri Rafiq İsayev

Son illər dünyada baş verən qlobal istiləşmə, dəyişkən hava şəraiti ilə müşahidə olunan iqlim dəyişikliyi, eləcə də dünya əhalisinin artması, həyat standartlarının yüksəlməsi, istehlak tərzinin dəyişməsi, kənd təsərrüfatının genişlənməsi, suya olan təlabatın artması və digər səbəblər  ciddi şəkildə su çatışmazlığı, xüsusən də içməli su ilə bağlı problem yaratmağa başlayıb.   Dünyanın 70 faizdən çox hissəsi sudan ibarətdir,  lakin bunun yalnız 3 faizi içmək üçün yararlıdır ki, onun da 2 faizini ekstrimal şəraitdə olan buzlaqlar təşkil edir. Bu isə o deməkdir ki, yalnız 1 faiz su içmək üçün yararlıdır. BMT-nin hesabatına əsasən 10 ildən sonra yəni 2030-cu ildə dünya əhalisinin yarısı içməli su problemi ilə üzləşəcək. Artıq 36 ölkə su resurslarının çatışmazlığından əziyyət çəkir. Deməli İçməli su resurslarının düzgün idarə edilməsi Azərbaycan üçün də aktualdır problemlərdəndir.


      İyulun 23-də Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin yanında su təsərrüfatının  vəziyyətinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə müzakirə olunan məsələlər qarşıya qoyulan konkret tələblər bir daha göstərdi ki, su məsələsi ölkədə milli təhlükəsizlik və strateji əhəmiyyətli məsələdir. Və bu sahədə mövcud problemlərin həlli gecikdirilə bilməz.
     Müşavirədə geniş nitqlə çıxış edən dövlət başçısı ilk öncə qeyd etdi ki, bütün həyati məsələlərdə əhəmiyyətli olan qaz, işıq, nəqliyyat sektorunda problemlər demək olar ki, ən yüksək səviyyədə təmin edilib. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə nəticəsində artıq uzun müddət ərzində özümüzü elektrik enerjisi ilə təmin edirik. Eləcə də ixrac imkanlarımız da yaranıb.
Ölkədə qazlaşdırma 96 faizdir. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bunlar əlbəttə dünya üzrə çox ürəkaçan, yüksək göstəricilərdir.
       Ardıcıl və davamlı həyata keçirilən infrasturktur layihələri arasında su təsərrüfatı da xüsusi önəmə malikdir. Su təsərrüfatlarında mövcud olan problemlərin həlli 2004-cü ildə regionların sosial iqtisadi inkişafına dair birinci dövlət proqramı qəbul olunanda çox açıq şəkildə ortaya qoyulub. O vaxtdan sonra ölkədə  infrastuktur layihələri arasında içməli su və meliorasiya layihələri öz yerini tapıb. Regionların sosial inkişafına dair birinci dövlət proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz idi. İndi isə bu rəqəm 70 faizə çatıb, paytaxtda içməli suyun davamlı şəkildə alan əhali sayı 29 faizdən 82 faizə çatıb, regionlarda içməli su ilə təminat 9 faizdən 63 faizə qədər artıb. Ölkə başçısı bildirdi ki, amma qarşıya qoyulan hədəflərə tam nail olunmayıb. Bu təminat hər bir sahə üzrə həm içməli su, həm də əkin sahələrinin suvarılması təminatı sularında göstərici 100 faiz olmalıdır. Ona görə ki, son dövrlər, ələxsus  qlobal səviyyədə iqlim dəyişikliklərinin getdiyi bir dövrdə bütün ölkələr üçün bu məsələ xüsusi aktuallıq tələb edir. Bu səbəbdən də  içməli su və meliorasiya layihələri ölkə gündəmində ən vacib məsələlərdəndir. Müşavirədə həm problemlərin qoyuluşu, həm həlli istiqamətində reallaşacaq layihələrdən bəhs olundu, yaxın-orta və gələcək perspektivdə görüləcək işlər sistemləşdirildi və strateji plana daxil olunacaq məsələlər qeyd olundu.
   Dövlət başçısı çıxışı zamanı indiyə qədər  görülmüş işlərin müqayisəli təhlilini apararaq müxtəlif sahələrdə regional planların, regional inkişaf strategiyalarının reallaşması nəticəsində bir çox uğurlara nail olunduğunu bildirdi, eyni zamanda, son illərdə ölkədə həyata keçirilən nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişdiyi vurğulandı. Bu layihələr arasında Oğuz-Qəbələ-Bakı kimi yerli su mənbələrinə əsaslanan layihələri göstərmək olar. Bundan başqa 270 milyon kubmetr su tutumu olan Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması,  165 milyon kubmetr su tutumu olan Şəmkirçay su anbarını misal göstərmək olar. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Bununla belə hələ də neqativ hallar, çatışmazlıqlar az deyil.
      Son illərdə baş verən iqlim dəyişikliyi və su problemlərinin bəzi məmurlar tərəfindən düzgün idarə olunmaması ciddi problemlərə yol açıb. Ona görə də “bütün qüsurları buraxan, məsələyə səhlənkar yanaşan vəzifəli şəxslər cəzalandırılmaldır”.
      Ölkə başçısının müşavirədə qeyd etdiyi məqamlardan biri də 22 kanalın yenidən qurulmasının nəzərdə tutulması və bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll edilməsi məsələsidir.
     Müşavirədə Azərbaycanın aqrar sektorunda sudan istifadə texnikasının dəyişməyin də zəruri olduğu vurğulandı. Belə ki, aparılan tədqiqatlar göstərir ki,  müasir suvarılma  sistemlərinin layihə qiymətləri yüksək olsa da onlar effektivdirlər. Beləki, yeni texnologiyaların tətbiqi məhsul kateqoriyasından asılı olaraq 30-100 faiz məshuldarlığın artmasına səbəb olur, torpaqların daha uzun müddətli əkinə yararlı olmasını şərtləndirir. Belə olan halda bir dəfə çəkilən xərc məhsuldarlığın artırılması yolu ilə qısa müddətdə geri qayıdır.
Müşavirənin yekununda Prezident İlham Əliyev bildirdi ki, bu işləri səmərəli şəkildə aparmaq üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var – “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.
       Bütün bunlar dövlətin gördüyü və görəcəyi tədbirlərdir. Bəs biz vətəndaşlar? Bizlər bu görülən işlərə nə töhfə verə bilərik.? Əlbəttə vəziyyətin ciddiliyini dərk etməli, sudan istifadədə diqqətli olmalı və suya qənaət etməliyik.

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir

Xətai rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov

Azərbaycanda  bütün imtiyazlı ailələr, xüsusən də torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların ailələri, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin nəzarəti altındadır. Həm dövlət başçısı möhtərəm cənab Preziden İlham Əliyev, həm də birinci vitse-prezidentimiz Mehriban Əliyeva hər  an onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayır, onların sağlamlığı, övladlarının təhsil və digər problemləri istiqamətində müxtəlif layihələr çərçivəsində tədbirlər həyata keçirirlər.


Elə bunun bariz nümunəsindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xətai rayonunda Şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştiraklarıdır. Mərasim zamanı dövlət başçısı öz nitqində bildirdi ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub. Davamlı olaraq şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.
Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Bu işlərə artıq özəl özəl sektor da çox fəal şəkildə qoşulub. Bu il öz vəsaiti hesabına “Kapital Bank” bu kateqoriyadan olan insanlara 68 mənzili təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, həm ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.
Sosial sahədə görülən işlər sayəsində keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.
Pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.

Əlbəttə ki, bu pandemiya bütün dünyanı, o cümlədən Azərbaycanı gözlənilmədən cənginə aldı. Hətta ən güclü dövlətlər belə bunun qarşısında aciz qaldılar. Lakin respublikamızda dövlət başçısının səyi və vaxtında verdiyi qərarlar nəticəsində qabaqlayıcı tədbirlər görüldü. Cənab İlham Əliyev öz nitqində bu barədə danışarkən bildirdi ki, bu tədbirlər çərçivəsində yeni modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir, bir neçə xarici ölkədən mütəxəssislər,  həkimlər cəlb edilib.
Sosial – iqtisadi inkişafın əsas sahələrində danışan dövlət başçısı bildirdi ki, ölkə gəlirinin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur.
Cənab Prezident bildirdi ki, Pandemiya dövründə bütün dünyada böhran davam edir. 150 ölkə kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq Azərbaycanda bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Bu sevincə qoşulan bir qrup da var. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə. də Onların arzusu budur ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın. Bunlar bizi özlərinin hakimiyyətdə olduğu dövrlərə qaytarmaq istəyirlər. Hansı ki, Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı.
Dövlət başçısı bir müddət əvvəl Ermənistanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində cəhd elədiyi təxribatdan danışarkən bildirdi ki,  Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.
Hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.
İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.
Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.
Bu günlərdə çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərdi. 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatı, 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə Azərbaycana birmənalı dəstək oldu.   
Prezident İlham Əliyev nitqində erməni vandallığına da diqqəti çəkdi. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir. Buna görə də necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb.
Amma Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi. Əksinə KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi.
Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Dövlət Başçısı nitqinin sonunda bir daha bildirdi ki, Ermənistan –Azərbaycan Dağlıq Qarabağ məsələsi yarımçıq yox, birdəfəlik həll olunmalıdır. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.
Dünyada baş verən son hadisələr, Azərbaycana qarşı ermənilər tərəfindən təxribatların davam etirilməsi bir daha göstərir ki, düşmənimiz heç faxt çirkin siyasətibdən, əl çəkən deyil. Amma son hadisələrdə biz xalqımızın, vətəndaşlarımızın, soydaşlarımızın ölkəmizlə yanaşı xaricdə də – Rusiyada, Avropada, Amerikada birliyini, Bütöv Azərbaycanımız uğrunda, dövlət və dövlətçiliyimiz uğrunda birləşərək canlarını belə fəda etməyə hazır olduqlarını görürük.  
Bu bir daha göstərir ki, Azərbaycan xalqı,  Azərbaycan vətəndaş hər zaman öz dövlətinin, öz Prezidentinin və öz rəşadətli ordusunun yanındadır və hər zaman torpaqlarımızın azadlığı uğrunda mübarizə üçün Ali Baş Komandanın əmrini gözləyir.

http://khatai-ih.gov.az/news/2154.html

Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəymiş ziyan dərhal aradan qaldırılacaq

Xətai bələdiyyəsinin üzvü Tural İmanov

Bütün dünyanı cənginə almış pademiya tibbi-sağlamlığ poblemləri ilə yanaşı sosial-iqtisadi, mənəvi –psixoloji çətinliklər də yaşadır insanlara. Ona görə də istər-istəməz insanlar arasında haqlı narazılıqlar, cəmiyyətdə mütəmadi olaraq sarsıntılar yaşanır. Lakin pandemiyanın ilk günlərindən Azərbaycan Dövləti başçısı cənab Prezidentimiz İlham Əliyevin göstərişi və qəbul etdiyi qərarlarla bütün qabaqlayıcı tədbirlər nəticəsində hər şey tam nəzarətə götürüldü. Bununla yanaşı xalqımız neçə illərdir ki, daha təhlükəli düşmənlə mübarizə və müharibəni davam etdiri. Torpaqlarımızın 20 faizini tapdaq altında saxlayan Ermənistan elan olunmuş atgəşkəs rejimini  mütəmadi olaraq pozmaqda davam edir, təxribatlar törədir. Amma əlbəttə ki, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun vasitəsi ilə bu təxribatları qarşısı layqincə alınır və düşmənə tutarlı cavablar verilir.

Bu fikirlər  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirakı zamanı cənab Prezident bir daha səsləndirdi. 
   Bir daha şahidi olduq ki, dövlət başçısı yenədə ən çətin zamanlarda öz vətəndaşının yanındadır. Azərbaycan dövləti və Prezident İlham Əliyev ən çətin proseslərdə, gərgin hadisələrdə, kritik durumlarda belə güclü siyasi iradə, humanizm, tolerantlıq nümayiş etdirərək istənilən şəraitdə öz vətəndaşlarının yanında olmasını göstərir. Bildiyimiz kimi, iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədi ilə atəşkəs rejimini kobud şəkildə pozaraq gərginliyi artırmaq məqsədilə növbəti hərbi təxribat törətdi. İşğalçı ölkənin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Bu baxımdan, iyulun 20-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalaması da bunun bariz nümunəsidir. Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
           Biz bunun bariz nümunəsini 2016-cı il Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı görülən işlərə zamanı şahidi olmuşduq. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı Sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılmışdı. Dövlətimizin başçısı işin gedişini xüsusi nəzarətə götürmüşdü. İşlərin qısa müddətdə və keyfiyyətlə görülməsi üçün bütün qüvvələr səfərbərliyə alınmışdı. Ermənistan silahlı qüvvələrinin iriçaplı silahlardan və artilleriya qurğularından açdıqları intensiv atəş nəticəsində yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb.
Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.

İndi də dövlət başçısının müvafiq sərəncamı ilə Tovuz rayonuna dəymiş ziyan az bir zamanda aradan qaldırılacaq. Onu da qeyd etməliyik ki, hər bir dövlətin tərəqqisini sürətləndirən başlıca amillərdən biri də cəmiyyətdə stabilliyin, vətəndaş rifahının təmin edilməsidir. Bu yöndə ölkəmizdə görülən işlər göz qabağındadır. Xüsusən də illər boyu müharibə şəraitində.
Bu gün Azərbaycan həyata keçirdiyi sosialyönümlü siyasət strategiyası, eləcə də onun səmərəlilik əmsalının yüksək olması baxımından dünya arenasında nümunəvi mövqeyin sahibi kimi çıxış edir. Dövlət başçısı İlham Əliyev hər zaman hər bir azərbaycanlının yanında oub, onların problemi ilə maraqlanıb, rifahı və firavanlığının qeydinə qalıb. Müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, həmin vətəndaşların problemlərinin həlli məqsədilə dövlət səviyyəsində mühüm addımlar atılıb. Cənab İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşların – şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, təqaüdçülərin müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan Fərman və sərəncamlar imzalayıb.
     Dövlətimiz tərəfindən şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunan bu binada 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. 
   Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də vətənin müdafiəçilərinin ailələrinə diqqət və qayğının daha bir nümunəsi idi. Bu gün cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. İmtiyazlı kateqoriyalardan olan ailələr, xüsusən də torpaqlarımızın suverenliyi yolunda şəhid olmuş insanların ailələri, Qarabağ əlilləri  daim dövlətin və cəmiyyətin diqqət mərkəzində olub və əminik ki, hər zaman  belə olacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma məlumat verdi ki, dövlət tərəfindən bu binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verilib. Bu mənzillərin 42-si Qarabağ müharibəsi əlilləri, 20-si isə şəhid ailələri üçün nəzərdə tutulub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Mənzillərin hamısı ikiotaqlıdır. Bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub.

Diqqətə çatdırılıb ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Onu da deyək ki, təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.

Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub.

Dövlətimizin başçısına və birinci xanıma sosial təminat və birdəfəlik ödəmə, 2020-ci ildə məşğulluq tədbirləri, Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti, sosial xidmətlər və reabilitasiya, şəhid ailələrinə və müharibə əlillərinə qayğı, DOST mərkəzlərinin fəaliyyəti, elektronlaşma və innovativ həllər, pandemiya ilə əlaqədar olaraq məşğulluğa və sosial rifaha dəstək tədbirləri barədə məlumat verildi. Ümumilikdə, Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən-ilə daha da çoxalması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artıb.

Bu ilin ilk 6 ayında müharibə əlillərinə 1435 reabilitasiya vasitəsi verilib. Hazırda bir çox şəhər və rayonda bərpa və uşaq bərpa mərkəzlərinin inşası və təmiri davam edir. İlin birinci yarısında 1, 2 və 3 saylı DOST mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Vətəndaş məmnunluğu isə 96 faizdir. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə DOST mərkəzlərinin açılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
-Əziz dostlar, bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz dövlət tərəfindən mənzillərlə təmin edilirsiniz. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.

Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.

Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.

Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.

Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb – 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar.

Pensiyaların artırılması – bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir. Əlbəttə ki, sosial sahədə digər önəmli layihələr də icra edilir. Özünüməşğulluq proqramı – insanlara imkanlar yaradılır ki, onlar öz ailələrini dolandıra bilsinlər və dövlətin yardımından asılı olmasınlar. Bu il bu işlərə 12 min insan cəlb olunacaq, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Mən açıq deyirəm ki, ictimai iş yerləri o iş yerləridir ki, onlarsız da ölkə inkişaf edə bilər. Biz, sadəcə olaraq, insanlar üçün şərait yaradırıq ki, pul qazansınlar və heç olmasa, aztəminatlı təbəqə minimum əməkhaqqı səviyyəsində vəsait əldə etsin.

Beləliklə, bütün bu və digər sosial layihələr, DOST xidmətinin fəaliyyətə başlaması həm ideya, innovasiya, siyasət, eyni zamanda, vəsait tələb edir. Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir. Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur – neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik.

Ona görə neft hasilatı, qaz hasilatı, dünya bazarlarında neftin qiyməti bizim üçün xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Təkcə bizim üçün yox, neft, qaz hasil edən, ixrac edən bütün ölkələr üçün əhəmiyyətlidir. Çünki bu ölkələrin iqtisadiyyatı, artıq oturuşmuş iqtisadiyyatlar bunun üzərində qurulubdur. Ona görə neftin qiymətinin bir dollar aşağı düşməsi milyonlarla dollar itki deməkdir. Baxın, bu il neftin qiyməti bir neçə dəfə düşüb və bizim gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib. Əksinə, pandemiya dövründə maksimum nə mümkünsə etmişik, edirik və edəcəyik.

Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir. Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini azaldacaq, lazımi həcmdə silah-sursat ala bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə “şad xəbər” verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq, lazımi sayda, həcmdə silah ala bilməyəcəyik. Özü də bu gün artıq dünya silah bazarı çox bahalı bir sahədir və hər bir silahın alınması çox böyük vəsait tələb edir, xüsusilə müasir dövrdə. Bu gün, əgər belə demək mümkündürsə, ağıllı silahlar üstünlüyü təmin edir. O silahlar ki, onların qiyməti çox bahadır və biz onları alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları ala biləcəyikmi? Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər. Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, – müxalifətçilik dövlətə qarşı ola bilməz, – mən tam haqlıyam. Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər. O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş müharibəsinə start vermişdi, qardaş qanı axıdılırdı. Ermənilər bizim şəhərlərimizi bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri işğal etmişdilər, onlar isə Gəncəni bombalayırdılar, öz şəhərlərini bombalayırdılar, Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu, xəyanət deyil, bəs nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər. Mən demişəm, onlar ermənilərdən də pisdirlər.

Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarında hücum təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Yəqin ki, siz də o videogörüntüləri internetdə görmüsünüz, Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu necə məhv edir. Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik. Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin.

Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim.

Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar – onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar. Bu, nəyi xatırladır? Yəqin ki, siz də xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, – onların mütləq əksəriyyəti gənclərdir, – Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.

Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.

Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, – çox da dərinə getmək istəmirəm, – biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.

Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, – nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, – çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik.

Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər.

Bir çox ölkələr fərdi qaydada rəsmi şəxslər səviyyəsində dəstək göstərmişlər. Ona görə də mən onlara minnətdaram. Beynəlxalq təşkilatlar, ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərmişlər. Mən də cavab məktublarımda bu ölkələrin dövlət başçılarına öz təşəkkürümü bildirmişəm. Bu məktublar mətbuatda dərc edilib.

İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. Çünki siz də bilirsiniz, mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr – 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb. Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, – indi komissiya təşkil olunub, – inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik. Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi. Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının bu qərarını biz çox yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı da, – burada 120 ölkə cəmləşir, – birmənalı şəkildə Azərbaycanı dəstəklədi.

Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.

Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm – beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.

Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq. Bir daha sizi ürəkdən təbrik edirəm, Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

Şəhid Əli Həsənovun həyat yoldaşı Arifə Həsənova çıxış edərək dedi:

-Mən şəhid Həsənov Əli İsmayıl oğlunun həyat yoldaşıyam.

Cənab Prezident, hörmətli Mehriban xanım, Siz həmişə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı ilə yanaşmışınız. Buna görə bizim ailəmiz və qayğı göstərdiyiniz insanlar adından Sizə böyük minnətdarlığımızı bildiririk. Ötən il bizə 11 min manat məbləğində birdəfəlik ödəmə verdiyinizə görə Sizə təşəkkür edirəm. İndi isə bu gözəl binada bizə mənzil verdiyiniz, biz şəhid ailələrini və Qarabağ müharibəsi əlillərini həmişə diqqətinizdə saxladığınız üçün təşəkkür edirik. Hər şeyə görə çox sağ olun, hər şeyə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.

Prezident İlham Əliyev Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edib

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

https://president.az/articles/39491

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

Prezident İlham Əliyev Bakının Neapol küçəsindəki yerüstü piyada keçidinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

https://president.az/articles/39261

DCIM100MEDIADJI_0006.JPG

 

Xətai rayonunda ikinci və üçüncü dərəcəli yollar da abadlaşdırılır

Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıqlarına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən paytaxtın mərkəzi ilə yanaşı şəhərin kənar ərazilərində, ikinci və üçüncü dərəcəli küçələrinin də əsaslı təmiri və yenidən qurulması işləri  aparılır.

Bu istiqamətdə görülən işlər cərçivəsində Xətai rayonunun bir sıra küçələrində şəhərsalma və memarlıq tələblərinə uyğun abadlıq-yenidənqurma işləri həyata keçirilir. Artıq Məhəmməd Hadi küçəsində genişmiqyaslı işlər sona yetib. Həmçinin rayonun Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində də əsaslı təmir və küçəboyu abadlıq işləri başa çatıb.
Bu işlər çərçivəsində binaların yaxınlığında vətəndaşların sərbəst gediş-gəlişinə  mane olan və təhlükə yaradan əlavə və yöndəmsiz tikililər, qanunsuz çəpərlər sökülüb. Küçə boyunca səkilərə dekorativ daşlar düzülüb,  yol kənarlarında ağaclar, bəzək kolları və güllər əkilib, yeni yaşıllıq zolaqları salınıb. Ağaclara aqrotexniki qulluq edilməsi və yaşıllığın sulanması üçün su xətləri çəkilib.
Yaşayış binalarının yaxınlığında salınan parklarda mini stadionlar, uşaq-əyləncə  və idman qurğuları, oturacaq və söhbətgahlar quraşdırılıb, şahmat meydançaları yaradılıb. Küçələr boyunca, yeni park və istirahət guşələrində müasir işıqlandırma sistemləri quraşdırılıb.
Eyni zamanda binaların birinci mərtəbəsində və önündə yerləşən mağaza, ictimai-iaşə obyektlərinin də müasir dizaynla yenidən qurulması həyata keçirilir. Yenidənqurma işlərində sahibkarlar da yaxından iştirak edərək, öz obyektlərinin yeni görünüş alması üçün müasir memarlıq üslubunda rekonstruksiya edərək küçələrin gözəlləşməsinə öz töhfələrini veriblər.
Hazırda Seyid Əzim Şirvani, Qaçaq Nəbi və  Naximov küçələrində abadlıq-yenidənqurma işləri davam etdirilir. Küçə və yolların təmiri zamanı zərurət yarandığı təqdirdə xidmət sahələri tərəfindən kommunikasiyalar, qaz və işıq xətləri yenilənir. Burada da yaşıllıqlar, qazon örtüyü salınır və yeni ağaclar əkilir, səki və keçidlərə dekorativ daşlar döşənir, küçə boyunca yeni müasir işıqlandırma sistemləri qurulur, asfalt örtüyü salınır.
Aparılan işlərin yaxın vaxtlarda başa çatdırılması və təmir-yenidənqurma işlərinin başqa küçələrdə davam etdirilməsi nəzərdə tutulur.

Xətai rayonunda növbəti dəfə genişmiqyaslı gücləndirilmiş dezinfeksiya işləri aparılır

Xətai rayonunda  küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılır.

Gün ərzində rayonun Xocalı və Gəncə prospektləri, Y.Səfərov, İ.İsmayılov, G.Şıxlinski, İ.Zülfüqarov, X.Məmmədov,Sadıqcan,  M.Hadi, Naximov və s. küçələrində genişmiqyaslı dezinfeksiya işləri aparılır, küçələr kimyəvi məhlulla xüsusi avtomaşınlarla yuyulur.

Rayonun kommunal xidmətlərinin   əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülür.

Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Türkiyə Bələdiyyələr Birliyi ilə Azərbaycan şəhər bələdiyyələri arasında COVİD-19 virusu haqqında videokonfrans

15 may 2020-ci il tarixdə TBB ilə Azərbaycan şəhər bələdiyyələri arasında videokonfrans keçirilmişdir.

Konfransda Türkiyə Bələdiyyələr Birliyi (TBB)-nin sədri Fatma Şahin, Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev,  Azərbaycan şəhər bələdiyyələrinin Milli Assosiasiyasının baş katibi Tofiq Həsənov, Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, Bakı şəhər Səbail rayon Bələdiyyəsinin sədri Hacı Əliyev və Abşeron rayon Xırdalan qəsəbəsinin sədri Orxan Musayev iştirak edirdilər.

Xətai rayon bələdiyyəsinin sədri Elşad Vəliyev videokonfransda Xətai rayonunda virusun qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər barədə çıxış edərək bildirdi ki: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çox şaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırılmasına nail olunub. Hal-hazırda dövlət bu məsələ ilə bağlı ətraflı qabaqlayıcı tədbirlər görür. Azərbaycan koronavirusla mübarizə sahəsində ən qabaqcıl ölkələr sırasındadır, hazırda bu istiqamətdə də çox yüksək səviyyədə işlər gedir.

Azərbaycan hökümətinin bu virusunun qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri, Dünya Səhiyyə Təşkilatı (DST) bir neçə dəfə vurğulayıb. Göründüyü kimi dövlət öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, biz də yerlərdə bu pandemiyanın qarşısının alınması üçün dövlət qurumlarına dəsdək olmaq üçün əlimizdən gələni edirik. Bələdiyyəmiz öz inzibati ərazisində Operativ Qərərgahın qərarlarına, tövsiyələrinə əməl olunması üçün vətəndaşlarımızı diqqətli olmağa, məsuliiyətli davranıb, bu qayda-qanunları yerinə yetirməyə çağırır. Yerlərdə ən əsasıda parklarda, yollarda ticarət mağazalarının ətrafında dezinfeksiya işləri aparırıq və bu işləri mütəmadi yerinə yetirilməsində rayon rəhbərliyinin qayğısını da öz üzərimizdə həmişə hiss etmişik.

Bəşəriyyəti ağır sınaq qarşısında qoyan yeni tip pandemiya səbəbindən aylardır dünya dövlətləri ciddi təşviş içərisindədir. Elmin bu qədər inkişaf etdiyi dövrdə müasir dünya beş aydır koronavirus adlı bəlaya qarşı vaksin tapa bilmir. Yalnız pandemiyaya qarşı qabaqlayıcı tədbirlər görən, insan sağlamlığını əsas tutan bəzi ölkələrin bu sınaqdan az itki ilə çıxmaqla bağlı mübarizəsində müsbət dinamika müşahidə olunmaqdadır.

Sevindirici haldir ki, Azərbaycan da bu ölkələr sırasındadır. Son 2ayda Prezident İlham Əliyevin təşəbüssü ilə videokonfrans formatında keçirilən Türk Şurası və Qoşulmama Hərəkatının zirvə görüşlərinin mövzüsunun da koronavirusa qarşı mübarizəyə həsr olunması bir daha təsdiq etdi ki, Azərbaycan bu istiqamətdə dünyanı birləşdirir, təcrübəsini istənilən dövlətlə bölüşür. Bununla Beynəlxalq aləmdə pandemiyaya qarşı mübarizə Azərbaycan 10-dan artıq ölkəyə yardım edib.

Prezident İlham Əliyevin qeyd etdiyi kmi, Azərbaycan koronavirusa qarşı mübarizə sahəsində təcrübəsi ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki, vaxtında epidemiyaya qarşı həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə virusa yoluxma ilə sağalma arasındakı müsbət dinamika, yəni sağalanların sayının yoluxanların sayından çox olması bunu deməyə əsas verir. Digər dövlətlərdə elan olunmuş sərt karantin rejimi davam etdiyi halda ökəmizdə bəzi qadağaların yumuşaldılması da deyilənləri təsdiq edir.

Ölkəmizdə o cümlədən Xətai rayonunda virusun ikinci dalğasının başlama ehtimalının artmasının qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür, elan edilmiş qadağalara əməl olunması yerlərdə vətəndaşlara izah edilir.

Xətai rayon bələdiyyəsi bir neçə xarici ölkələrlə beynəlxalq əlaqələr yaratmışdır ki, bu da bələdiyyənin beynəlxalq əlaqələrinin genişlənməsində böyük rol oynamışdır. Buna misal olaraq ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhər Meriyası ilə, Türkiyənin Tarsus şəhər bələdiyyəsi ilə, Gürcüsatan və başqa ölkələrin bələdiyyələri ilə əlaqələr yaranmışdır.

Xətai rayon bələdiyyəsi 2006-cı ildən “Türk Dünyasl Bələdiyyələri” birliyinin üzvüdür. 2007-ci ildə Türkiyənin Tarsus bələdiyyəsi ilə qardaşlıq protokolu imzalanmşıdır.

Türk Dünyasl Bələdiyyələr birliyinin keçirdiyi tədbirlərdə Yerli özünü idarə etmələrdə yaranan problemlərin aradan qaldırılması ilə keçirilən konfranslarda bələdiyyəmizdən nümayəndələr iştirak etmişlər.

Xətai bələdiyyəsi Türkiyənin Tarsus şəhər bələdiyyəsi ilə qardaşlıq əlaqələri qurmuşdur. Beləki, Mart ayının 17-də Tarsus bələdiyyəsi ümumilli lider Heydər Əliyevin adına əzəmətli bir körpü açıldı. Açılışda Xətai rayon rəhbərləri, bələdiyyə rəhbərləri və nümayəndələri iştirak etdilər. Həmçinin açılışda Bələdiyyə başqanı Burhanettin Kocamaz, Kuzey Kıprıs Türk Cumurriyyetinin Cumurbaşkanı Derviş Eroğlu da iştirak edirdilər.

Açılışda çıxış edən Burhanettin Kocamaz Azərbaycan nümayəndə heyyətini salamlayaraq xoş  gəldiklərini bildirdi və Azərbaycan qonaqları ilə birgə Heydər Əliyev adına körpünün açılışında insana böyük sevinc, şərəf və həyacan hisslərini yaşatdığını bildirdi. Çox hörmətli Azərbaycan qonaqlarmız mən inanıram ki, Heydər Əliyev adına yığışdığımız bu körpü Azərbaycan və Türkiyə arasınsa könül və sevgi körpüsü olacaqdır və bu körpünü Tarsuslulara ərmağan edirik. Burhanettin Kocamaz həmdə onu bildirdi ki, bu körpünün açılış günü illər öncə Atatürkün Tarsusa gəliş gününə təsadüf edir. Sonda Tarsuslulara xeyirli uğurlu körpü olsun dedi.

Bundan sonra Azərbaycan nümayəndə heyyəti ulu öndər Heydər Əliyev və Atatürk haqqında fikirlər söylədilər. Həmçinin qeyd etdilər ki, bu gün burada Heydər Əliyev adına körpünün açılışını edəcəyik. Bu bizim üçün böyük bir qürur və sevinc hissləri yaşadır. Sonda əməyi keçən hər kəsə Tarsuslulara və bələdiyyə başkanına çox sağ olun deyildi və minnətdarlıq bildirirldi.

Çıxışlardan sonra qurbanlar kəsildi və dualar oxundu. Ardından körpünün qırmızı lenti kəsildi və protokol tərtib olunub imzalandı. Tarsuslular və Fəxri qonaqlar körpüdə yürüş edərək körpünün tikintisi ilə yaxından tanış oldular.

Aprel ayında Tarsus bələdiyyəsinin 11 nəfər üzvü Xətai rayonunda qonaq olmuşdular. Onlarla bütün rayon kollektivi ilə birgə iclas keçirib görüşlər təşkil olunub daha yaxından tanış olmalarına imkan yaradıldı. Daha sonra Bakı şəhəri ilə yaxından tanış edərək qədim Azərbaycanın tarixi abidələri və yerləri ilə tanış edərək gəzintilər baş verdi. Həmçinin Xətai rayonu iş strukturu ilə yaxından tanış oldular və məmnun olduqlarını və Azərbaycanın Bakı şəhərinin bu qədər möhtəşəm və gözəl olduğunu təsəvvür etmədiklərini bildirdilər.

Belə görüşlər hər il davam etdirilmişdi. Ümumilli liderin doğum günündə rayonumuz hər il bu qardaşlığı davam etdirərək, Tarsusa səfərlər etmişdilər.

İnanıram ki, dövlət başçılarımızın və dünyanın insansevər qüvvələrinin səyi nəticəsində Allahın izni ilə pandemiya qurtardıqdan sonra bu səfərlər davam edəcəkdi.

Hazırda ölkə rəhbərləri və iqtisadiyyatın müxtəlif sahələri arasında videokonfrans formatında görüşlər keçirilir.

Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin İqtisadiyyat Nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib. Bələdiyyə olaraq bu gün də biz bu işləri davam etdirib, ölkəmiz, vətənimiz və vətəndaşlarımız üçün üzərimizə düşən hər bir məsələni həll etməliyik.

Çox sağ olun bu qardaşlıq həmişə olduğu kimi davam etdiriləcək.

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 28 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak etdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri abidənin önünə gül dəstələri qoydular.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir

Dəm qazından qorunmaq mümkündürmü?!

Son illər informasiya mübadiləsinin tempinin artması dünyada və o cümlədən, Respublikamızda baş verən hadisələrin haqqında məlumatların əldə edilməsi, paylaşılması auditoriyasını xeyli genişləndirmişdir. Baş verən hər hansı qəza, təbii fəlakət kimi hadisələr də siyasi məlumatlar kimi anında ötürülür, yayılır. Bu səbəbdən də bəzən sanki bu və ya digər hadisələrin intensivləşməsi əvvəlki illərə nəzərən çox dəfə artması kimi qəbul olunur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti apardığı statistikalarda yanğın hadisələrinin sayının, bu hadisələrdəki insan tələfatının, dəyən maddi ziyanların uçotunda heç də göstəricilərin pisləşməsinin şahidi olmur. Sanki hər sahədə bədbəxt hadisələrin, arzuolunmaz halların sayının artması görüntüsü məhz internetin inkişafı, məlumatlar mübalidəsinin sürətlənməsi, cəmiyyət üzvlərinin həssaslığının artması ilə əlaqədardır.

Narahatdoğurucu hadisələrdən biri də dəm qazından zəhərlənmələrin və bunun nəticəsində ölüm hadisələrinin sayının çoxalmasıdır. Bir nəfər belə Azərbaycan vətəndaşının yaxud Azərbaycan Respublikası ərazisində dəm qazından zəhərlənərək ölən əcnəbinin olması faktı özü-özlüyündə bir faciədir. Dəm qazı ən sadə başa düşüləcək dildə təbii qazın və digər yanacaq növlərinin (odun, kömür və s.) natamam yanması səbəbindən ayrılmış qarışıqlı qazın tənəffüs orqanlarına düşməsindən zəhərlənməyə və ölümə səbəb olur. Bəs tam yanmamaya səbəb nədir, ayrılan qarışıq zəhərləyici qaz kütləsi niyə yanma mənbəyindən xüsusi quraşdırılmış şaxta boru ilə kənarlaşdırıla bilmir?! Doğurdanmı, dəm qazından tam müdafiə olunmaq mümkün deyil?!

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti əhaliyə müraciət etmişdir

Dövlət Yanğın Nəzarəti Xidməti olaraq, birmənalı aşağıdakı tövsiyələrə əməl olunarsa, bu öldürücü qazdan qorunmaq mümkündür deyirik:

  • Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
  • Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;
  • Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
  • Su qızdırıcıları – binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı – montaj olunmalıdır;
  • İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta – baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
  • Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik-kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;
  • Fərdi qaydada su qızdırıcısı ilə təmin olunan ev və mənzillərdə şəxsin evdə tək olması zamanı duş qəbul etməsi tövsiyə olunmur, çünki, dəm qazından zəhərlənmə baş verəcəyi halda zərərçəkənin xilas olması üçün kənar şəxsin və ya şəxslərin köməyi zəruridir. Daha konkret desək, evdə, mənzildə təksinizsə, duş qəbulundan vaz keçin, bunu evdə kiminsə olacağı vaxta salın;
  • Evdə iki nəfərsinizsə, birinin duş qəbuluna ikincinin köməyi qaçılmazdırsa, hər ikisinin eyni vaxtda duş qəbulu otağında olması da yolverilməz hal hesab olunur, belə situasiyalarda da duşdan kənar şəxsin olması və onun duş otağındakıların halına nəzarət etməsi vacibdir.

Tövsiyələrimiz qəribə səslənsə də çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir.

  • Evində fərdi qaydada su qızdırıcısı sistemindən istifadə edən varsa, evdəkilər tərəfindən mütəmadi olaraq duş qəbul edənin – suyun yox, məhz duş qəbul edənin səsini eşitməklə onun vəziyyətinin yoxlanılması vacibdir. Dəm qazından zəhərlənən meyxoşcasına huşunu itirir, duş əvvəlki qaydada axan suya xas olan səsi verməklə axmaqda davam edir, zərərçəkən daha çox bu mühitdə öldürücü qazla tənəffüs edir, qanda zəhərli maddələrin miqdarı artır, krizis güclənir, təəssüflər olsun ki, ölüm hadisəsi baş verir. Zəhərlənmənin ilk anlarında hadisənin aşkarlanması, zərərçəkənin dərhal təmiz havaya çıxarılması və vəziyyətindən asılı olaraq ilkin tədbirlərin görülməsi zamanı təhlükə aradan qaldırıla bilir;
  • Heç bir halda mətbəx qaz plitə – sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;
  • Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin;
  • Mətbəx qaz plitələrinin üstündəki hava sorucu (aspirator) sistemin müstəsna əhəmiyyəti olduğunu unutmayın, hər zaman plitəni alışdırırsınızsa hava sorucunu da dərhal qoşun! Bu sizi həm qoxudan, həm ayrılan buxarlardan, ən vacibi həm də ayrılan zəhərli maddələrdən – dəm qazı tərkibli ayrıntılardan qoruyur!

Hörmətli həmvətənlərimiz!

Qazla, elektriklə, odla ehtiyatlı olun, məişətimizin və sivilizasiyamızın ayrılmaz tərkib hissəsinə çevrilmiş olan bu enerji daşıyıcıları onlarla düzgün rəftar etmədikdə qatilə çevrilir, amansızlıqla öldürə bilir

Lütfi Zadə küçəsində şəhid Veysəl Qasımovun xatirə lövhəsinin açılışı olub

Yanvarın 24-də Xətai rayonu Lütfi Zadə küçəsində şəhid Veysəl Qasımovun xatirə lövhəsinin açılışı olub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı,  rayon bələdiyyəsinin üzvləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, Qarabağ qaziləri və digərləri iştirak ediblər.

Əvvəlcə şəhid Veysəl Qasımovun xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Pənah İmanov bildirib ki,  bir müddət bundan əvvəl şəhidin adına salınan bulağın ətrafı təmir və bərpa olunub. Bu cür tədbirləri keçirməkdə məqsədimiz torpaqlarımız uğrunda canını verən igidlərimizin olduğunu gənc nəslə çatdırmaqdır.

Lövhənin açılışında şəhidin anası Səadət Qasımova və həyat yoldaşı Mərziyə Qasımova da çıxış edərək şəhidin xatirəsinin əziz tutulmasından məmnun qaldıqlarını bildirib, göstərilən diqqətə görə Ölkə Başçısına və  rayon İcra başçısı Rafiq Quliyevə öz təşəkkürlərini bildiriblər.

Tədbir şəhid Veysəl Qasımımovun məzunu olduğu 29 saylı tam orta məktəbdə davam etdirilib. Tədbir iştirakçıları ilk öncə məktəbin foyesində şəhidin xatirəsinə həsr olunmuş, şagirdlər tərəfindən çəkilən rəsm sərgisi ilə tanış olublar.

Daha sonra dövlət himninin səslənməsinin ardından şagirdlər tərəfindən ədəbi-bədii kompazisiya nümayiş olunub. Kompazisiyada şəhidin həyat və döyüş yolundan söz açılıb, kiçik süjetlər göstərilib. Qeyd olunub ki, Veysəl Qasımov 28 il bundan əvvəl “Daşaltı əməliyyatında” iştirak edib. Həmin əməliyyat 1992-ci ilin 25 yanvarından axşam saatlarında başlanıb və bir gün sonra bələdçilərin xəyanəti ucbatından uğursuzluqla başa çatıb. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Həmin şəhidlərdən biri də Veysəl Qasımovdur. Şəhidin iki qız övladı var.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib

Sentyabrın 18-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Ümumi sahəsi 12000 kvadratmetr olan həyət Xətai rayonu, Lütfi Zadə 10, M.Rüstəmov 21, Sarayevo 19 ünvanlarında 2500 nəfər sakinin yaşadığı beş 9 mərtəbəli və iki 16 mərtəbəli binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları və uşaqlar üçün oyun meydançası salınıb.

Eyni zamanda, ərazidə velosiped yolu, 10 söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyir-şər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac, gül kolları əkilib və 4500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuzuncu həyətdir.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Bələdiyyələrdə Qadın İştirakçılığı

Bələdiyyələrdə Qadın İştirakçılığı

Xətai rayon Bələdiyyəsinin sədr müavini N.A.Hacıyeva 17 sentyabr 2019-cu il tarixdə Bələdiyyələrdə Qadın İştirakçılığı adlı konfransda iştirak edib.

Konfrans Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatı və Azərbaycan Şəhər Bələdiyyəsinin Milli Asossasiyası tərəfindən aparılıb.

Bələdiyyələrdə Qadın İştirakçılığı

263 saylı tam orta məktəbdə 15 sentyabr – “Bilik günü” münasibətilə tədbir keçirilib

263 sayli tam orta məktəbdə 15 sentyabr - “Bilik günü” münasibətilə tədbir keçirilib
 
 
Respublikamızın bütün rayonlarda olduğu kimi Xətai rayonunun 263 saylı tam orta məktəbində də 15 sentyabr Bilik Günü keçirilmişdir.
Xətai rayon bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva da həmin tədbirdə iştirak etmişdir. N.Hacıyeva çıxış edərək ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib və tədbir iştirakçılarını və şagirdləri Bilik Günü münasibətilə təbrik etmişdir.
 
 
263 sayli tam orta məktəbdə 15 sentyabr - “Bilik günü” münasibətilə tədbir keçirilib

Xətai rayonunda 1 İyun Uşaqların Beynəlxaql Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlara qayğı, dünyanın xilası” adlı tədbir həyata keçirilib.

Xətai rayon Bələdiyyəsində Xətai rayon İcra Hakimiyyəti, Xətai Rayon Bələdiyyəsi, Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə, Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın “Uşaqlara qayğı, dünyanın xilası” adlı layihəsi əsasında tədbir keçirildi.


Tədbirdə layihə rəhbəri Səbinə Abdullayeva 1 İyun- Uşaqların Beynəlxaq Müdafiəsi gününün yaranma tarixi və layihə haqqında ətraflı məlumat verdi.


Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov  uşaqları 1-İyun Uşaqların Beynəlxaq Müdafiəsi Günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırdı və  vurğuladı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti, bu gün,  Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.


Sonra Yeni Həyat Humanitar və Sosial Dayaq  İctimai Birliyinin sədri Nailə İsmayılova, təhsil üzrə ekspert Kamran Əsədov Azərbaycanda uşaq siyasətinin uğurlarından, eyni zamanda Xətai rayonunda uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması üçün yaradılan şəraitdən söz açaraq öz təşəkkürlərini bildirdilər. Sonda uşaqlara hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkildi.

Xətai rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

Martın 14-də “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 12 ünvanında 1200 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 6 idman qurğusu, uşaqlar üçün oyun meydançası və 18 oturacaq quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac əkilib və 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirminci həyətdir.

Xətai rayonunda “Azərbyacan Xalq Cümhuriyyət ənənələrinin qorunmasında qadınların rolu Tarixilik və Müasirlik” mövzusunda dəyirmi masa keçirildi

Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon bələdiyyəsi, Xətai Gənclər  və İdman İdarəsi, Yeni Azərbaycan  Partiyası Xətai rayon təşkilatının  birgə dəstəyi ilə “Azərbyacan Xalq Cümhuriyyət ənənələrinin  qorunmasında qadınların rolu Tarixilik və Müasirlik” adlı tədbir keçirildi.
            Tədbirdə  layihə rəhbəri – Xətai bələdiyyəsinin üzvü Səbinə Abdullayeva layihə barədə məlumat verdi və tədbirin təşkil olunmasında dəstəyi olan qurumlara öz təşəkkürünü bildirdi.
            Daha sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov , Xətai rayon bələdiyyəsinin üzvü  Könül Əfəndiyeva, bələdiyyə üzvü  Rövşən Məmmədov çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev müstəqil və müasir Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətinin varisi adlandırmışdır.  Şərqdə ilk  demokratik dövlət olan və Azərbaycan qadınına  ilk dəfə  seçib – seçilmək hüququ verən  Azərbaycan Xalq Cümhuriyyət ənənələrinin qorunmasında qadınlarında müstəsna rol oynamasını natiqlər qeyd etmişlər.
             Ümumilli lider heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin uğurla davam etdirilməsində prezident İlham Əliyev və xanımı birinci vitse – prezident Mehriban Əliyevanın geniş fəaliyyəti çıxış edən natiqlər tərəfindən qeyd olunmuşdur.
              Sonda Xətai bələdiyyəsinin bir qurup fəal qadın üzv və qulluqçuları fəxri fərmanla təltif olunmuşlar.

 

ADA Universitetinin tələbələri Xətai rayon bələdiyyəsində

ADA Universitetinin tələbələri Jalə Əliyeva, Məhbubə Babaşova, Emil İsmayılov, Ülviyyə Rəsulzadə və Səbinə Səfərov 14.11.2018-ci il tarixdə Xətai bələdiyyəsində olmuşdurlar. Onlar bələdiyyənin fəaliyyəti ilə yaxından tanış oldular

Xətai rayonunda “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının təntənəli yolasalma mərasimi keçirilib

Xətai rayonunda  Heydər Əliyev adına parkda “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada iştirak edən məktəblilərin  təntənəli yolasalma mərasimi təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, icra hakimiyyəti aparatının məsul şəxsləri, orta məktəblərin direktorları, rayonun  mədəniyyət kollektivləri iştirak edirdilər.
  Tur-aksiya iştirakçıları rayon rəhbərliyi və qonaqlarla birlikdə Ulu Öndərin abidəsini ehtiramla ziyarət edib önünə tər-çiçək dəstələri qoydular.

Xətai Bələdiyyəsinin sədri Mersin vilayətində təşkil edilən tədbirlərdə iştirak edib

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon Xətai Bələdiyyəsinin sədri Əliyar Əliyev Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü ilə bağlı Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəttin Koçamazın dəvətilə Mersin vilayətində təşkil edilən tədbirlərdə iştirak ediblər.  

15 sentyabr – Bilik günü münasibətilə ölkənin hər yerində olduğu kimi Xətai rayonunda da bayram tədbirləri keçirilib

Respublikamızın bütün rayonlarda olduğu kimi Xətai rayonunun 263 saylı tam orta məktəbində də 15 sentyabr Bilik Günü keçirilmişdir.
Xətai rayon bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva da həmin tədbirdə iştirak etmişdir. N.Hacıyeva çıxış edərək tədbir iştirakçılarını və şagirdləri Bilik Günü münasibətilə təbrik etmişdir.
 

Xətai rayon Xətai Bələdiyyəsi Fəxri Diplomla təltif edildi

19 iyul 2018-ci il tarixdə Bakı Biznes Mərkəzində AHİK-in sədri S.Möhbaliyevin iştirakı ilə geniş tərkibdə iclas keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezident Aparatının, Əmək və Əhalinin Sosial Təminat Nazirliyin və digər qurmlardan nümayəndələr iştirak etmişdir. 

İclasının gündəliyində bir məsələ – “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2018-ci ildə keçirilən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Fəxri Diplom və mükafatların verilməsi məsələsi qoyulmuşdur.

Respublika üzrə mükafatlandırılan təşkilatların sırasında Xətai rayon Xətai Bələdiyyəsi də var idi.

Aynur Sofiyeva: “Ailə Akademiyası” layihəsi cəmiyyətdə bələdiyyələrin imicini bir xeyli artıracaqdır”

Xətai Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi, Xətai və Əhmədli bələdiyyələrinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının, Xətai və Əhmədli bələdiyyələrinin sədrləri və əməkdaşları, ictimai birlik və veteran təşkilatların, təhsil və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib.

“Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib.

A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları olan bələdiuyyələr tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.

Komitə rəsmisinin sözlərinə görə, bu gün cəmiyyətdə bələdiyyələrə olan inam artıb: “İnanırıq ki, bu layihənin uğurlu icrası cəmiyyətdə bələdiyyələrin imicini müsbət təsir edəcək və xeyli artıracaqdır.”

Tədbirdə geniş məruzə ilə komitənin rəsmisi Gülnarə Məmmədova çıxış edib.

Tədbrin ikinci hissəsi Xətai bələdiyyəsində davam etdirilib.

İlk olaraq bələdiyyənin sədri Əliyar Əliyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Sədr bələdiyyənin bu prosesdə layiqli söz sahibinə çevrilməsi üçün hər bir imkanın olduğunu qeyd edib. İlk olaraq sədr bilıdirb ki, ailədaxili problemləri olan ailələrə bələdiyyənin hüquq komissiyası və onun üzvləri hər bir köməyi göstərməyi planlaşdırır, həmçinin vergi müfəttişləri hər zaman bildirişləri paylayan zaman bu layihə barəsində məlumatların vətəndaşlara çatdlırmağı öhdəsinə götürür.

Hər iki tədbirdə mövzunun müzakirəsində professor Rəna Mirzəzadə, Xətai rayon Ağsaqqallar şurasının sədri Qurban Əlizadə, Xətai bələdiyyəsinin üzvü Könül Əfəndiyeva, “Zəkalar” litseyinin şagirdləri Aygün Məmmədli və Arzu Paşayaeva, rayon sakini Bayram Xəlilov, aprel şəhidlərinin ailə üzvləri çıxşı edərək layihənin əhəmiyyətli olacağını xüsuslilə vurğulayıblar.

Naitqlər həmçinin müasir zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağın gənclər üçün önəmindən bəhs ediblər.

Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.

Belediyye.info

 

Regional Gender Konfransı 2018. Bələdiyyələrdə Gender həssas büdcəsinin tətbiqi

Xətai rayon bələdiyyəsinin sədr müavini Nərminə Hacıyeva 28-29 iyun 2018-ci il tarixdə Gürcüstan Kaxaketi şəhərində keçirilən “Bələdiyyələrdə Gender həssas büdcesinin tətbiqi” adlı konfransda iştirak etmişdir.

N.Hacıyeva konfransda çıxışında Xətai rayon bələdiyyəsinin gender yönümlü büdcəsinin haqqında məlumat verdi. 

Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan və Almaniya nümayəndə heyəti edirdilər.

Xətai Rayon Bələdiyyəsi Azərbaycan polisinin 100 illiyi və 2 İyul Polis Günü münasibətilə bayram toplantısında iştirak etdi

Xətai Rayon Polis İdarəsinin  və Rayon Mühafizə Xidmətinin rəhbərlərinin və şəxsi heyətlərinin iştirakı ilə keçən tədbir ümummilli lider Heydər Əliyevin rayonun mərkəzi parkındakı abidəsinin ziyarəti ilə başladı.

Bayram tədbirində Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunduqdan sonra, rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov çıxış etdi. Natiq 100 illik yubileyini qeyd edən Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salaraq bildirdi ki, bizim polisimiz ən ağır, təlatümlü vaxtlarda belə hər zaman xalqın güvənc yeri olub, cinayətkarlığa qarşı mübarizə aparan, xalqın asayişini mühafizə edən bir orqan kimi böyük hörmətə layiq görülüb. Onun keçdiyi şərəfli, ziddiyyətli və tarixi yola ən obyektiv qiyməti ümummilli lider Heydər Əliyev verərək demişdir: “Bu tarixi dövrdə Azərbaycan polisinin, milisinin, daxili işlər orqanlarının çox əhəmiyyətli nailiyyətləri də, itkiləri də, uğurları da, səhvləri də olub. Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də vardır. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqınındır. Bu, bizim xalqın tarixinin səhifələridir”.
Razim Məmmədov qeyd etdi ki, artıq 25 ildir ki, Azərbaycan polisi özünün müstəqillik tarixini yazır və bu tarix çox dəyərli və şərəfli hadisələrlə zəngindir. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin gərgin əməyi sayəsində ölkədə yaranan sabitliyin və əminamanlığın qorunmasında polisin müstəsna xidmətləri danılmazdır. Məhz buna görə ölkə başçısı çıxışlarında onların əməyini daim yüksək qiymətləndirərək deyir: “Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm”.
Toplantıda çıxış edən Xətai Rayon Polis İdarəsinin rəisi polis polkovniki Muradəli Babayev  hələ sovet hakimiyyəti illərində ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinin  milliləşdirilməsi işindəki xidmətlərindən bəhs edərək bildirdi ki, Azərbaycanın daxili işlər orqanlarının həqiqi inkişafı, onların milliləşdirilməsi biləvasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı göstərilməyə, onun sıralarının təmizlənməsinə, xalqa və xidməti vəzifəsinə sədaqətli olan kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinə, onların peşəkarlıqlarının təkmilləşdirilməsinə diqqət artırılmağa başlanmışdır.
İdarə rəisi qeyd etdi ki, xalqımızın ümummilli lideri  Heydər Əliyev siyasətini əzmlə davam etdirən Prezident İlham Əliyevin milli inkişaf strategiyasında da daxili işlər orqanlarına  diqqət  xüsusi yer tutur. Dövlətimizin başçısının məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın əldə etdiyi misilsiz nailiyyətlər, cəmiyyətimizin sivil beynəlxalq məkana sürətlə inteqrasiyası Azərbaycanın daxili işlər orqanları qarşısında da yeni-yeni vəzifələr müəyyənləşdirib. Bu inkişafın, tərəqqinin təməlində dayanan ictimai-siyasi sabitliyin göz bəbəyi kimi qorunması, ölkədə kriminogen durumun nəzarətdə saxlanması, cinayətkarlığa, xüsusən transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin daha səmərəli şəkildə təşkili, cəmiyyətdə konstitusion normalara, qanunun aliliyi prinsipinə riayət olunması bu vəzifələr sırasındadır.
Bayram təbriki ilə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov, Xətai rayon prokuroru Yusif  İldırımzadə və başqaları qeyd etdilər ki, müasir Azərbaycan polisi cinayətkarlıqla mübarizədə, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının, ictimai təhlükəsizliyin təmin olunması, şəxsi heyətin ideya, bilik və mədəni səviyyəsinin yüksəldilməsi zamanı demokratik dövlətlərin təcrübəsindən istifadə edir, nəzəri və praktik əhəmiyyət daşıyan müasir forma və metodları fəaliyyət istiqamətlərində uğurla tətbiq edir.
Çıxışlarda əminliklə qeyd edildi ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özlərinin zəngin təcrübəsi ilə həmişə olduğu kimi, bundan sonra da müstəqil Azərbaycan dövlətini daha da inkişaf etdirmək kimi milli ideyanın həyata keçirilməsinə layiqli töhfələr verəcəklər.
Bayram toplantısının sonunda Xətai Rayon İcra Hakimiyyətinin adından xidmətdə fərqlənən polis zabitlərinə fəxri fərmanlar və hədiyyələr təqdim edildi. Tədbirdə həmçinin, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova “Fədai”, rayon Polis İdarəsinin rəisi Muradəli Babayevə “Vətənpərvərlik işinin təşkilində göstərdiyi xidmətlərə görə” medalları təqdim olundu.

 

Xətai Rayon Bələdiyyəsi Vergilər Şöbəsinin əməkdaşı, Xətai İdman Klubunun rəhbəri beynəlxalq yarışda qaliblər kürsüsündə

18-24 iyun 2018-ci il tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində “Kyokşinkay karate” idman növü üzrə veteranlar arasında dünya çempionatı keçirilmişdir.

Çempionatda ölkəmizi təmsil edən Xətai Rayon Bələdiyyəsi Vergilər Şöbəsinin əməkdaşı, beynəlxalq dərəcəli dördüncü dan kara kəmər ustası, A kateqoriyalı beynəlxalq dərəcəli hakim, Xətai İdman Klubunun rəhbəri Qabil Sayadov III yeri tutmuşdur. 

İdmançımızı təbrik edirik!

Bələdiyyə qulluqçusu olan Xafiz Tağıyevin 70 yaşı olub

Bu gün Xətai Bələdiyyəsinin kollektivində çalışan, İmişli rayonundan olan el ağsaqqalı Seyid Niyaz Ağanın oğlu Hafiz Tağıyevin 70 yaşı tamam olur.

Yubiley ilə əlaqədar Xətai Bələdiyyəsinin kollketivi, başda sədr Əliyar Əliyev olmaqla Hafiz Tağıyevin 70 yaşı tamam münasibətiylə təntənəli tədbir keçirmişdilər, yubulyarı təbrik edib ona uzun omür və can sağlığı arzu etdilər.

Xətai Bələdiyyəsinin sədri Ə.Əliyev Hafiz Tağıyevi fəxri diplom təqdim etdi.
 

Hazırda bələdiyyədə kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Hafiz Tağıyev 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olub.

1971-ci ildə ali tibb təhsili alan H.Tağıyev Kəlbəcər rayonu İstisu sanatoriyasında həkim kimi əmək fəaliyyətinə başlamışdır.

1974 -1982-ci illərdə Bakı 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında şöbə müdiri və baş həkim, 1982-1994-cü illərdə isə irəli çəkilərək Xəzər rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1994-2017-ci illərdə isə Xəzər rayonu 29 saylı Birləşmiş xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Ali dərəcəli səhiyyə təşkilatçısıdır. 2017-ci ildən Xətai Bələdiyyəsində çalışır.

 

Xətai rayonunda Uşaqların Beynəlxalq Müdafiə Günü təntənə ilə qeyd olundu

Bayram şənliyində rayonun məktəbəqədər uşaq müəssisələrindən, uşaq evlərindən və orta ümumtəhsil məktəblərinin ibtidai siniflərindən 300-ə yaxın üşaq iştirak edirdi. Parka toplaşan yaşlı nəslin nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları, nənələr, babalar, analar və atalar, bir sözlə hamının nəzərləri bir-birindən yaraşıqlı geyinmiş, çöhrələrindən sevinc yağan bu gül balaların üstündə idi.
Xətai Rayon İcra Hakimiyyəti  başçısının müavini Jalə Abdıyeva tədbirin rəsmi hissəsinin açılışında bu günün əhəmiyyətindən danışaraq bildirdi ki, 1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu, təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Azərbaycanda uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Jalə Abdiyeva son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edərək bildirdi ki,  Prezident İlham Əliyev və  Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşırlar. Böyük fərəhlə demək olar ki, son 15 ildə Azərbaycanda uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində çox  önəmli layihələr həyata keçirilir.
Çıxışda vurğulandı ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev milli genefondumuzun sağlam böyüyüb formalaşmasını öz fəaliyyətinin əsas prioritetlərindən hesab edir. Ona görə də milli mənəvi dəyərlərimizə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində, cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyə xidmətinin səviyyəsinin qaldırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması və bir çox digər sahələrdə dövlət proqramları qəbul edilmişdir. Son illər ölkədə, o cümlədən Xətai rayonunda tikilən yüzlərlə yeni bağça, orta ümumtəhsil məktəbi, xəstəxana və poliklinika bu proqramların uğurla reallaşdırıldığının əyanı göstəricisidir.  
Jalə Abdıyeva vurğuladı ki, gələcəyi qorumadan keçmişi yaşatmaq olmaz. Gələcək isə bizim balalarımız, gənclərimizdir. Məhz buna görə Azərbaycan dövlətinin başçısı İlham Əliyev uşaqların sülh və sabitlik şəraitində, sosial rifah içində, sağlam və qayğısız, milli ruhda, vətənpərvər kimi böyüməsi üçün səylə çalışır.
Çıxışdan sonra bayrama “ev sahibliyi” uşaqlara keçdi. Söz musiqiyə və rəqslərə verildi.  Müxtəlif məktəblərin kiçik yaşlı şagirdləri öz musiqi istedadlarını nümayiş etdirdilər. Tamaşaçı qismində iştirak edənlər isə parkdakı kafenin qarşısında açılmış, müxtəlif şirniyyat, meyvə və şirələrlə bəzədilmiş bayram süfrəsində oturub konsert proqramını maraqla seyr edirdilər.
Bayram şənliyi axşam düşənə qədər davam etdi.

“İstiqlaliyyətimiz əbədidir”

Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Bələdiyyəsi və Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə bir qrup şagirdlər Heydər Əliyev Mərkəzində olmuşlar.

Xətai rayon Bələdiyyəsindən S.Abdullayeva iştirak edirdi.

 

Xətai rayonunda Heydər Əliyev adına parkda Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi

Xətai rayonunda Heydər Əliyev adına parkda Ümummilli Liderin 95 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı keçirildi.

Tədbirdə rayon  İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşır Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri, rayon sakinləri iştirak edirdilər.

 Tədbir iştirakçılarının ilk ziyarət yeri təbii ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi idi. Bayrtam təntənəsində iştirak edən icra başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Cavanşır Paşayev, Hadi Rəcəbli, xarici ölkələrdən gəlmiş qonaqlar, rayonun idarə və müəssisə rəhbərləri kimi sadə insanlar da bir nəfər kimi əllərindəki gül dəstəsini abidənin önünə qoyur və milli müstəqilliyimizin xilaskarı, müstəqil Azərbaycanın memarı və qurucusunun xatirəsinə ehtiramla baş əyir və izdihama qoşulurdular. Aydın görünürdü ki, bayram libasında, bayram əhvalında olan insanlar Bakının hər yerindən axışıb gəlirlər. Meydanda iynə atsan yerə düşməzdi. Park özü də əsl bayram libasını geymişdi.
Konsertin başlamasına bir neçə dəqiqə qalmış, ulu öndərin 95 illik yubiley tədbirlərində iştirak etmək üçün Azərbaycana səfər edən Xətai rayonu ilə qardaşlaşmış Türkiyənin Tarsus şəhərinin, Belarusun paytaxtı Minsk şəhərinin Leninsk rayonunun və Yaponiyanın nümayəndə heyətləri də qonaqlar üçün ayrılmış  məkanda yer aldılar. Türkiyənin, Yaponiyanın və Belarusun ölkəmizdəki səfirləri də yubiley tədbirinin iştirakçıları arasında idi.
Bütün meydan boyu, əllərində Azərbaycanın üçrəngli bayrağı ilə yanaşı ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretlərini tutmuş  insanlar  əvəzsiz dövlət xadiminə sevgilərini ifadə etmək üçün səhnədən onun adına qoşulmuş mahnıları səsləndirən sənət adamlarına qoşulur və onlarla bərabər mahnı oxuyurdular.
Səhnəyə, bir-birindən maraqlı çıxışları ilə izdihamı coşduran tanınmış mügənnilər çıxırdılar.  Xalq artistləri  Mübariz Tağıyev, Mənsum İbrahimov Aşıq Əli, Aşıq Samirə, Namiq Qaraçuxurlu, Ramil Qasımov, Gülyaz və Rövşən duetinin oxuduqları şən və şaqraq mahnılar bayram toplantısında iştirak edən qonaqları da biganə qoymur və hərəkətlərindən, baxışlarından onlara da xoş təsir bağışladıqları kənardan aydın duyulurdu. Yaponiyadan gəlmiş  müğənni Yamamoto Kyukonun  Azərbaycan dilində oxuduğu “Sarı gəlin” mahnısı ilk sözlərdəncə tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Belaruslu sənətçi Yevgeni Yermalkoviçin şən və ritmik mahnıları ilə yanaşı, tamaşaçıları Azərbaycan dilində salamlaması və onları təbrik etməsi bir andaca izdihamı coşdurdu və hamının gurultulu alqışlarını qazandı.
Dahi liderə həsr edilmiş bayram konsertinin ən möhtəşəm nömrəsi isə qardaş Türkiyənin ünlü sənətçisi Sərdar Ortacdan və onu müşaiyət edən Laradan gəldi. Məşhur türk müğənnisinin bir birindən maraqlı mahnılarından sonra, Azərbaycan bəstələrinin ifasına da tamaşaçı izdihamının sürəkli gurultulu alqışları gəldi. Hətta bir neçə mahnının ifası zamanı Sərdar Ortac  səhnədən meydana düşüb populyar şərqilərini tamaşaçıların “dəstəyi” ilə oxudu. 
Beləcə gecə yarıdan keçənədək uzanan bayram konsertinə, saat 24: 00-da ümummilli lider Heydər Əliyevin doğum gününün 95 ilinin tamam olması şərəfinə düzənlənən möhtəşəm atəşfəşanlıqla yekun vuruldu.

Qardaş Tarsus şəhərindən olan nümayəndə heyəti paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olublar

Qardaş Tarsus şəhərindən olan nümayəndə heyəti paytaxtın müxtəlif gəzməli-görməli yerlərində olublar.

İlk öncə Xətai rayonundakı Heydər Əliyev parkına gələn qonaqlar Ulu Öndərin abidəsini ziyarət edərək ehtiramlarını bildiriblər.

Parkı gəzən qonaqlara parkın ərazisində yaradılan “Yapon bağı” haqqında geniş məlumat verilib. 

Daha sonra Türkiyəli qonaqlar Heydər Əliyev Muzeyində olmuş, onlara  Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi, eləcə də təqdim olunan sərgilər barədə məlumat verilib.

Qonaqlar Xətai rayonunda  “Ağ şəhər” layihəsi çərçivəsində görülən işlərlə də tanış olmuş, ofis bunasında onlara layihə haqqında geniş məlumat verilmişdir.  

 

 

Xətai nümayəndə heyəti Tarsus şəhərində Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə ilə Heydər Əliyev parkında keçirilən anım tədbirində iştirak edib

Türkiyədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunur. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib.

2007-ci ildə Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Mersinin Tarsus şəhərindəki Heydər Əliyev Parkı yerli sakinlər, eləcə də şəhərin qonaqlarının ən sevimli istirahət mərkəzlərindən biridir. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin bu parkda keçirilməsi isə son illərin xoş ənənəsinə çevrilib.

Tədbirdə Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak edirdilər. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və iki ölkənin şəhidlərinin xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan və Türkiyənin dövlət himləri səsləndi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən film böyük maraqla izləndi.
Daha sonra çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin gücləndirilməsi, dövlət quruculuğu, eləcə də qardaş Türkiyə ilə münasibətlərinin inkişafındakı misilsiz xidmətlərindən danışdı.

Tarsus Bələdiyyəsinin sədri Şevket Can, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və digər natiqlər qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev adını tarixin qızıl səhifəsinə yazdıran dahi şəxsiyyətlərdən biridir. Mersin Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz, Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı.

Yerli məktəblilər Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən rəqslər ifa etdilər.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin parkda ucaldılmış heykəli önünə tər çiçəklər düzdülər. Daha sonra qonaqlar dahi şəxsiyyətin adını daşıyan parkı gəzərək, 2.5 hektar ərazini əhatə edən parkın ətrafında aparılan abadlıq işləri ilə tanış oldular.

 

Xətai Rayon İcra Hakimiyyətində Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir

Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanın görkəmli ictimai xadimi, oftalmoloq-alim  akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci illik yubileyi  münasibətilə təntənəli mərasim keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Razim Məmmədov  yubiley tədbirini açaraq bildirib ki, XX əsr Azərbaycan tarixinin, ictimai həyatının tanınmış simalarından olan Zərifə xanım Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, yüksək intellektual keyfiyyətləri özündə birləşdirən həqiqi ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim idi. Onun həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca gözlərimiz önündə  ulu tanrının verdiyi yüksək mənəvi xüsusiyyətləri özündə birləşdirən əsl insan obrazı canlanır.
Razim Məmmədov qeyd edib ki, Zərifə xanım xarakteri, çalışqanlığı, yorulmaz fəaliyyəti, ağlı, iradəsi və xeyirxahlığı ilə milyonlarla insanın qəlbində özünün canlı heykəlini ucaltmışdır. Zərifə Əliyeva həm müasirimiz olan, həyatda yaşamış real bir şəxsiyyət, həm də sabahın, gələcəyin mükəmməl ədəbi-bədii obrazına çevrilmiş unikal bir şəxsiyyətdir. Biz bu obrazın ən gözəl və mükəmməl şəkildə tərənnümünü tanınmış yazıçı-dramaturq, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı” seriyasından olan “Zərifə Əliyeva” kitabının bu günlərdə çapdan çıxmış yeni nəşrində daha müfəssəl şəkildə görürük.
Razim Məmmədov yubiley mərasiminin hər bir iştirakçısına hədiyyə edilən kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, yazıçı bu kitabda Zərifə xanımı böyük gələcəyə nümunə ola biləcək qadın- müqəddəs sevgi ilahəsi, qıdın- sədaqətli həyat yoldaşı, qadın-ana, qadın böyük elm xadimi, qadın ictimai siyasi xadim və  qadın xeyirxahlıq mücəssiməsi, bütün zamanlar üçün əbədi abidə kimi vəsf etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva  Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında  geniş məruzə ilə çıxış edərək bildirdi ki, bu fədakar insan bütün başqa xidmətləri ilə bərabər, Azərbaycan tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə də dünyada böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Yubiley tədbirində  Hüseynbala Mirələmovun görkəmli akademikin həyat və fəaliyyətindən bəhs edən “Zərifə Əliyeva” kitabının yeni nəşri haqqında da geniş söhbət açıldı. Qeyd edildi ki, əsərdə bəşəri duyğularla  yaşayıb fəaliyyət göstərən, sözün əsl mənasında, insanlara böyük sevgisi olan oftalmoloq-alim Zərifə Əziz qızının nəcib əməlləri, saf duyğuları,  ailə ənənələrinə sədaqəti elə tutarlı faktlar, hadisələrlə qələmə alınmışdır ki, bəzən həyatda belə bir insanın nə vaxtsa yaşamasına heyrət edir və belə qənaətə gəlirsən ki, yalnız insanlara, xalqına, Vətəninə, ailəsinə məhəbbəti sonsuz olan bir insan belə ömür yaşaya bilərdi.
Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri, yazışı-dramaturq Hüseynbala Mirələmov mərasimdə çıxış edərək bildirdi ki, bu mələk simalı övladın, qadının, həyat yoldaşının, həkimin və nəhayət, ananın həyatını öyrəndikcə, qeyri-iradi zamanın axınına, millətin belə bir insanı bu zamanın axarında itirməsinə təəssüflənməyə bilmirsən.
Yazıçı-dramaturq vurğuladı ki, Zərifə xanım  Azərbaycana  ləyaqətli, dəyanətli və istedadlı övladlar bəxş etmiş əzəmətli ANA simvoluna çevrilmiş bir şəxsiyyətdir. Bu ananın taleyinə təkcə ulu öndərin silahdaşı, sədaqətli ömür-gün yoldaşı olmaq yox, həm də bu gün Azərbaycanın müstəqilliyini şərəflə və dəyanətlə qoruyan, inkişaf etdirən Prezident İlham Əliyev kimi bir oğul tərbiyə etmək düşmüşdür. Elə bütün bunlara görə Zərifə xanım, həyatdan tez getsə də xoşbəxt tale yaşamış bir insan kimi əbədiyaşarlıq qazanmış nurlu bir insandır. 
Yubiley tədbirinin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirildi.

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi Xətai rayonunda qeyd olundu

İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi münasibətilə Xətai rayonunda tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,   YAP-nın fəalları, millət vəkilləri iştirak ediblər. 
Rayondakı Heydər Əliyev parkında quraşdırılan monitorda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti nümayiş olunub. Daha sonra tədbir bayram əhval-ruhiyyəsində davam edib.
Tədbirdə rayon ağsaqqalları ziyalıları çıxış edərək bildiriblər ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir. Bu gün Xətai rayonunda  keçirilən şənlik bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni qeyd etməyi özünə borc bilir. 
Qeyd olunub ki,  Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir. 
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.

31 Mart Azərbaycanlilarin soyqiriminin 100 illiyi ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib

31 mart azərbaycanlıların soyqırımı gününün 100 illiyi ilə əlaqədar  rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Çıxış edən Xətai rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədov  bildirdi ki, 31  mart soyqırımı 1918-ci ilin 30 mart və 3  aprel  tarixləri arasında Bakı şəhərində və  Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin, bu qanlı faciəyə əsl hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz Ümummilli Lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız  bu tarixi “31 mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.
Çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov,  Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik  Ziyad Səmədzadə və digər çıxışçılar bildirdilər ki, bütün bunlar ermənilər tərəfindən  azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, represiya və soyqırımı siyasətidir. Təəssüflər olsun ki, bu vəhşiliklər bu gün də davam edir. Məhz öz havadarlarının dəstəyi ilə Ermənistan Respublikası bu gün də Azərbaycanın 20 % torpaqlarını işğal altında saxlayır. “Böyük Ermənistan” yaratmaq xülyası ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasəti nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb, Azərbaycanın əzəli-tarixi torpaqları olan Dağlıq Qarabağ və digər ətraf rayonlar illərdir ki, erməni işğalından əziyyət çəkir.  
31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökümət səviyyəsində bir sıra tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbr diləyərək  dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, Ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin ədalətli həllini təmin edəcəkdir.

Xətai rayonunda Novruz Bayrami ərəfəsində abadlaşdirma və təmizlik işləri davam etdirilir

Xətai rayonunda Novruz  bayramı münasibəti ilə Mənzil-Kommunal İstismar Sahələrinin işçilərinin və sakinlərin iştirakı ilə yaşayış binalarının ətrafında və məhəllədaxili ərazilərdə iməciliklər keçirilir, çərşənbə axşamları sakinlər də cəlb olunmaqla bayram adət-ənənəsinə uyğun olaraq “Çərşənbə tonqalları” yandırılması mərasimi təşkil olunur.
Xidməti ərazilərdə məişət tullantıları meydançaları ağardılır, konteynerlər rənglənir və ətrafında profilaktiki dezinfeksiya-təmizlik işləri aparılır. Binaların məhəllədaxili ərazisində “Abad həyət”lərdə söhbətgahlar, oturacaqlar, uşaq əyləncə-idman qurğu və elementləri təmir edilərək rənglənir. Məişət tullantılarının qrafikə uyğun vaxtında daşınmasına və rayon ərazisində sanitar təmizliyə riayət olunması xüsusi nəzarət olunur.
    Həmçinin Respublikamızda 11 aprel 2018-ci il tarixdə keçiriləcək   Prezident seçkilərinə hazırlıqla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nin Xətai rayonunda 4 DSK üzrə  təhsil və səhiyyə müəsissələrində yerləşən obyektlər üzrə seçki məntəqələrində texniki problemlərlərin həlli ilə bağlı tapşırıqların icrasına, obyektlərin qarşısının  işıqlandırılması və yolların asfalt örtüyünün yenilənməsi işlərinə başlanmışdır. 

«Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» proqramda iştirakı

«Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» proqramda iştirakı

Xətai rayon bələdiyyəsinin üzvü Səbinə Abdullayeva 4-10 mart 2018-ji il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən təşkil edilən «Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» bir həftəlik proqramda iştirak edib və yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
İstanbul və Kojeli şəhərlərində həyata keçirilən proqramda Azərbayjan, Bosniya-Herseqovina, Qazaxıstan, Makedoniya, Moldova, Monqolustan və Tatarıstan nümayəndə heyətləri iştirak ediblər.

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva anım mərasimində iştirak etdilər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.

Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etdilər.

Xocalı faciəsi 200 ilə qədər bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa əsasən Xocalı faciəsinin məhz soyqırımı olduğunu təsdiq edir.

İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.

Erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Bu, təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir əsaslı iş görmədi. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra həmin qanlı faciəyə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi.

Hər il bu müdhiş faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürək ağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb. Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi ilə qəbul edilən və 1961-ci ildən qüvvəyə minən Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsvir edilib. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilən soyqırımı cinayətinə aid bütün əməllər tətbiq olunub.

Xalqımız qəti əmindir ki, ədalət mütləq yerini tutacaq, Xocalı faciəsi soyqırımı kimi tanınacaq, eləcə də hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilən, beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən, hərbi qüdrəti ilə seçilən Azərbaycan düşmən tapdağı altında olan torpaqlarını azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar isə layiqli cəzalarını alacaqlar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu faciədən 26 il keçir. Həmin kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi. Hər il dünya azərbaycanlıları və ədaləti uca tutanlar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər.

Xətai rayonunda ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilib

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə ekoloji durumun daha da yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması istiqamətində görülən işlər Xətai  rayonunda da davamlı xarakter alıb.
   Rayon İcra Hakimiyyəti və IDEA İctimai Birliyinin təşəbbüsü  ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində rayonun bütün idarə, müəssisə, təhsil, səhiyyə ocaqlarının həyətyanı sahələrində, eləcə də, məhəllədaxili ərazilərdə daha bir ağacəkmə kampaniyası keçirilib. Aksiya çərçivəsində 800-dən çox zeytun, şam, küknar ağacları əkilib, ümumilikdə 2000-ə yaxın insan iştirak edib.

   Rayonun General Mehmandarov küçəsində sürüşmə ərazisində keçirilən        ağacəkmə aksiyasında  Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov,  rayonun idarə və təşkilatları, “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı olmuş məktəblilər, könüllülər, fəal gənclər  iştirak ediblər.
   Yüksək fəallıq və əhval-ruhiyyə ilə keçirilən yaşıllaşdırma marafonunda ərazi məişət tullantılarından təmizlənib, ağac və bəzək kolları əkilib.
   Sonda  ağacəkmə kampaniyasının iştirakçıları uçün çay süfrəsi təşkil olunub.