Xətai bələdiyyəsi Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirib

Xətai bələdiyyəsi  Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirib. 

Tədbirdə məruzə ilə çıxış edən sədr Əliyar Əliyev bildirib ki, Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Bələdiyyələrin Statusu haqqında» Azərbaycan Respublikası Qanununu, Bələdiyyənin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbər tutaraq fəaliyyət göstərir. Bələdiyyəyə İl ərzində vətəndaşlardan ərizələr, idarə və müəssisələrdən məktublar daxil olur. Daxil olmuş ərizə və müraciətlər aidiyyatı üzrə komissiyalarda və yaxud şöbələrdə müzakirə olunur və müvafiq qərar qəbul olunaraq cavablandırılır.

Sədr daha sonra qeyd edib ki, vergi ödəyicilərinin uçotunun aparılması üçün Azərbaycan Şəhər,Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi proqram bələdiyyədə tətbiq edilməkdədir. Burada vergi  ödəyicilərinin bazası və onların gündəlik, aylıq ödənişləri aydın şəkildə öz əksini tapır.

Bələdiyyə sakinlərin bir çox sosial, iqtisadi və ekoloci problemlərinin həllində yaxından iştirak edir. N.Tusi küçəsi 19, Nobel prospekti 21, R.Məmmədov küçəsi 24-26 saylı binaların qarşısında abad həyətlər yaradılmışdır. Bu həyətlərdə sakinlərin asudə vaxtlarının keçirilməsi məqsədilə yaşıllıqlar salınmışdır. Bundan əlavə bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir-bərpa işləri görülmüşdür.

Yerli Demokratiya həftəsinə toxunan sədr qeyd edib ki, hər il olduğu kimi bu il də Xətai bələdiyyəsi oktyabr ayının 30-dan noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər keçirir. Bu məqsədlə tədbirin həyata keçirilməsinə dair iş planı tərtib edilmiş, bələdiyyənin inzibati binasının və “Bakı” kinoteatrının qarşısında “Bələdiyyə poçt” qutuları quraşdırılmış, bələdiyyədə “Qaynar xətt” yaradılmışdır. Həftənin 3-cü günü vətəndaşları qəbul etmək üçün “Açıq qapı” günü elan edilmişdir.
Xətai bələdiyyəsi sakinlərin sosial, iqtisadi, ekoloci problemlərinin həllində rayon MKTB-yi ilə, rayon İcra Hakimiyyətinin Sahə İnzibati Ərazi Dairə Nümayəndəlikləri ilə, Xidməti idarə və müəssisələrlə mütəmadi əlaqə saxlayır.  Bələdiyyənin kollektivi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər.

Əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmamazlıq da mövcud olduğui qeyd edən sədr bildirb ki, 17 ildən çox müddət keçməsinə baxmayaraq bu günədək bələdiyyəyə məxsus torpaqların xəritəsi tərtib olunub verilməmiş, bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərinin həll edilməsinə imkan vermir

Sonda sədr qeyd deib ki, Xətai rayon İcra Hakimiyyəti ilə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə öz müsbət təsirini göstərir. Bütün bunları nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.  Xətai bələdiyyəsi həftə ilə bağlı görüşlərini davam etdirir.