Bələdiyyə qulluqçusu olan Xafiz Tağıyevin 70 yaşı olub

Bu gün Xətai Bələdiyyəsinin kollektivində çalışan, İmişli rayonundan olan el ağsaqqalı Seyid Niyaz Ağanın oğlu Hafiz Tağıyevin 70 yaşı tamam olur.

Yubiley ilə əlaqədar Xətai Bələdiyyəsinin kollketivi, başda sədr Əliyar Əliyev olmaqla Hafiz Tağıyevin 70 yaşı tamam münasibətiylə təntənəli tədbir keçirmişdilər, yubulyarı təbrik edib ona uzun omür və can sağlığı arzu etdilər.

Xətai Bələdiyyəsinin sədri Ə.Əliyev Hafiz Tağıyevi fəxri diplom təqdim etdi.
 

Hazırda bələdiyyədə kadrlar üzrə mütəxəssis vəzifəsində çalışan Hafiz Tağıyev 1965-ci ildə orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə profilaktika fakultəsinə daxil olub.

1971-ci ildə ali tibb təhsili alan H.Tağıyev Kəlbəcər rayonu İstisu sanatoriyasında həkim kimi əmək fəaliyyətinə başlamışdır.

1974 -1982-ci illərdə Bakı 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında şöbə müdiri və baş həkim, 1982-1994-cü illərdə isə irəli çəkilərək Xəzər rayon səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

1994-2017-ci illərdə isə Xəzər rayonu 29 saylı Birləşmiş xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Ali dərəcəli səhiyyə təşkilatçısıdır. 2017-ci ildən Xətai Bələdiyyəsində çalışır.

 

«Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» proqramda iştirakı

«Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» proqramda iştirakı

Xətai rayon bələdiyyəsinin üzvü Səbinə Abdullayeva 4-10 mart 2018-ji il tarixində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən təşkil edilən «Yerli Hökumətlərdə Qadınlar və Ailə Araşdırmaları» bir həftəlik proqramda iştirak edib və yekunda iştirakçılara sertifikatlar təqdim edilib.
İstanbul və Kojeli şəhərlərində həyata keçirilən proqramda Azərbayjan, Bosniya-Herseqovina, Qazaxıstan, Makedoniya, Moldova, Monqolustan və Tatarıstan nümayəndə heyətləri iştirak ediblər.

“İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” rəsm sərgi-müsabiqəsinə yekun vurulmuşdur

Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası,  Xətai rayon bələdiyyəsi, Gənclər və İdman idarəsi və Xətai Sənət Mərkəzinın təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən “İslam həmrəyliyi və multikultural dəyərlər tolerantlığın əsasıdır” rəsm sərgi-müsabiqəsinə yekun vurulmuşdur.
   Bu münasibətlə keçirilən toplantıda Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirmişdir ki, ölkəmizdə multikulturalizm və tolerantlıq bir kampaniya deyil. Bu tarixən Azərbaycan xalqının həyat tərzi olmuş və bu gün də milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının gündəlik yaşam tərzinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multukulturalizmi dövlət siyasəti elan etmişdir. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatları ilə elmi cəhətdən əsaslandırılmışdır.


   Pənah İmanov Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən bu siyasi kursu davamlı və ardıcıl olduğunu diqqətə çatdıraraq qeyd etdi ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret məqsədlərə nail olmaq üçün multikulturalizmin elmi əsaslarının öyrənilməsi və dünyada təbliği sahəsində ölkəmizdə ciddi tədbirlər həyata keçirilir. Təkcə dövlət strukturları, siyasətçilər, dövlət məmurları qarşısında deyil, hər bir vətəndaş qarşısında da bir çox şanlı vəzifələr qoyulur. Dövlət başçısı multikulturalizmin və tolerantlığın böhran yaşadığı bir vaxtda Azərbaycanın bütün dünyaya nümunə oladuğunu bildirərək deyir: “Dinlərarası münasibətlərdə böhran yaşanır. İslamafobiya, ksenofobiya, antisemitizm meylləri güclənir. Multikulturalizm dəyərləri haqqında hətta yüksək vəzifə sahibləri tərəfindən çox təhlükəli ifadələr səslənir ki, multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi yoxdur. Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir”.
   Natiq bu tədbirin də ölkəmizdəki multikulturalizm və tolerantlığa əyani bir nümunə olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan incəsənətinin gələcəyi olan bu uşaqlar və yeniyetmələr çəkdikləri rəsmlərdə belə özlərinin başqa xalqlara, etnoslara və onların mədəniyyətlərinə olan səmimi duyğularını, münasibətlərini isti rənglərin dili ilə çox gözəl ifadə etmişlər. Bu sərgidə nümyiş etdirilən hər bir əsər artıq Azərbaycanın gənc nəslinin qəlbində, təfəkküründə yuva salmış tolerantlığın, multikulturalizmin təsdiqidir.


   Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə multikultural dəyərlərin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açaraq qeyd etdilər ki, mədəniyyətlərin və dinlərin harmoniyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanı olmuşdur. Bu sərgi-müsabiqənin də məqsədi insanlar arasında sevgi, dostluq və həmrəyliyin möhkəmlənməsinə təkan vermək, müxtəlif xalqların adət-ənənələrinə hörmət və onlar arasında mədəni körpünün yaradılmasıdır.
   Natiqlər ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da böyük xidmətləri olduğunu vurğuladılar.
   Tədbirin rəsmi hissəsi sərgi- müsabiqədə fərqlənən yeniyetmə rəssamlara sertifikatların və fəxri fərmanların təqdim edilməsi ilə başa çatdı.


   Sonra tədbirin iştirakçıları balaca rəssamların sərgi-müsabiqədə nümayiş etdirilən əsərlərinə tamaşa etdilər. Dünyanın müxtəlif xalqlarını milli geyimlərdə göstərən, dünyanın hamının evi olduğunu nümayiş etdirən və digər mövzularda çəkilən əsərlər böyük maraqla qarşılandı

Xətai bələdiyyəsi Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirib

Xətai bələdiyyəsi  Azərbaycanda “Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbir keçirib. 

Tədbirdə məruzə ilə çıxış edən sədr Əliyar Əliyev bildirib ki, Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, «Bələdiyyələrin Statusu haqqında» Azərbaycan Respublikası Qanununu, Bələdiyyənin Nizamnaməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Milli Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbər tutaraq fəaliyyət göstərir. Bələdiyyəyə İl ərzində vətəndaşlardan ərizələr, idarə və müəssisələrdən məktublar daxil olur. Daxil olmuş ərizə və müraciətlər aidiyyatı üzrə komissiyalarda və yaxud şöbələrdə müzakirə olunur və müvafiq qərar qəbul olunaraq cavablandırılır.

Sədr daha sonra qeyd edib ki, vergi ödəyicilərinin uçotunun aparılması üçün Azərbaycan Şəhər,Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi proqram bələdiyyədə tətbiq edilməkdədir. Burada vergi  ödəyicilərinin bazası və onların gündəlik, aylıq ödənişləri aydın şəkildə öz əksini tapır.

Bələdiyyə sakinlərin bir çox sosial, iqtisadi və ekoloci problemlərinin həllində yaxından iştirak edir. N.Tusi küçəsi 19, Nobel prospekti 21, R.Məmmədov küçəsi 24-26 saylı binaların qarşısında abad həyətlər yaradılmışdır. Bu həyətlərdə sakinlərin asudə vaxtlarının keçirilməsi məqsədilə yaşıllıqlar salınmışdır. Bundan əlavə bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir-bərpa işləri görülmüşdür.

Yerli Demokratiya həftəsinə toxunan sədr qeyd edib ki, hər il olduğu kimi bu il də Xətai bələdiyyəsi oktyabr ayının 30-dan noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər keçirir. Bu məqsədlə tədbirin həyata keçirilməsinə dair iş planı tərtib edilmiş, bələdiyyənin inzibati binasının və “Bakı” kinoteatrının qarşısında “Bələdiyyə poçt” qutuları quraşdırılmış, bələdiyyədə “Qaynar xətt” yaradılmışdır. Həftənin 3-cü günü vətəndaşları qəbul etmək üçün “Açıq qapı” günü elan edilmişdir.
Xətai bələdiyyəsi sakinlərin sosial, iqtisadi, ekoloci problemlərinin həllində rayon MKTB-yi ilə, rayon İcra Hakimiyyətinin Sahə İnzibati Ərazi Dairə Nümayəndəlikləri ilə, Xidməti idarə və müəssisələrlə mütəmadi əlaqə saxlayır.  Bələdiyyənin kollektivi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər.

Əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmamazlıq da mövcud olduğui qeyd edən sədr bildirb ki, 17 ildən çox müddət keçməsinə baxmayaraq bu günədək bələdiyyəyə məxsus torpaqların xəritəsi tərtib olunub verilməmiş, bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərinin həll edilməsinə imkan vermir

Sonda sədr qeyd deib ki, Xətai rayon İcra Hakimiyyəti ilə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə öz müsbət təsirini göstərir. Bütün bunları nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.  Xətai bələdiyyəsi həftə ilə bağlı görüşlərini davam etdirir.