Beynəlxalq münasibətlər

Regionun mühüm liman şəhərlərindən hesab edilən Mersin, eləcə də Mersinin ən böyük rayonlarından biri olan Tarsusla Bakının Xətai rayonu arasında 2007-ci ildən inkişaf etməyə
başlamış əməkdaşlıq əlaqələri Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə mühüm töhfələr verməkdədir. Hər iki rayonun rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər elə o vaxtdan qardaş dövlətlərin iki regionu arasında istər işgüzar, istərsə də mədəni əlaqələrin yeni səviyyəyə qalxmasına gətirib çıxarmışdır. Nəticədə bir neçə il ərzində Tarsus şəhərində ulu öndər Heydər Əliyevin adına körpü  və Xətai parkı tikilərək istifadəyə verilmiş, daha bir layihəyə start verilmişdir.

Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamaz Azərbaycan nümayəndə heyəti ilə görüşdü. Qardaş ölkəyə, rəhbərlik etdiyi şəhərə gəlişindən məmnun olduğunu söyləyən Burhanəddin Kocamaz 2012-ci ilin aprelində Bakıya səfərini, qonağı olduğu Xətai rayonundakı görüşlərini xatırladaraq bildirdi ki, Bakıya iki il öncəki səfərimiz bizə ən xoş duyğular yaşatmışdır. Yaşadığımız o üç günün mutluluğunu hələ də unutmamışıq. Biz Bakıda, Xətai rayonunda gördüklərimizdən yaxşı mənada heyrətləndik. Bizə qardaş olan bir ölkənin az bir zaman içində bu cür sürətli inkişafını ancaq alqışlamaq olar. Avropanı yetərincə tanıyan insanlar kimi bildiririk ki, Bakı nənki Avropanın, bütün dünyanın ən gözəl şəhəri olmuşdur.

Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, deputat Hüseynbala Mirələmov və nümayəndə heyətinin digər üzvləri Xocalı soyqırımı ilə bağlı qəbul edilən mühüm qərara görə Mersin bələdiyyəsinin rəhbərlərinə və onun üzvlərinə minnətdarlıqlarını bildirdilər.  Bələdiyyə sədri də öz növbəsində bu addımı Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin təzahürü kimi qiymətləndirdi və bildirdi ki, dünyanın gözü qarşısında ermənilərin törətdiyi bu qətliama lazımı qiymət verilməlidir.

Sonra Razim Məmmədov səmimi qəbula görə nümayəndə heyəti adından bələdiyyə sədrinə minnətdarlığını bildirərək, Azərbaycan və Türkiyə arasında mövcud dostluq əlaqələrindən,  qardaşlaşmış Tarsus rayonu ilə Xətai rayonu arasında münasibətlərin gələcək inkişaf perspektivlərindən söz açdı. Tələbə mübadiləsi, müxtəlif birgə tədbirlərin təşkil edilməsi və digər təkliflər səsləndi. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, işgüzar dairələrin birgə layihələrinin həyata keçirilməsi imkanları haqqında fikir mübadiləsi aparıldı.rçivəsində 2011-ci ilin mart ayında Tarsusdakı məşhur Berdan çayı üzərindən salınan körpüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib. Qarşılıqlı səfərlər zamanı əldə edilmiş razılığa əsasən həmin körpünün yaxınlığında yerləşən 2,5 hektar ərazidə yeni parkın salınması və ora ulu öndər Heydər Əliyevin adının verilməsi nəzərdə tutulmuşdu.

Martın 9-da Tarsus şəhər Bələdiyyəsində Xətai rayonunun nümayəndə heyətinin şərəfinə  rəsmi qarşılanma mərasimi keçirilmişdir. Tədbirdə Tarsus şəhər bələdiyyəsinin sədri Şövkət Can Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu, deputat Hüseynbala Mirələmovu  və onları müşayiət edən nümayəndə heyətini səmimi salamlayaraq mövcud əməkdaşlıq əlaqələrinin perspektiv inkişafından,  eləcə də parkda aparılan abadlıq və yenidənqurma işlərindən danışdı. Qeyd edildi ki, hazırda parkda aparılan əsaslı yenidənqurma işləri tamamlanmaq üzrədir.

Razim Məmmədov səmimi qəbula görə nümayəndə heyəti adından bələdiyyə sədrinə minnətdarlığını bildirərək, mövcud dostluq əlaqələrinin geniş perspektivlərinin olduğunu bildirdi və qeyd etdi ki, tarsuslu qardaşlarımızla doğma Türkiyə torpağında ikinci görüşümüz olsa da, bu  bizə böyük sevinc yaşatdı. Biz hər görüşümüzdə bir- birimizi daha yaxşı tanıyır və daha da yaxınlaşır, doğmalaşırıq. Natiq ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq qeyd etdi ki, ümummilli liderin XX əsrin sonunda bünövrəsini qoyduğu Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi elə bir beynəlxalq tədbir yoxdur ki, orada Azərbaycanla Türkiyə qardaş dövlətlər kimi vahid mövqe nümayiş etdirməsinlər.

Görüşdə Milli Məclisin deputatı Hüseynbala Mirələmov da çıxış edərək, qardaşlaşmış şəhərlərin nümayəndə heyətlərinin belə qarşılıqlı səfərlərinin həm təcrübə mübadiləsi, həm də gələcəkdə birgə layihələrin işlənib hazırlanması baxımından böyük fayda gətirəcəyini qeyd etdi. Millət vəkili həmçinin bildirdi ki, dövlətlərin daha sıx münasibətlərdə olmasının bir yolu da xalqların daha yaxın əlaqələr qurmasındadır. Güman edirik ki, bundan hər iki ölkə yalnız fayda tapacaq. Tarsus bələdiyyəsinin sədrinə xalqımızın qədim mədəniyyətini əks etdirən xatirə hədiyyələr təqdim etdi.

Qəbul başa çatandan sonra ev sahibi ilə qonaqlar, eləcə də azərbaycanlı və türkiyəli mütəxəssislər Heydər Əliyev Parkında görülən işlərlə tanış olmaq üçün ora yollandılar. Ərazinin abadlaşdırılması, idman meydançaları, uşaqlar üçün əyləncə meydançalarının yaradılması, peyzaj işləri ilə bağlı müzakirələr aparıldı, müvafiq tövsiyələr və göstərişlər verildi.

Xüsusi qeyd edildi ki, məqsəd son illərdə tarsusluların, rayonun qonaqlarının sevimli istirahət yerlərindən biri kimi tanınan, ən əsası  türk dünyasının görkəmli dövlət adamı Heydər Əliyevin adını daşıyan park müasir standartlara uyğun istirahət mərkəzinə çevrilməkdir.

Nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsində də oldular. Görüşdə Tarsus və Xətai rayonunun yeni seçilmiş bələdiyyə sədrləri Şövkət Can və Teymur Məmmədovun rəhbərliyi altında qardaşlaşmış rayonlar arasındakı əməkdaşlığın inkişafı çərçivəsində atılacaq yeni addımlar haqqında fikir mübadiləsi aparıldı. Xətai rayonunun icra hakimiyyəti və bələdiyyə rəhbərliyi  Tarsus bələdiyyəsinin rəhbərliyini Bakıya səfərə dəvət etdi. Səfərin bu ilin yayında təşkil edilməsi qərara alındı. Görüşün sonunda Tarsus Bələdiyyə rəhbərinə Azərbaycan xalçası, eləcə də xatirə hədiyyələri təqdim edildi.

Türkiyə Respublikası İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin keçirdiyi tədbirlərdə Xətai rayon Bələdiyyəsinin sədr müavini Ə.Əliyevin iştirakı

IMG_9942
IMG_0078-(2)