Xətai rayonunda şəhid Niftalızadə Niyamin Xaliq oğlunun anım günü qeyd olunub

Xətai rayonunda  şəhid   Niftalızadə Niyamin Xaliq oğlunun xatirəsi anılıb. Anım günündə Dədə Qorqud Şəhidliyində şəhidin məzarı ziyarət olunub.


Şəhidin yaşadığı evin qarşısında xatirə lövhəsinin qarşında keçirilən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  şəhidin ailə üzvləri, şəhidin müəlliməsi Fatma Hüseynova,  şəhidin oxuduğu 191 saylı tam orta məktəbin şagirdləri, Birinci Qarabağ Müharibəsi  qazisi Tahir Məmmədov və  döyüş yoldaşları iştirak ediblər.
Tədbirdə  şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına,  qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib. Həmçinin şəhidin atası Xaliq Məhərrəmov da şəhid oğlunun doğum günündə onun xatirəsinə göstərilən hörmət və ehtirama görə təşəkkür edib.
Ölkəmizin hər yerində olduğu kimi Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.
Şəhidlərin yaşadığı məhəllələrdə abadlıq-quruculuq işləri aparılır, xatirə lövhələri və şəhid bulaqları inşa edilir.