Xətai rayonunda şəhid Babayev İqbal Zəki oğlunun və Novruzov Asəf Aydın oğlunun xatirə lövhəsinin açılış mərasimi olub

ətai rayonunda Vətən müharibəsində şəhid olan Babayev İqbal Zəki oğlunun və  Birinci Qarabağ müharibəsi şəhidi Novruzov Asəf Aydın oğlunun  xatirə lövhəsinin açılış mərasimi olub.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, hər iki şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Açılış mərasimində çıxış edənlər-hər iki şəhidin qəhrəmanlığından,  Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında göstərdikləri şücaətdən söz açıb, onların döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını,  Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər.

Çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını vurğulayıblar.

Şəhidlərin ailə üzvləri dövlət qayğısına görə Ölkə başçısına, Birinci Vitse-Prezidentə və  xalqımıza   öz minnətdarlıqlarını bildiriblər.