Vüqar Rəhimzadə: ABŞ Prezidenti tarixin saxtalaşdırılmasına şərik olmaqla böyük səhvə yol verdi

“ABŞ Prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında
1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha
dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban
verdiklərini təsdiqləyir. Prezident Baydenin 1915-ci il hadisələrindən 106 il
sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə
gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz
belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: Nədən erməni yalanını
həqiqət kimi qəbul edib tarixdə heç vaxt baş verməmiş uydurma “erməni
soyqırımı”nın törədildiyini iddia edən ABŞ kimi dünyanın nüfuzlu dövləti çox
da uzaq olmayan bir tarixdə, 30 il bundan əvvəl real həyatda baş vermiş
dəhşətli faciəyə – ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri

XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik
çəkir? Amma qaniçən ermənilər və onların havadarları anlamalıdırlar ki, bu
kimi əsassız cəhdlər əbəsdir”.


“ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən
Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu
beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu
təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd
daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə
Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə, türk və
Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız
tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və
Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-
yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən
vəhşi üsullarla qətlə yetirilib.
Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən
çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya
Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon,
bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni
əhalisi “soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu
sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artılq
bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana
qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər.
Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir
dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki
bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə
sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların
havadarlarının uydurduqları “soyqırımı” təsdiqləyən heç bir sənəd, iz
yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı”
uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən
həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və
Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq
göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin
işğalçılıq əməllərinə göz yummaqdır”.
V.Rəhimzadə təəssüflə qeyd edib ki, bu yalanın ifşa olunacağı günü
gözləyən həqiqətlər unudulur və erməni vəhşilikləri ört-basdır edilir: “Dünya

gücləri unudurlar ki, işğalçıya, təcavüzkara, faşizm siyasəti həyata keçirən
dövlətin yalanlarına şərik olmaqla özlərinə qarşı inamsızlıq mühiti
formalaşdırır, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlik
edir, ümumiyyətlə, beynəlxalq aləmin hələ də hüquq problemini yaşadığını
öz əməlləri ilə ortaya qoymuş olurlar. Tarixə nəzər salaq: – Türkiyəni
“soyqırımı” törətməkdə ittihan edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3
milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1
milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli
sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirmişdir.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni
reallıqlarla dünyanın hansı siyasəti yeritdiyinə işıq saldıqdan sonra
düşünmək olardı ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik
missiyasını “yerinə yetirən” ABŞ, Fransa kimi BMT Təhlükəsizlik Şurasının
daimi üzvləri baş verənlərdən nəticə çıxarıb nəhayət, həqiqətlərə ədalət
gözü ilə baxmaq yolunu tutacaqlar. Təəssüf ki, bu gün biz reallıqda bunun
tam əksini görürük. Bu güclər belə qərəzli bəyanatlarla çıxış edəndə, heç
bir araşdırma aparmadan öz maraqları naminə işğalçı Ermənistana və
bütün dünyada şəbəkələşmiş erməni lobbisinə və diasporuna dəstək
missiyasını yerinə yetirəndə unutmasınlar ki, tarixin müxtəlif mərhələlərində
ermənilərin iştirakı ilə Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın
müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, bu gün
Ermənistan adlandırılan, əslində tarixi torpaqlarımız olan Qərbi
Azərbaycanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq
kütləvi şəkildə qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma yurd-
yuvalarından zorla deportasiya edilməsi düşünülmüş daşnak siyasətinin
nəticəsidir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak tör-töküntüləri
tərəfindən Bakıda və bölgələrimizdə soydaşlarımızın kütləvi şəkildə
soyqırımına məruz qalmasına hələ də dünya birliyi layiq olduğu qiyməti
verməyıb. Bunun əksinə olaraq şişirdilmiş, əsası olmayan “erməni
soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan
azərbaycanlılara qarşı etinasızlıq bu gün dünyada hökm sürən ikili
standartların məntiqi nəticəsidir”.
Baş redaktor vurğulayıb ki, hər zaman bir-birinin yanında olan iki dost,
qardaş ölkə – Azərbaycan və Türkiyə “erməni soyqırımı”nın uydurma mif
olduğunu bütün dünyaya, xüsusilə tarixi saxtalaşdırıb ermənilərin yanında

olan dövlətlərə sübut edəcəklər. Buna heç kimin şübhəsi olmasın: “Çünki
hadisələrə ən böyük dəyəri zaman özü verir. Tarixi faktlara, həqiqətə
əsaslanan təbliğatımızı, birgə səylərimizi davam etdirməklə inşallah, bu
istəyimizə də nail olacağıq. Aprelin 24-də dövlətimizin başçısı İlham
Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında telefon danışığında da möhtərəm Prezidentimiz bu qərarın yalnış
olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın
regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu
xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də
hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə
vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət
göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin,
ziyalılarımızın, sadə vətandaşların ABŞ Prezidentinin məlum tarixin
saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən,
hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir. Bəyanatlarda da
bu reallıqlar önə çəkilir ki, əgər məqsəd tarixi faktların obyektiv
araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və
məsələ bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin
tanınmış tarixçilərə həvalə edilməlidir”.
“Reallıq budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin
açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması
təçəbbüsünü irəli sürüb” – söyləyən Vüqar Rəhimzadə bildirib ki, lakin
Ermənistan hakimiyyəti belə bir gülünc bəyanatla çıxış edir ki, bu məsələ
ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar: “Elə bu yanaşmanın özü
ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğuna sübut edir. Fakt
qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız
bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi
saxtalaşdırırlar”.
Baş redaktor qeyd edib ki, ermənilərin ölkələrində qondarma “erməni
soyqırımı” abidəsini yaratmaları, tarixin saxtalaşdırılmasına şərik olub
“soyqırımı”nı tanıyan ölkələrin dərsliklərində bu yalanın yer almasına nail
olmaları da onların bu məsələdən siyasi məqsədlər üçün bəhrələndiklərini
açıq-aşkar nümayiş etdirir: “Bu, bir həqiqətdir ki, dünya dövlətləri “erməni
soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısının
alınmasında bir vasitə kimi istifadə edirlər. Əslində, Türkiyə kimi güclü,

demokratik dəyərlərə sadiq bir dövlətin Avropa Birliyində təmsil olunması
qurumun özü üçün böyük şərəf olardı. Türkiyənin bu gücünü həzm etməyən
dövlətlər məhz onun Avropa Birliyinə qəbulunun qarşısını almağın yolunu
belə qondarma iddiaları müdafiə etməkdə görürlər. Qeyd etdiyimiz kimi,
əgər məqsəd tarixi həqiqətləri ortaya çıxarmaqdırsa, yalanı deyil, reallıqları
müdafiə etmək lazımdır. XX əsrdə məruz qaldığımız erməni millətçiləri
tərəfindən azərbaycanlıların və türklərin kütləvi qırğını, soyqırımları ilə
müşayiət olunan deportasiyalar, Xocalı qətliamı tariximizin ən qanlı və
faciəli səhifələrindəndir. Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə
yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların
insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. Bütün
bunlar tarixdir. Ermənilərin yazdıqları saxta tarixdən fərqli olaraq
həqiqətləri, faktların dili ilə danışan reallıqları özündə əks etdirən tarix.
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Qondarma “erməni
soyqırımı”nı dəstəkləyən ABŞ, Fransa kimi dünyaya ədalət, demokratiya
dərsi keçməyə çalışan dövlətlər atdıqları addımların dövlətlərarası
münasibətlərdə hansı gərginliklərə yol açdığının fərqində deyildirlərsə, artıq
bu, ikili siyasətin dünya üçün sağalmaz xəstəliyə çevrildiyinin təsdiqidir.
Şübhəsiz, belə məqsədli bəyanatlar hansısa təsir imkanına malik deyil.
Bugünümüz üçün aydın olan, həqiqətlərə bir daha işıq salan reallıq budur
ki, dünyada ədalət meyarının qorunması üçün vahid mexanizm yoxdur, bu
prinsiplər zamana və məkana görə tətbiq edilməklə dəyərini itirir. İki dost,
qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla
üz-üzə qalsalar da ədalətli, dəyişməz mövqelərindən bir addım da belə
çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz
mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar.”