Ulu Öndərin daha bir vəsiyyəti gerçəkləşir: Zəngəzur dəhlizi

44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatdı, 30 illik
həsrətə son qoyuldu, Azərbaycan özünün Ali Baş Komandan İlham Əliyevin rəhbərlik
etdiyi Müzəffər Ordusu tarixi ədaləti bərpa etdi və torpaqlarımız düşmən tapdağından
azad olundu. Möhtəşəm ordunun qarşısında duruş gətirməyən düşmən təslim olmağa
məcbur oldu nəticədə 2020-ci ilin neyabr ayının 10-da Azərbaycan, Rusiya və
Ermənistanın üştərəfli bəyanat imzalandı. Bu bəyanatın 9-cu bəndi Zəngəzur dəhlizinin
aşılması ilə bağlıdır. 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibə
verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edi ki, Zəngəzur
dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir.


“Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə,
daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən
əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun,
yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt
tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə,
Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Bu sözləri dövlət başçısı deyir. Sənədlərə, tarixi həqiqətlərə söykənərək. Qeyd
olunduğu kimi Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr
tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində
Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi
zəmindir. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən
reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də
Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi
məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü.
Əslində Zəngəzur dəhlizi ideyası Azərbaycan tərəfinin hələ 70-ci illərdən xüsusi
diqqətində olub. 1970-80-ci illərdə Ulu Öndər Heydər Əliyev Siyasi Büronun üzvü olan
zaman inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu bu ideyanın
həyta keçməsinə nail olmuşdur. Son dövrlər Ermənistan mediası qeyd edib ki, o
zamanlar Heydər Əliyevin həyata keçirmək istədiyi bu layihə əslində “türklərin Böyük
Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Azərbaycan xalqının
qatı düşməni Zori Balayan da özünün bədnam “Ocaq” əsərində bu yolun bağlanmasını
zəruri sayır, onu Turan yolu adlandırırdı. Ona görə də o vaxtlar Ermənistan KP MK katibi
katibi işləyən Dəmirçiyanın etirazlarından sonra layihənin icrası dayandırıldı. Lakin indi
Azərbaycan məqsədinə çatdı”. Zəngəzur dəhlizinin bərpa edilməsi də Prezident İlham
Əliyev Şuşanın azad olunması kimi ata vəsiyyətini yerinə yetirilməsi, Ulu Öndərin
müəyyən etdiyi strateji hədəfə çatmaq deməkdir.
Bu gün bəzilər Zəngəzur dəhlizi ilə bağlı ideyaların həyata keçirilməsini
qısqancıqla qarşılayan, hətta əleyhinə belə çıxanlar var. Çünki bu dəhlizinin açılması
türk dünyasının coğrafi birləşməsi deməkdir. Hələ bu dəhlizinin əhəmiyyətini Prezident
İlham Əliyev 2009-cu il oktyabrın 3 – də Naxçıvanda keçirilən Zirvə görüşündə
bildirmişdir ki, Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının
coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk
dünyasını birləşdirən körpü rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat,

kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni
zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün də əhəmiyyətlidir.
Bu səbəbdən də Azərbaycanın dövlət başçısı İlham Əliyev təkcə Azərbaycanın
və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş
ümumtürk miqyaslı müdrik liderdir. Türk birliyi məhz onun təşəbbüsləri ilə sırf praqmatik
maraqlar üzərində qurulmuş ideyaya çevrilir və Avrasiyanın mühüm hissəsinin yeni
logistik və iqtisadi əsaslarda birləşməsini nəzərdə tutur. Bu yaxınlarda Süveyş kanalı
baş verən hadisələr zamanı dünya iqtisadiyyatına dəyən milyardlarla ziyanın bu dəhlizin
əhəmiyyətini bir daha göstərdi.
Elə bir müddət əvvəl, martın 31-də baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxış cənab Prezident
bildirmişdir ki, “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı.
Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz
artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
Azərbaycanın müəllifi və yaxıd həmmüəllifi olduğu və uğurla həyata keçirdiyi
Enerji təhlükəsizliyi, ekoloji tarazlıq və bir sıra digər beynəlxalq layihələr kimi Zəngəzur
dəhlizinin də həm regional, həm də beynəlxalq əhəmiyyəti çox böyükdür. Bu dəhlizin
bərpa edilməsi nəticəsində regionun geosiyasi konfiqurasiyanın dəyişəcəyi haqda dünya
mətbuatı, xüsusən də maraqlı olan region (Gürcüstan, İran, Türkiyə və Rusiya), eləcə
də regionda marağı olan Qərb, ərəb dövlətləri, eləcə də Çin KİV-lərində çoxsaylı yazılar
dərc edilir. Abxaziyadan keçən dəmir yolu xətlərinin açılması yenidən gündəmə gətirilir.
Hətta 44 günlük müharibənin nəticələri qapalı şəkildə Gürcüstan parlamentində
müzakirə olunub.
Bir sözlə rəsmi Bakı həmişə olduğu kimi indi də beynəlxalq və regional
əməkdaşlığın tərəfdarıdır. Hətta bu əməkdaşlıqda Ermənistanın da iştirakına maraqlıdır.
Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı nitqində bəyan edir ki,
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab
verir… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış
Zəngəzura qayıdacaqdır”.
Hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayındakı Prezident İlham Əliyev
çıxışında bildirmişdir ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da
gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş
görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu
gənc nəsil də, dünya da bilməlidir”.
Prezident İlham Əliyevin son çıxışları bəzi dairələrdə sərhədlərin yenidən
cızılması kimi qiymətləndirilməkdədir. Bu cür qiymətləndirmənin əsassız olduğunu bəri
başdan nümayiş etdirmək üçün cənab Prezident ADA Universitetində keçirilmiş görüşdə
bildirib ki, “mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur
dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq?”
Öz çıxışında cənab Prezident tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi”
də açıqlayır: Azərbaycan o torpaqlara təzminat və digər iqtisadi rıçaqlarla qayıdacaq.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyəti, İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdiri