Bələdiyyə üzvləri

Əliyev Əliyar Məcid oğlu
Xətai bələdiyyəsinin sədr müavini

Əliyev Əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olmuşdur. 1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq etmişdir. 1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta İdarəsində müfəttiş vəzifəsində işləmişdir. 1981-ci ildə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1986-cı ildə institutu bitirmişdir. 1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləmişdir. 1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib,  «Ağbaba-92» kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı çörək zavodunda baş mühasib vəzifələrində çalışmışdır.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda Xətai rayon Xətai bələdiyyəsinin sədr müavini vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.


Hacıyeva Nərminə Aslan qızı
Sədr müavini

Hacıyeva Nərminə Aslan qızı 1971-ci il noyabrın 30-da Emənistanın Krasnoselsk rayonunun Toxluca kəndində anadan olmuşdur.
1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi bitirmişdir.
7-1Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsində bitirmişdir.
1997-1999-cu illərdə həmin universitetin magistratura pilləsində təhsilimi davam etdirmişdir. Eyni zamanda AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.
Universiteti bitirdikdən sonra Xətai rayon Xətai bələdiyyəsində proqramist vəzifəsində işləmişdir.
1998- ci ildə “AZQUR” s/f-nın 3-№ BMQJ-də mühəndis vəzifəsində çalışmışdır. 2000-ci ildə həmin idarədə baş mühasibin müavini vəzivəsində işləmişdir.
2003-cü ildə Xətai rayon Xətai bələdiyyəsində kompyuter-proqramist vəzifəsində işləmişdir.
2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.


Aydınov Fuad Fəxrəddin oğlu
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür

Aydınov Fuad Fəxrəddin oğlu 1988-ci il 6-Mayda Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Xətai rayonu 98-saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.2000-ci ildə Xətai rayonu 287-saylı Zəkalar liseyine daxil olmuşdur. 2005-ci ildə həmin liseyi bitirmişdir.
2005-ci ildə Azərbaycan Texniki Üniversitetinin Radiotexnika və Rabitə fakultəsinə daxil olmuşdur.2009-cu ildə Üniversiteti bitirmişdir. 2009-2010-cu illərdə hərbi xidmətdə qulluq etmişdir.
2007-ci ildən etibarən Bakı Metropoliteni QSC-də mexanik, hal hazırda isə böyük el.mexanik-sahə rəisi vəzifəsində işləyir.
2008-ci ildən YAP-ın üzvüdür.
2019 -cu ildə Xətai rayonu bələdiyyə üzvü seçilmişdir.
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir, 1 övladı var.


Rzayev Anar Nəsir oğlu
Hüquq məsələləri daimi komissiyasının sədridir

Rzayev Anar Nəsir oğlu 1986-cı il oktyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Xətai rayonu 259 saylı orta məktəbə daxil olmuş 2003-cü ildə həmin məktəbi bitirmişdir.
2003-cü ildə Bakı Dövlət Universitetinin politologiya fakültəsinə daxil olmuş 2007-ci ildə universiteti bitirmişdir.
2007-2010-cu illərdə magistr dərəcəsi Bakı Dövlət Universitetinin mili təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə təhsilini davam etdirmişdir.
2008-2010-cü il – Azəvi-Assist MMC-nin sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis
2011-2014-cü il Atəşgah Sığorta Şirkəti ASC-nin Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri Şöbəsinin rəisi,
2014-cü ilin fevral ayından hazırkı dövrədək Atəşgah Sığorta Şirkəti ASC-nin Biznesə Dəstək Şöbəsinin rəis müavini vəzifəsində işləyir.
2009-cu ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
2014-cü ildə ikinci dəfə bələdiyyə seçkilərində iştirak etmiş və Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının sədridir.
İctimai iş təcrübəsi genişdir. Beynəlxalq və yerli tədbirlərdə fəal iştirak edir. Xarici ölkələrdə ölkəni təmsil edir.
Ailə vəziyyəti – subaydır.


Rzayev Kənan Əfqan oğlu
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür

Rzayev Kənan Əfqan oğlu 1987-ci il 17 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Xətai rayon 260 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2005-ci ildə orta məktəbi bitirmişdir.
2005-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Dövlət və bələdiyyə idarəetmə 1-1fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 2006-2008-ci ildə hərbi xidmətdə qulluq etmişdir.
Sonra təhsilimi davam etdirmişdir. Uşaq vaxtlarımdan idmanla məşğul olur. Badminton idmanı üzrə dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olmuşdur. İdman ustasıdır, hazırda Azərbaycan Yığma komandasının məşqçisidir, Badminton Federasiyasının İcraiyyə komissiyasının üzvüdür, məşqçilər şurasının sədridir.
2009-cu ildən Xətai rayon Xətai bələdiyyəsinin bələdiyyə üzvüdür. Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinin üzvü seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Ailə vəziyyəti –  Evlidir.


Şirməmmədov Füzuli Rəhim oğlu
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür

Şirməmmədov Füzuli Rəhim oğlu 1960-cı il 5 iyun ayında Ordubad rayonunda anadan olmuşdur.
1967-ci ildə Ordubad rayon Gəncə orta məktəbinin 1-ci sinfinə getmişdir. 1977-ci ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir.
1979-81-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.
1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının qiyabi şöbəsinə qəböul olmuşdur. 1986-cı ildə həmin ali məktəbi bitirmişdir.
1986-89-cu illərdə Prezident Akademiyasının İdarəetmə Universitetinin bitirmişdir.
1985-ci ildən Xətai rayon Mənzil KommunalTəsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışır.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kommunal Təsərrüfatı üzrə ilk partiya təşkilatının sədridir. Xətai rayon YAP-ın Şura üzvüdür. YAP-ın konfransılarının hamında üç dəfə qurultaya nümayəndə seçilmişdir.
2004-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
2009-cu ildə ikinci dəfə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir. 2 övladı var.


Abdullayeva Səbinə Hidayət qızı
Hüquq məsələləri daimi komissiyasının üzvüdür

Abdullayeva Səbinə Hidayət qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsillidir. Eyni zamanda 7 illik fortepiano üzrə musiqi təhsili almışdır.
İki filmə filmə çəkilmişdir.
İş fəaliyyətimə qəzetdə müxbir və köşə yazarı kimi başlamışdır.
2008-ci ildən Xətai rayon Xətai bələdiyyəsində «Vergilər» şöbəsində müfəttiş-mühasib vəzifəsində çalışmışdır.
2009-cu ildən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyənin Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının təşkil etdiyi kursda iştirakıma görə sertifikat əldə etmişdir.
Bakı Avrasiya Universitetində kitabxanaçı kimi çalışmışdır.
Həmçinin Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyanın təşkil etdiyi seminar və tədbirlərin iştirakçısı olmuşdur.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir.


Cəfərov Ramin Məmməd oğlu
Hüquq məsələləri daimi komissiyasının üzvüdür

Cəfərov Ramin Məmməd oğlu 1978-ci il may ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə  orta məktəbi bitirmişdir.
1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş 2000-ci ildə universiteti bitirmişdir. 2001-ci ildə hərbi xidmətdə qulluq etmişdir.
2003-cü ildən 2005-ci ilədək Xətai rayon Yeni Azərbaycan Partiyasında işləmişdir.
2005-ci ildən 2008-ci ilədək «Makdermot» Şirkətində işləmişdir.
2009-cu ildən hazırkı dövrədək «Baku Steel Company» Şirkətində işləyir.
2014-cü ilin bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
Ailəliyəm. 2 övladım var.


Əsədov Şahmar Əli oğlu
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür

Əsədov Şahmar Əli oğlu 1971-ci il mart ayının 4-də Bakı şəhərində anadan olmuşdur.
1978-ci ildə Bakı şəhərindəki 63 saylı orta məktəbə daxil olmuş 1988-ci ildə həmin məktəbi bitirmişdir.
1988-ci ildə Bakı Dövlət İqtisadiyyat Universitetinə daxil olmuşdur.
1989-1991-ci illərdə ordu sıralarında xidmət etmişdir.
2014-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir. 1 övladı var.


Əhmədov Kamran Tofiq oğlu
Hüquq məsələləri üzrə daimi komisiyyanın üzvüdür

Mən Əhmədov Kamran Tofiq oğlu 1997-ci ildə Bakı şəhərində anadan olmuşam.2003-cü ildə Xətai rayon 191 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam.2014-cü ildə həmin məktəbi bitirmişəm.2014-cü ildə Bakı Avrasiya Universitetinin iqtisadiyyat fakultəsinə daxil olmuşam.2018-ci ildə həmin universitetin bakalavr dərəcəsini almışam.2019-cu ildə milli muhasibatlıq üzrə sertifikat almışam.2019-cu ildə Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində Xətai rayonu 35 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və Xətai rayonu Xətai bələdiyyəsinin üzvü seçilmişəm. Hal hazırda Xətai rayon Bələdiyyəsinin Hüquq məsələləri üzrə daimi komisiyyanın üzvüyəm. Subayam.


Dəmirova Günay Eyvaz qızı
Sosial-ekologiya məsələləri üzrə daimi komissiyanın sədr müavini

Dəmirova Günay Eyvaz qızı 1993-cü il mart ayının 13-də Bakı şəhərində anadan olmuşdur. 1999-cu ildə Bakı şəhəri Xətai rayonu Murad Hacıyev adına 116 nömrəli tam orta məktəbə daxil olmuş, 2010-cu ilə qədər həmin məktəbdə təhsil almışdır. 2010-cu ildə həmin məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olmuşdur. 2014-cü ildə həmin universiteti bitirib bakalavr ali peşə-ixtisas dərəcəsi almışdır. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və Doktorantura şöbəsinin Pedaqogika nəzəriyyəsi və tarixi ixtisasına qəbul olmuşdur. 2017-ci ildə həmin ixtisası bitirib magistr elmi-ixtisas dərəcəsi almışdır. 2018-ci ilin mart ayının 1-dən Xətai rayonu Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri vəzifəsində çalışır. 2019-ci ilin 15-18 mart tarixlərində “Ölkəmizi tanıyaq–Naxçıvan” tur-aksiyasında müəllim qismində iştirak etmişdir. 2019-cu il dekabrın 23-də keçirilən beşinci bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir. Hal-hazırda Xətai rayon Xətai bələdiyyəsində “Sosial-ekologiya məsələləri üzrə daimi komissiya”nın sədr müavini vəzifəsində çalışır. 2019-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır


Rəhimli Çinarə Əlizadə qızı

Mən Rəhimli Çinarə Əlizadə qızı 1993-cü il 1 oktyabr Bakı şəhəri, Xətai
rayonunda anadan olmuşam. 2000-ci ildə Xətai rayonu 201 saylı orta
məktəbin birinci sinfinə başlamışam. 2001-ci ildə Xətai rayonu 257 saylı orta məktəbin ikinci sinfinə başlamışam. 2011-ci ildə isə həmin məktəbi bitirmişəm.
2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin Rəssamlıq fakültəsinə daxil olmuşam. İxtisasım isə modelyer dizaynerdir.
2014-cü ildə YAP partiyasının sıralarına daxil olmuşam.
2017-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət
Universitetinin məzunu olmuşam. 23 dekabr 2019-cu ildə Xətai Rayon Bələdiyyəsinin üzvü seçilmişəm.


Zeynallı Aytac Əmanət qızı
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür

Mən, Zeynallı Aytac Əmanət qızı 21 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. 2001-ci ilin sentyabrında Xətai rayon 138 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 2012-ci ildə 11-ci sinfi bitirmişəm.
Zeynallı Aytac Əmanət qızıElə həmin ilin sentyabrından Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunmuş, 2016-ci ildə universiteti bitirmişəm.
2016-cı il iyulun 1-indən “Caspian Collection Services” MMC-də aparıcı mütəxəssis vəzifəsinə təyin olunmuş və 2018-ci ilin fevralınadək həmin vəzifədə çalışmışam. 2018-ci ilin sentyabr ayından bugünə qədər “Shan Company” şirkətində mühasib vəzifəsində çalışıram.
2019-cu il dekabrın 23-də Bələdiyyə seçkilərində Xətai Rayon Bələdiyyəsinə üzv seçilmişəm. Namizədliyim Xətai rayon YAP tərəfindən irəli sürülmüşdür. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüyəm.
Subayam.


Ağrılı Aliyə Reyman qızı

Mən Ağrılı Aliyə Reyman qızı 1984-cü il aprel ayının 1-də Naxçıvan MR, Ordubad rayonu, Ağrı kəndində anadan olmuşam. 1990-cu ildə Bakı şəhəri 254№ li tam orta məktəbə daxil olub, 2000-ci ildə həmin orta məktəbi bitirmişəm. 2000-ci ildə Bakı Asiya Universitetinə daxil olmuşam, 2004-cu ildə universiteti “Filologiya, ingilis dili” ixtisası üzrə bitirmişəm. 2012-ci ildə Naxçıvan Dövlət Universitetinin daxil olmuşam, 2016-cı ildə “İqtisadiyyat” ixtisası üzrə  fərqlənmə diplomu ilə bitirmişəm. 2011-ci ildə İngiltərə Krallığının Cambrige Universitetində  ixtisasım üzrə kurs keçmişəm. 2012-ci ildə Kipr şəhərinin Doğu Akdəniz Universitetində ixtisasım üzrə kurs keçmişəm. 06.01.2006-cı il tarixində Bakı şəhəri Ə.Abbasov adına 257№ li tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmışam. 26.09.2012-ci il tarixindən 14.11.2014-cu ilədək tarixində Bakı şəhəri Ə.Abbasov adına 257№ li tam orta məktəbdə  Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışam. 12.12.2011-ci ildən 25.09.2012-ci ilədək Azərbaycan Respublikası Təhsil Nazirliyi,Bakı şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzində Xətai-Ağrılı Aliyə Reyman qızıSuraxanı rayonu üzrə İngilis dili metodbirləşmə sədri əvəzi vəzifəsində çalışmışam. 2010-cu ildən Bakı SOS Uşaq Kəndləri Assosiyasının Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi “Təhsilə dəstək” pilot layihəsinin rəhbər koordinator vəzifəsində çalışmışam. 14.11.2014-cü il tarixindən 01.11.2019-cu il tarixinədək Yeni Azərbaycan Partiyası  İcra Katibliyində Gənclər Birliyinin koordinatoru vəzifəsində çalışmışam. 06.11.2019-il tarixindən Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Republika Komitəsi Beynəlxalq Əlaqələr şöbəsində çalışıram. 2010-cu ilin avqust ayında Yeni Azərbaycan Partiyasına daxil olmuşam. 2011-ci ildən Yap Xətai rayon Qadınlar Şurasının üzvü, Yap Xətai rayon Gənclər Birliyinin sədr müavini , Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin şura üvzü seçilmişəm. 2007-ci ildə Xətai rayonu 35 saylı üçünçü seçki dairəsinin 24-cü seçki məntəqəsində üzv vəzifəsində çalışmışam. 2011-ci ildə Xətai rayonu 35 saylı üçüncü seçki dairəsinin 22-ci seçki məntəqəsinin sədri vəzifəsində çalışmışam. 22.11.2014-cu il tarixində Yeni Azərbaycan Partiyası tərəfində Xətai rayonu bələdiyyə seçkilərinə namizədliyim irəli sürüldüyü üçün Xətai rayonu 35 saylı üçüncü seçki dairəsinin 22-ci seçki məntəqəsinin sədri vəzifəsindən öz xahişimlə azad edildim. 2015-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 34 saylı Xətai seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim  irəli sürülmüşdü. 2019-cu ildə V çağırış Bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının nazmizədi kimi iştirak edərək Xətai rayon Bələdiyyəsinə üzvü seçilmişəm və “Yerli Sosial və Ekologiya məsələlərİ üzrə daimi komissiyasının ”sədriyəm. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Mərkəzinin “Şərqin səsi”, “Elm və Təhsil” qəzetlərinin Fəxri Fərmanına layiq görülmüşəm. 2014-cü ildə Bakı şəhəri Xətai rayon İcra Başçısının “Təhsil sahəsində uğurlarına görə”  Fəxri Fərmanına layiq görülmüşəm. 2017-ci ildəAzərbaycan Respublikası Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının “Respublikanın ictimai həyatında və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə “Fəxri Fərmanına layiq görülmüşəm. 2018-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin” Partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə “təltif edilmişəm. 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Gənclər siyasəti sahəsində uğurlu fəaliyyətinə görə” təltif edilmişəm. Almanyanın “Konrad Adenaur” fondu (KAS) tərəfindən  20-25 yanvar 2013-ci ildə tarixində Gürcüstanın Tiflis şəhərində təşkil olunmuş “Gənclərin siyasi liderlik məktəbi” məktəbində və 10-17 mart 2013-cü il tarixində Konrad Adenaur” fondu (KAS) tərəfindən  Almaniyanın Berlin şəhərində qış məktəbində iştirak edib sertifikatlar almışam. 3-7 sentyabr 2015-ci il tarixində Rusiyanın Moskva şəhərində “Şimal Cənub siyasət elm” mərkəzi tərəfindən təşkil olunmuş “MDB ölkələrinin gənc ziyalılarının görüşü” konfransında iştirak edib sertifikat almışam. 08-18 avqust 2018-ci ildə Korea Xalq Demokratik Respublikasında ( Seul, Usan, Busan) şəhərlərində Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi tərəfindən təşkil olunan “Korea-Azərbaycan gənclərinin mübadiləsi”proqramında iştirak etmişəm. 2-12 sentyabr 2019-cu il tarixində Mərakeş krallığında (Kasablanka,Ağadır) şəhərlərində Azərbaycan Respublikası Gənclər İdman Nazirliyi tərəfindən təşkil olunan “Mərakeş-Azərbaycan gənclərinin mübadiləsi”proqramında iştirak etmişəm


Mollayev Rəşad Namiq oğlu
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür

Mollayev Rəşad Namiq oğlu 1991-ci il fevral ayının 21-də Bakı şəhərində anadan olmuşdur.2008-ci ildə Xətai rayon 260 saylı orta məktəbi bitirmişdir.
Mollayev Rəşad Namiq oğlu2013-cü ildə Bakı kompyuter kollecini kompyuter şəbəkələrinin və hesablama texnikasının təmir servis xidməti ixtisası üzrə bitirmişdir.2014-cü ildə Anadollu Universitetini menecment ixtisası üzrə bitirmişdir.2015-ci ildən Ateşgah sıgorta şirkətinin satış mütəxəssisi işləmişdir.
2019-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ildə Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində Xətai rayonu 34 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşəm və Xətai rayonu Xətai bələdiyyəsinin üzvü seçilmişəm . Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüyəm. Subayam


İmanov Tural İlham oğlu
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür

İmanov Tural İlham oğlu 1992-ci il iyulun 10-da Bakı şəhəri Xətai rayonunda anadan
olmuşdur. 1999-cu ildə Xətai rayon şəhid Ədalət Abbasovun adını daşıyan 257 №-li tam orta
məktəbin 1-ci sinfinə daxil olmuş, 2010-cu ildə Xətai rayon şəhid Elşad Yəhyayev adına 56 №-
li tam orta məktəbi əla qiymətlərlə bitirmişdir. Təhsil müddətində yuxarı sinif şagirdləri arasında
keçirilmiş riyaziyyat olimpiadalarında iştirak edərək məktəb üzrə I yer, Xətai rayonu üzrə I, II
yer respublika üzrə fərqlənmə diplomu qazanmış, müxtəlif növ idman yarışlarına, “Şahinlər və
cəsurlar” hərbi yarışına rəhbərlik edərək diplomlarla təltif olunmuşdur.
İmanov Tural İlham oğlu2002-2009-cu ilə qədər “Şotokan karate do “ üzrə I dan qara kəmər ustası adını almışdır.
Respublika və Bakı şəhəri üzrə keşirilmiş karate yarışlarında yaşıdları arasında I, II yerlərə sahib olaraq fəxri fərmanlarla təltif olunmuşdur.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Dünya iqtisadiyyatı fakultəsinin əyani şöbəsinə yüksək balla daxil olmuşdur. Universitet illərində tələbələr üzrə respublikada
keçirilmiş müxtəlif idman yarışlarında iştirak etmiş , ictimai işlərdə fəallıq gösərmişdir. 2014-cü ildə həmin universiteti yekun 92 balla bitirmişdir.
2014-cü ildə Odlar Yurdu Universiteti MBA –nın Marketinq fakultəsinin əyani şöbəsinə
daxil olmuşdur. 2014-2015-ci illərdə N saylı hərbi hissədə əsgər, baş əsgər, kiçik çavuş
vəzifəsində xidmət etmişdir.
2017-ci ildə OYU-nun magistr pilləsini yekun 89 balla bitirmişdir.
2010-2014-cü, 2015-2019-ci ilə qədər respublika avtomobil satışı bazarında reklam meneceri,
müdir müavini və müdir pilləsində fəaliyyət göstərmişdir. Fəaliyyət müddətində məşhur reklam
saytlarının tanınmasında yaxından iştirak etmişdir.
2017-ci illərdə Paşa Sığorta, Xalq Sığorta, Ata Sığortada agent vəzifəsində çalışmış, 2018-
2019-cu illərdə Ata Sığortada Aparıcı əməliyyatçı kimi çalışmışdır.
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi“Gənclər fəaliyyət”nə
qoşulmuş, 2019-cu ildən YAP-ın üzvüdür. 2019-cu ildə Xətai rayon İcra Hakimiyyətinin
İqtisadi-siyasi-humanitar şöbəsində könüllü fəaliyyət göstərmişdir. 2019-cu ilin dekabr ayında
keçirilmiş 5-ci Bələdiyyə seçkilərində Xətai rayon Bələdiyyəsinə üzv seçilmişdir. Hal-hazırda
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir.


Səfərli Toğrul Səfər oğlu
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür

Mən, Səfərli Toğrul Səfər oğlu 27 fevral 1992-ci ildə Bakı şəhərində anadan olmuşam.
1998-ci ildə 27 saylı tam orta məktəbə daxil olmuşam. 2009-cu ildə 157 saylı tam orta məktəbi bitirmişəm. 2009-cu ildə Kiyev Dövlət İqtisad Üniversitetinə daxil olmuşam. 2014-cü ildə həmin universiteti bitirmişəm.
2014-2015-ci ildə 1905 saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşam.
2015-2018-ci ildə “Azeri Retail MMC” də işləmişəm.
01.05.2019-cu il tarixindən etibarən Kənd Teserrufatı Nazirliyində Aqrar Tedarük və Təhcizad vəzifəsində işləyirəm.
Hal hazırda Xətai rayon Bələdiyyəsinin Yerli Büdcə və iqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Atam, Səfərov Səfər Hidayət oğlu 20 iyun 1965-ci ildə Bərdə şəhərində anadan olub. Hal hazırda işləmir. 
Anam, Səfərova Şəlalə Zakir qızı 9 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Hal hazırda Bakı şəhər 7 saylı poliklinikada baş həkim vəzifəsində çalışır.
Bacım, Səfərli Nərmin Səfər qızı 23 iyul 1994-cü ildə Bakı şəhərində anadan olub. Hal hazırda işləmir.


Nemətova Elnurə Oqtay qızı
Hüquq məsələləri üzrə komissiyanın üzvüdür

Mən Nemətova Elnurə Oqtay qızı 1982-ci il fevral ayının 16-sında Tovuz rayonunda anadan olmuşam.
1989-cu ildə Xətai rayonu 194 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. Orta təhsilimi Xətai rayonunda bitirmişəm.
2000-ci ildə ADPU-nun Peşə təlimi fakultəsinə qəbul olmuşam. 2005-ci ildə həmin universiteti bitirmişəm.
İkinci təhsilimi 2011-ci ildə “Müəllimlər” inistitutunun Riyaziyyat və İnformatika fakultəsinə daxil olaraq davam etdirmişəm.
Hal-hazırda Xətai rayonunda yaşayıram.
Xətai bələdiyyəsində Hüquq məsələləri  üzrə daimi komissiyanın üzvüyəm.
Ailəliyəm. İki övladım var.