Xətai rayon Xətai bələdiyyəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikası Qanununu, Bələdiyyənin Nizamnaməsini, Məclisin qərarlarını, Nazirlər Kabinetinin və digər dövlət orqanlarının normativ və hüquqi aktlarını rəhbət tutaraq fəaliyyət göstərir.
Bələdiyyədə 19 nəfər bələdiyyə üzvü vardır. Bunlardan 4 nəfəri daimi əsaslarla fəaliyyət göstərirlər. Bələdiyyənin icra aparatında 44 nəfər işçi çalışır.
Bələdiyyədə 3 daimi komissiya və Gender bərabərliyi komissiyası fəaliyyət göstərir. Bunlardan Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyası, Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyası və Hüquq məsələləri daimi komissiyalarıdır.
Bələdiyyəyə mütamadi olaraq vətəndaşlardan ərizələr, idarə və müəssisələrdən məktublar daxil olur. Daxil olmuş ərizələr və müraciətlər aidiyyatı üzrə komissiyalarda və yaxud şöbələrdə müzakirə olunur və müvafiq qərar qəbul olunaraq cavablandırılır. Bələdiyyədə həmçinin hərbi xidmətdən məzuniyyətə gələnlərin qeydiyyatı aparılır.
Bələdiyyə vergilərinin ödənilməsi ilə əlaqədar “Azərpoçt” MMC ilə xidməti müqavilə bağlanmışdır.
Vergi ödəyicilərinin uçotunun aparılması üçün Azərbaycan Şəhər, Qəsəbə, Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının mütəxəssisləri tərəfindən hazırlanmış xüsusi proqram bələdiyyədə tətbiq edilmişdir. Burada vergi ödəyicilərinin bazası və onların gündəlik, aylıq ödənişləri aydın şəkildə öz əksini tapır. Bu proqramı davamlı və vaxtında keçirdikləri üçün bələdiyyənin 4 nəfər əməkdaşı mükafatlandırılmışdır.
Bələdiyyə sakinlərin bir çox sosial, iqtisadı və ekoloji problemlərinin həllində yaxından iştirak edir.
Beləki, Müqəddəs Qurban bayramı münasibətilə uşaq evinə, Azərbaycan Respublikası Şəhid ailələri, Veteranları və Əlillər İctimai Birliyinə və digər imkansız ailələrə bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılır.
Bir çox imkansız ailələrə və əlillərə maddi yardımlar edilir.
Xətai rayonu ərazisində evləri yanmış iki nəfər ailənin kirayə haqqını hər ay mütəmadi olaraq Bələdiyyə ödəyir.
Bələdiyyənin inzibati ərazisindəki binaların qarşısında abad həyətlər yaradılmışdır. Bu həyətlərdə sakinlərin asudə vaxtlarının keçirilməsi məqsədilə yaşıllıqlar salınmışdır. M.Rüstəmov 12, 14, 16 saylı binaların qarşısında abad məhəllə salınmışdır. Bundan əlavə bələdiyyə tərəfindən bir çox binaların həyətlərində asfalt-beton və təmir-bərpa işləri görülmüşdür.
Bələdiyyənin sədr müavini N.Hacıyeva və bələdiyyə üzvü S.Abdullayeva bir çox lahiyələr həyata keçirmişlər.
Xətai bələdiyyəsi öz xarici əlaqələrini yaradır və genişləndirməkdə davam edir. Beləki, Türk Dünyası Bələdiyyələr Birliyinin təşkilatçılığı ilə Türkiyədə keçirilən tədbirlərdə bələdiyyə sədr müavini Əliyar Əliyev dəfələrlə iştirak etmişdir.
Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə Xətai bələdiyyəsi Türkiyənin Tarsus bələdiyyəsi ilə 2007-ci ildən qardaşlaşmışdır. Tarsusda Ümummilli lider Heydər Əliyevin adına böyük bir park salınmış, Ümummilli liderin heykəli qoyulmuş, parkda monitor quraşdırılmışdır. Parkda əhalinin istirahəti üçün oturacaqlar qoyulmuş, uşaqların əylənməsi üçün qurğular quraşdırılmışdır.
Parkın ətrafından keçən çayın üzərindəki körpü abadlaşdırılmış və körpüyə Ümummilli lider Heydər Əliyevin adı verilmişdir. 2017- ci ilin may ayında Ulu Öndərin anadan olmasının 94 illiyi ərəfəsində Xətai rayon İcra Hakimiyyətindən, millət vəkillərindən və bələdiyyədən ibarət nümayəndə heyəti Tarsus və Mersin şəhərlərində olmuş, anım günü ilə əlaqədar keçirilən tədbirlərə qatılmışdır.
2017-ci ilin iyul ayında Türkiyənin Mersin şəhərində keçirilən 2-ci “Qız qalası” Beynəlxalq Turizm Festivalında iştirak etmək üçün Xətai raypn İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, bələdiyyənin sədr müavini Əliyar Əliyev, Xətai rayon “Səma” rəqs qrupunun kollektivi və 287 saylı “Zəkalar” liseyi ilə qardaşlaşan Tarsusdakı “Kampus Okulları” tədris müəssisəsində də oldular. “Kampus Okulları”nda Ümummilli lider Heydər Əliyevin adına olan konfrans zalında geniş tədbir keçirdilər.
Hər il Xətai bələdiyyəsi oktyabr ayının 30-dan noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində tədbirlər keçirir.
Bu məqsədlə tədbirin həyata keçirilməsinə dair iş planı tərtib edirlir, bələdiyyənin inzibati bunasının və “Bakı” kino-teatrının qraşısında “Bələdiyyə poçt qutuları” quraşdırılır, bələdiyyədə “qaynar xətt” yaradılır.
Bələdiyyədə “Açıq qapı” günü elan edilir.
Xətai bələdiyyəsi sakinləri sosial, iqtisadi, ekoloji problemlərinin həllində rayon MKTB-yi ilə, rayon İcra Hakimiyyətinin Sahə İnzibati Ərazi Dairə Nümayəndəlikləri ilə, Xidmət idarə və müəssisələrlə mütəmadi əlaqə saxlayır. Bələdiyyənin kollektivi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən bütün tədbirlərdə fəal iştirak edir.
Əldə olunan uğurlarla yanaşı, bələdiyyədə bir sıra çatışmamazlıqlar da mövcuddur ki, bunların da obyektiv və subyektiv səbəbləri vardır. Beləki, bələdiyyəyə ehtiyat torpaq fondu ayrılmamışdır. Bu isə əhalinin torpaq problemlərinin həll edilməsinə imkan vermir.
Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə əlaqədar vergilərin qeyri-nəğd şəkildə toplanması bələdiyyənin səmərəli fəaliyyətinə öz təsirini göstərmişdir. Sakinlərin vergiləri könüllü olaraq bank və poçtlar vasitəsilə köçürmələri vergi toplanmasını çətinləşdirsə də, bu sahəsə maarifləndirmə işinin genişləndirilməsinə səy göstərilir.
Bələdiyyənin maliyyəsinin əsasını təşkil edən vergilərin daha səmərəli toplanmasının təkmilləşdirilməsi, sakinlərin problemlərinin imkan daxilində həll edilməsi, bələdiyyə torpaqlarının sərhədlərinin dəqiqlə\şdirilməsi, yeni ofis binasının tikilməsi, rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə iştirak edilməsi kimi məsələlər Xətai bələdiyyəsinin qarşıdakı dövr ərzində nəzərdə tutduqları işlərin tərkib hissəsidir.
Xətai rayon İcra Hakimiyyəti ilə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ilə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası ilə qarşılıqlı əməkdaşlıq bələdiyyənin fəaliyyətinin səmərəli məcraya istiqamətləndirilməsinə öz müsbət təsirini göstərir.
Bütün bunları nəzərə alaraq Xətai bələdiyyəsi bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.
Ən çox verilən suallar
Qeyd 1. Ev Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq olaraq 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq olunacaq. Bakı şəhəri üzrə yerləşən zonalara uyğun olaraq hansı əmsalların tətbiq edilməsi 6 aprel 2015-ci il tarixindən2 etibarən müəyyən olunmuşdur (Əlavə 2).
Qeyd 2. Həmçinin dəyişikliklərdən biri də odur ki, 30 kvadratmetrədək yaşayış sahəsinə əmlak vergisi tətbiq olunmur. Bu o deməkdir ki, fiziki şəxsə məxsus olan evin ümumi sahəsindən 30 kv.metr çıxarılır.
Qeyd 3. Qeyd edilən dəyişiklik yalnız yaşayış sahələri üçün nəzərdə tutulmuşdur. Bu imtiyaz yaşayış sahəsi olmayan əmlaka, o cümlədən anbar və kommersiya obyektlərinə, və s. aid edilmir.
Qeyd 4. Əmlak vergisi qaraj sahələrinə şamil olunmur.
1. Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir. Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 6, əmsal 1,0) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN (60 -30) х 0,40 х1 = 12 AZN
2. Fərdi ev (ya mənzil) üzrə vergilərin hesablanması nümunəsi Ümumi sahəsi 60 kvadratmetr, 30 kv.metri vergi hesablanmasına daxil edilmir. Ünvan: Quba r., Salaxlı k. 1 kv.metr üçün vergi – 0.1 AZN (80 -30) х 0,1 =5
3. Qeyri-yaşayış sahəsi üzrə vergilərin hesablanması nümunəsi Obyektin ümumi sahəsi 70 kv.metr Ünvan – Bakı ş. S.Vurğun küç. ev 100 (zona 1, əmsal 1,5) Bakıda 1 kv.metr üçün vergi – 0.40 AZN 70 х 0,40 х1,5 =42 AZN
1. müharibə əlilləri;
2. Pensiyaçılar;
3. Müddətli hərbi xidmət dövründə müddətli hərbi xidmət hərbi qulluqçuların və onların ailə üzvləri;
4. Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
5. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
6. Həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
7. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər;
8. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
9. Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Torpaq sahələrinə dair torpaq vergi dərəcələri aşağıdakılardır (bax VM, maddə 206.3).Yaşayış torpaq sahəsi üzrə vergilərin hesablanması nümunəsi:
Torpağın ümumi sahəsi 12.000 kvadratmetr (1,2 ha və ya 120 sot)
Ünvan – Buzovna qəsəbəsi, Əzizbəyov rayonu, Bakı
10.000 kvadratmetr-ə qədər hər 100 kvadratmetr üçün vergi 0,6 AZN
10.000 kvadratmetrdən yuxarı hər 100 kvadratmetr üçün vergi 1,2 AZN
(100 х0,6) + (20х1,2)=60+24=84 AZN
Kommersiya obyektləri üzrə torpaq vergisi hesablanması nümunəsi
Torpağın ümumi sahəsi – 15,5 min. kv.metr (1,55 hektar və ya 155 hektar)
Ünvan – Quba şəhəri
100 kvadratmetrdən 10,000 kv.metrə qədər vergi – 4 AZN
100 kvadratmetrdən 10,000 kv.metrdən çox vergi – 8 AZN
(100 x 4) + (55×8) = 400 + 440 = 840 AZN