Bələdiyyənin sədri

Əliyev Əliyar Məcid oğlu
Xətai bələdiyyəsinin sədri

Əliyev Əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olmuşdur. 1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq etmişdir. 1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta İdarəsində müfəttiş vəzifəsində işləmişdir. 1981-ci ildə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1986-cı ildə institutu bitirmişdir. 1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləmişdir. 1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib,  «Ağbaba-92» kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı çörək zavodunda baş mühasib vəzifələrində çalışmışdır.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda Xətai rayon Xətai bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.