Bələdiyyə üzvləri

Əliyev Əliyar Məcid oğlu
Xətai bələdiyyəsinin sədri

Əliyev Əliyar Məcid oğlu 1954-cü ilin sentyabrın 27-də Gürcüstan Respublikasının Dmanisi rayonununda anadan olmuşdur. 1961-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunun Əzizbəyov kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1972-1974-cü illər ərzində hərbi xidmətdə qulluq etmişdir. 1975-1977-ci illərdə Bakı Maliyyə-Kredit texnikumunun qiyabi şöbəsində oxuya-oxuya Amasiya rayon Dövlət Sığorta İdarəsində müfəttiş vəzifəsində işləmişdir. 1981-ci ildə Moskva Kooperativ İnstitutunun iqtisadiyyat fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1986-cı ildə institutu bitirmişdir. 1977-1988-ci illər ərzində Amasiya rayon Tədarük idarəsində baş mühasib vəzifəsində işləmişdir. 1988-1999-cu illər ərzində Bakı şəhərində «Azərenerjitikinti» Trestinin nəzdində olan Fəhlə Təchizatı idarəsində müfəttiş, baş mühasib, müstəqil «Zəhmətkeş» kooperativində baş mühasib,  «Ağbaba-92» kiçik müəssisəsində direktor, «Kurort» Səhmdar Cəmiyyətinin Kommersiya idarəsində rəis, 20 saylı çörək zavodunda baş mühasib vəzifələrində çalışmışdır.
1999-cu ildə ilk bələdiyyə seçkilərində, 2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda Xətai rayon Xətai bələdiyyəsinin sədri vəzifəsində çalışır.
Heç bir siyasi partiyanın üzvü deyil.
Evlidir, 2 övladı var.


Hacıyeva Nərminə Aslan qızı
Sədr müavini

Hacıyeva Nərminə Aslan qızı 1971-ci il noyabrın 30-da Emənistanın Krasnoselsk rayonunun Toxluca kəndində anadan olmuşdur.
1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi bitirmişdir.
7-1Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsində bitirmişdir.
1997-1999-cu illərdə həmin universitetin magistratura pilləsində təhsilimi davam etdirmişdir. Eyni zamanda AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.
Universiteti bitirdikdən sonra Xətai rayon Xətai bələdiyyəsində proqramist vəzifəsində işləmişdir.
1998- ci ildə “AZQUR” s/f-nın 3-№ BMQJ-də mühəndis vəzifəsində çalışmışdır. 2000-ci ildə həmin idarədə baş mühasibin müavini vəzivəsində işləmişdir.
2003-cü ildə Xətai rayon Xətai bələdiyyəsində kompyuter-proqramist vəzifəsində işləmişdir.
2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.


Məmmədov Rövşən Səmərqənd oğlu
Katib

Mən, Məmmədov Rövşən Səmərqənd oğlu 1958-ci il yanvarın 1-dən Ermənistanın Qafan rayonunun Acıbac kəndində anadan olmuşdur.1973-cü ildə orta məktəbi bitirərək əmək fəaliyyətinə başlamışdır.
1974-cü idən Bakı şəhər İcra Hakimiyyətinin Xətai rayonu üzrə Mənzil Fondunun əsaslı təmir tikinti idarəsində dülgər kimi əmək fəaliyyətimi davam etdirmişdir. Həmin idarədə tikinti ustası, iş icraçısı, iqtisadçı və idarənin rəisi vəzifələrində işləmişdir. Rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.
1983-cü ildə indiki Azərbaycan İqtisadiyyat Universitetinin maliyyə və kredit fakültəsini bitirmiş, iqtisadçı ixtisasına yiyələnmişdir.
1993-cü ildən YAP-ın üzvüdür. 1993-cü ildə 6№-li İPTTİ-də YAP ilk partiya təşkilatının özəyini yaratmışdır.  YAP-ın rayon və respublika konfranslarında və III qurultayına nümayəndə seçilmişdir.
YAP Xətai rayon təşkilatının nəzarət təftiş komissiyasının üzvüyəm. 1996-cı ildə idarə ləğv olunandan sonra kiçik müəssisədə rəhbər işləmişdir.
2004-cü il bələdiyyə seçkilərində Xətai rayon Xətai bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyənin daimi katibi olmuşdur.
2009-cu ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
2014-cü ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hazırda bələdiyyənin daimi katibidir.
Ailəlidir. 3 övladı var.


Fərəcov Ədalət Nurulla oğlu
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının sədridir

Fərəcov Ədalət Nurulla oğlu 1936-cı ildə Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
1970-ci ildə namizədlik dissertasiyamı, 1990-cı ildə isə fiziologiya  və biokimya ixtisası üzrə doktorluq dissertasiyamı müdafiə etmişdir.
1988-ci ildə Azərbaycan Dövlət Pelaqoji Universitetinin nəzdində açılan çağırışa qədər hərbi və fiziki hazırlıq fakültəsinin dekanı vəzifəsinə təyin olunmuşdur.
AMEA-nın Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının ictimai əsaslarla həmsədri, ADPU-nin fiziologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professordur.
Prezident təqaüdçüsüdür. Adım 2000-ci ildə Amerika Bioqrafiya və Kembric Bioqrafiya İnstitutunun «İlin görkəmli adamı» kitabına salınmışdır. Kembric Beynəlxalq Bioqrafiya İnstitutunun «Qızıl Medalına» layiq görülmüşdür.
1999-cu ildə ilk bələdiyyə seçkilərində Xətai bələdiyyəsinə üzv seçilmişdir.
2004-cü ildə 2-ci dəfə bələdiyyə seçkilərində Xətai bələdiyyəsinə üzv seçilmişdir. 2008-2009-cu illərdə bələdiyyə sədrinin səlahiyyətlərini icra etmişdir.
2009-cu ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmiş və 2010-cu ildə bələdiyyənin sədri olmuşdur.
2014-cü ildə bələdiyyə seçkilərində iştirak etmiş və Xətai rayon bələdiyyəsinə 4-cü dəfə üzv seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının sədridir.
Ailəlidir. 3 övladı var.


Nəcəfov Maqsud Ağaqulu oğlu
Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının sədridir

Nəcəfov Maqsud Ağaqulu oğlu 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonunun Ağudi kəndində anadan olmuşdur. 1966-cı ildə Ağudi kənd orta məktəbini bitirib Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, universiteti 1971-ci ildə əla qiymətlərlə bitirmişdir.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdir.
1975-ci ildə aspiranturanı bitirmişdir. 1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.
1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi, alimlik dərəcəsi almışdir.
1989-cu ildən dosent vəzifəsində çalışır.
1998-ci ildə riyaziyyat fakültəsinin dekan müavini, dekanı işləyir.
İki dərs vəsaitinin, 30-dan çox elmi məqalənin müəllifidir.
1999-cu ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
2004-cü il bələdiyyə seçkilərində 2-ci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial məsələləri daimi komissiyasının sədri olmuşdir.
2009-cu ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hazırda Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının sədridir.
2014-cü ildə dördüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının sədridir.
Ailəlidir. 3 övladı var.


Rzayev Anar Nəsir oğlu
Hüquq məsələləri daimi komissiyasının sədridir

Rzayev Anar Nəsir oğlu 1986-cı il oktyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Xətai rayonu 259 saylı orta məktəbə daxil olmuş 2003-cü ildə həmin məktəbi bitirmişdir.
2003-cü ildə Bakı Dövlət Universitetinin politologiya fakültəsinə daxil olmuş 2007-ci ildə universiteti bitirmişdir.
2007-2010-cu illərdə magistr dərəcəsi Bakı Dövlət Universitetinin mili təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə təhsilini davam etdirmişdir.
2008-2010-cü il – Azəvi-Assist MMC-nin sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis
2011-2014-cü il Atəşgah Sığorta Şirkəti ASC-nin Zərərlərin Tənzimlənməsi İdarəsinin Müştəri Xidmətləri Şöbəsinin rəisi,
2014-cü ilin fevral ayından hazırkı dövrədək Atəşgah Sığorta Şirkəti ASC-nin Biznesə Dəstək Şöbəsinin rəis müavini vəzifəsində işləyir.
2009-cu ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
2014-cü ildə ikinci dəfə bələdiyyə seçkilərində iştirak etmiş və Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının sədridir.
İctimai iş təcrübəsi genişdir. Beynəlxalq və yerli tədbirlərdə fəal iştirak edir. Xarici ölkələrdə ölkəni təmsil edir.
Ailə vəziyyəti – subaydır.


Rzayev Kənan Əfqan oğlu

Rzayev Kənan Əfqan oğlu 1987-ci il 17 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Xətai rayon 260 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2005-ci ildə orta məktəbi bitirmişdir.
2005-ci ildə Azərbaycan Kooperasiya Universitetinin Dövlət və bələdiyyə idarəetmə 1-1fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 2006-2008-ci ildə hərbi xidmətdə qulluq etmişdir.
Sonra təhsilimi davam etdirmişdir. Uşaq vaxtlarımdan idmanla məşğul olur. Badminton idmanı üzrə dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin qalibi olmuşdur. İdman ustasıdır, hazırda Azərbaycan Yığma komandasının məşqçisidir, Badminton Federasiyasının İcraiyyə komissiyasının üzvüdür, məşqçilər şurasının sədridir.
2009-cu ildən Xətai rayon Xətai bələdiyyəsinin bələdiyyə üzvüdür. Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinin üzvü seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Ailə vəziyyəti –  Evlidir.


Həsənov Məhərrəm İsrail oğlu

Həsənov Məhərrəm İsrail oğlu 16iyul 1962-ci ildə Ermənistan SSR-in Krasnoselo rayonunun Toxluca kəndində anadan olmuşdur. 1969-cu ildə Toxluca kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1979-cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
01.08.1979-cu ildə Toxluca qoyunçuluq sovxozunda fəhlə işləmişdir.
1980-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakültəsinə daxil olaraq, 1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1985-ci ildə 101 saylı texniki-peşə məktəbində ixtisas fənn müəllimi kimi qəbul olmuşdur. Əmək fəaliyyətini həm məktəbdə davam etdirərək, 1988-ci ildə Komsomol komitə katibi seçilmişdir. Ölkədə gedən siyasi proseslərə uyğun olaraq 1991-ci ildə yenə də ixtisasıma uyğun işə keçmişdir. 1996-cı ilədək 101 saylı texniki-peşə məktəbində ixtisas fənn müəllimi kimi əmək fəaliyyətimi davam etdirərək, həmin vaxtdan etibarən siyasi fəaliyyətlə məşğul olmuşdur.
2002-ci ildə ikinci dəfə AMİP Xətai rayon təşkilatının sədri seçilmişdur.
2004-cü il bələdiyyə seçkilərində Xətai rayon Xətai bələdiyyəsinə üzv seçilmişdur. Yerli Sosial məsələləri daimi komissiyasının üzvü olmuşdur.
2009-cu ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hazırda bələdiyyənin Hüquq məsələləri daimi komissiyasının sədrinin müavinidir.
2014-cü ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsi üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının sədr müavinidir.
Ailəlidir. 3 övladı var.


Şirməmmədov Füzuli Rəhim oğlu

Şirməmmədov Füzuli Rəhim oğlu 1960-cı il 5 iyun ayında Ordubad rayonunda anadan olmuşdur.
1967-ci ildə Ordubad rayon Gəncə orta məktəbinin 1-ci sinfinə getmişdir. 1977-ci ildə həmin məktəbin 10-cu sinfini əla qiymətlərlə bitirmişdir.
1979-81-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.
1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının qiyabi şöbəsinə qəböul olmuşdur. 1986-cı ildə həmin ali məktəbi bitirmişdir.
1986-89-cu illərdə Prezident Akademiyasının İdarəetmə Universitetinin bitirmişdir.
1985-ci ildən Xətai rayon Mənzil KommunalTəsərrüfatı Birliyində müxtəlif vəzifələrdə çalışır.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Kommunal Təsərrüfatı üzrə ilk partiya təşkilatının sədridir. Xətai rayon YAP-ın Şura üzvüdür. YAP-ın konfransılarının hamında üç dəfə qurultaya nümayəndə seçilmişdir.
2004-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
2009-cu ildə ikinci dəfə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə üçüncü dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir. 2 övladı var.


Zeyniyev Sənan Novruz oğlu

Zeyniyev Sənan Novruz oğlu 1978-ci il 14 iyul ayında Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Xətai rayonu 263 saylı məktəbin 1-ci sinfinə getmiş, 1995-ci ildə orta məktəbi bitirmişdir. 1999-2000-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.
1995-ci ildə «Təfəkkür» Universitetinin inzibati idarəetmə fakültəsinə daxil olmuş, 1999-cu ildə həmin universiteti bitirmişdir.
2003-cü ildə tibb texnikasının təmiri və quraşdırma bazası zavoduna mütəxəssis vəzifəsində işləmişdir.
2005-ci ildə Nərimanov bələdiyyəsində vergi, rüsum və ödənişlər müfəttişi vəzifəsində işləmişdir.
2009-cu ildən Xətai rayon Xətai bələdiyyəsinə bələdiyyə üzvü seçilmişdir.
2010-cu ildən YAP-ın üzvüdür.
Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
Ailəlidir, 2 övladı var.


Əfəndiyeva Könül Süleyman qızı

Əfəndiyeva Könül Süleyman qızı 1977-ci il avqustun 20-də Füzuli rayonunun Qərvənd kəndində anadan olmuşdur. 1983-cü ildə Qərvənd kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuşdur. 1991-ci ildə Bakı şəhər Nizami rayonunda yerləşən kimya-biologiya təmayüllü liseyində təhsilini davam etdirmiş,1993-cü ildə liseyi bitirmişdir. 1994-cü ildə Sümqayıt şəhər tibb məktəbinə daxil olmuşdur. 1996-cı ildə texnikumu bitirərək tibb bacısı peşəsinə yiyələnmişdir. 1996-1998-ci ilə kimi 7 saylı şəhər poliklinikasında sahə tibb bacısı işləmişdir. 1998-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə BDU-nu bitirərək bioloq ixtisasına yiyələnmişdir. 2000-ci ildən 2006-cı ilə kimi «Azərneftyağ» NEZ-də nəzarətçi işləmişdir.
2006-cı ildə AR-nın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur. 2008-ci ildə Akademiyanı bitirərək «Dövlət və Bələdiyyə İdarəetməsi» ixtisasına yiyələnmişdir.
1997-ci ildən YAP-ın üzvüdür. YAP Xətai rayon Gənclər Birliyinin sədridir. Respublika YAP – İctimai Birliyin Şura üzvü olmuşdur. YAP Xətai rayon Qadınlar Şurasının sədr müavinidir. Hal-hazırda YAP Xətai rayon təşkilatında təlimatçı, Odlar Yurdu Universitetində müəllim işləyir.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantıdır. 2009-cu ildən “Ədalət və İnkişaf Naminə” uşaq və gənclərə dəstək ictimai birliyinin sədridir.
2009-cu ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir.
Ailəlidir, 2 övladı var.


Hətəmov Tofiq Kamil oğlu

Hətəmov Tofiq Kamil oğlu 01 sentyabr 1960-cı ildə Ermənistanın Krasnoselo rayonunun Bəryabad kəndində anadan olmuşdur. 1968-cı ildə 1-ci sinfə daxil olmuş, 1978-ci ildə orta məktəbi bitirmişdir. 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1983-cü ildə həmin institutu bitirib, mühəndis-mexanik ixtisasına yiyələnmişdir. 1983-cü ildən başlayaraq təsərrüfatın müxtəlif sahələrində əmək fəaliyyətinə başlamışdır.
Hal-hazırda əmək fəaliyyəti ilə məşğulam. «Köpübinatikinti»MMC-də rəis müavini vəzifəsində çalışır.
2009-cu ildən Xətai rayon Xətai bələdiyyəsinə bələdiyyə üzvü seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyası sədrinin müavinidir.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinin üzvüdür. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Evlidir.
İki övladı var.


Abdullayeva Səbinə Hidayət qızı

Abdullayeva Səbinə Hidayət qızı 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Ali təhsillidir. Eyni zamanda 7 illik fortepiano üzrə musiqi təhsili almışdır.
İki filmə filmə çəkilmişdir.
İş fəaliyyətimə qəzetdə müxbir və köşə yazarı kimi başlamışdır.
2008-ci ildən Xətai rayon Xətai bələdiyyəsində «Vergilər» şöbəsində müfəttiş-mühasib vəzifəsində çalışmışdır.
2009-cu ildən bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Bələdiyyənin Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
Azərbaycan Respublikasının Ədliyyə Akademiyasının təşkil etdiyi kursda iştirakıma görə sertifikat əldə etmişdir.
Bakı Avrasiya Universitetində kitabxanaçı kimi çalışmışdır.
Həmçinin Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyanın təşkil etdiyi seminar və tədbirlərin iştirakçısı olmuşdur.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir.


Behbudova Rayyə Əbil qızı

Behbudova Rayyə Əbil qızı 1963-cü ildə Qubadlı rayonu Deşdahat kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1972-ci ildə Hat kənd ibtidai məktəbinin 1-ci sinfinə getmişdir. 1975-ci ildən Laçın rayonu Mığıdərə kənd orta məktəbinə getmişdir. 1982-ci ildə orta məktəbi bitirmişdir.
1982-1984-cü illərdə indiki Əzizbəyov rayonu Dzerjinski adına zavodda tokar vəzifəsində işləmişdir.
1984-cü ildə Bakı 2 saylı tibb məktəbinin tibb bacısı fakültəsinə daxil olmuş, 1986-cı ildə məktəbi bitirmişdir.
1987-ci ildən Xətai rayonunda yerləşən 2 saylı uşaq poliklinikasında sahə tibb bacısı işləmişdir. 2001-ci ildən həmin poliklinikada rentgen-texnik vəzifəsində işləyir.
1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2009-cu ildə Xətai rayonu Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
2014-cü ildə ikinci dəfə Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Büdcə və İqtisadi İnkişaf məsələləri daimi komissiyasının üzvüdür.
Həmçinin Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Assosiasiyanın təşkil etdiyi seminar və tədbirlərin iştirakısı olmuşdur.
Ailəlidir. 2 oğlu, 1 nəvəsi var.


Əhmədov Elvin Etibar oğlu

Əhmədov Elvin Etibar oğlu 1985-ci ilin dekabrın 20-də Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuşdur. Orta məktəbə Bakı şəhər Xətai rayonu 269 saylı məktəbdə başlamışdır. Daha sonra Xızı rayonu Sitalçay orta məktəbində təhsilini davam etdirmişdir. 2002-ci ildə həmin məktəbi bitirərək Qərb Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə universiteti bitirib hərbi xidmətə  getmişdir. Hərbi xidmətdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarında xidmət etmişdir. 2007-ci ildə hərbi xidməti başa vurmuşdur.
2007-ci ildə «Yusif Əli» firmasında hüquqşünas vəzifəsində çalışmışdır. 2008-ci ildə Xətai rayon Gənclər və İdman İdarəsində baş məsləhətçi vəzifəsində çalışmışdır. 2009-cu ildə Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman Baş İdarəsində aparıcı məsləhətçi, baş məsləhətçi vəzifəsində çalışmışdır.
2014-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir. 2 övladı var.


Cəfərov Ramin Məmməd oğlu

Cəfərov Ramin Məmməd oğlu 1978-ci il may ayının 16-da Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə  orta məktəbi bitirmişdir.
1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olmuş 2000-ci ildə universiteti bitirmişdir. 2001-ci ildə hərbi xidmətdə qulluq etmişdir.
2003-cü ildən 2005-ci ilədək Xətai rayon Yeni Azərbaycan Partiyasında işləmişdir.
2005-ci ildən 2008-ci ilədək «Makdermot» Şirkətində işləmişdir.
2009-cu ildən hazırkı dövrədək «Baku Steel Company» Şirkətində işləyir.
2014-cü ilin bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq məsələləri daimi komissiyasının üzvüdür.
Ailəliyəm. 2 övladım var.


Əsədov Şahmar Əli oğlu

Əsədov Şahmar Əli oğlu 1971-ci il mart ayının 4-də Bakı şəhərində anadan olmuşdur.
1978-ci ildə Bakı şəhərindəki 63 saylı orta məktəbə daxil olmuş 1988-ci ildə həmin məktəbi bitirmişdir.
1988-ci ildə Bakı Dövlət İqtisadiyyat Universitetinə daxil olmuşdur.
1989-1991-ci illərdə ordu sıralarında xidmət etmişdir.
2014-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Yerli Sosial və Ekologiya məsələləri daimi komissiyasının üzvüdür.
Ailəlidir. 1 övladı var.


Paşayeva Nərgiz Fazil qızı

Paşayeva Nərgiz Fazil qızı 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993-2004-cü illərdə tam orta təhsil almışdır.  2004-cü ildə Xətai rayon 29 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmişdir.
2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin stomotologiya fakültəsinə daxil olmuş, 2012-ci ildə Odlar Yurdu Universitetini həmin ixtisas üzrə bitirmişdir.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsinin hüquqşünas ixtisası üzrə 2-ci təhvil alır.
2014-cü ildə bələdiyyə seçkilərində Xətai rayon bələdiyyəsinə üzv seçilmişdir. Hüquq komissiyasının üzvüdür.
Subaydır.