Bələdiyyə sədrinin müavinləri

Hacıyeva Nərminə Aslan qızı

Hacıyeva Nərminə Aslan qızı 1971-ci il noyabrın 30-da Emənistanın Krasnoselsk rayonunun Toxluca kəndində anadan olmuşdur.
1988-ci ildə Bakı şəhəri Xətai rayonundakı 263 saylı orta məktəbi bitirmişdir.
7-1Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsində bitirmişdir.
1997-1999-cu illərdə həmin universitetin magistratura pilləsində təhsilimi davam etdirmişdir. Eyni zamanda AMEA-nın Kibernetika İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır.
Universiteti bitirdikdən sonra Xətai rayon Xətai bələdiyyəsində proqramist vəzifəsində işləmişdir.
1998- ci ildə “AZQUR” s/f-nın 3-№ BMQJ-də mühəndis vəzifəsində çalışmışdır. 2000-ci ildə həmin idarədə baş mühasibin müavini vəzivəsində işləmişdir.
2003-cü ildə Xətai rayon Xətai bələdiyyəsində kompyuter-proqramist vəzifəsində işləmişdir.
2004-cü ildə ikinci bələdiyyə seçkilərində, 2009-cu ildə üçüncü bələdiyyə seçkilərində və 2014-cü ildə dördüncü bələdiyyə seçkilərində iştirak edərək Xətai rayon Xətai bələdiyyəsinin üzvü seçilmişdir.
Hal-hazırda bələdiyyə sədrinin müavini vəzifəsində çalışır.
Ailəlidir. 2 övladı var.